Son xəbərlər

 

Adətən ölkə rəhbərinin planları haqda ölkənin lideri danışır. Xüsusilə Rusiya kimi ölkədə, xüsusilə söhbət hakimiyyətdən gedirsə.
Əgər liderdən başqa kimsə hakimiyyətin planları barədə məlumat verirsə, bu, liderin müstəqil olmadığını göstərir. Bu hal göstərir ki, ölkə başçısının özündən soruşmadan “onun planları” barədə məlumat verən şəxsdən və ya insanlar qrupundan asılılığı var.
Rusiyada çoxları üçün əsas sual budur: Prezident Vladimir Putin hazırki prezidentlik müddətinin 2024-cü ildə başa çatmasından sonra dövlət başçısı olacaqmı? Yenidən prezidentlik yarışına qoşulacaqmı? Rusiya Federasiyasının hazırkı Konstitusiyasına uyğun olaraq prezidentliyin üçüncü müddəti barədə qanun maddəsi olmasa da, hamı başa düşür ki, Dövlət Dumasında çoxluğa sahib olmaqla Konstitusiyanın dəyişdirilməsi problem deyil.
Bu yaxınlarda isə Rusiyada ölkənin taleyinə kimin qərar verəcəyi məlum oldu. Bu qərarı verən Putin və hətta rus xalqı da olmayacaq. Buna Putinin planlarının nə olduğunu onun özündən soruşmağa gərək duymadan açıqlayan Marqarita Simonyanın Rusiyada təmsilçisi olduğu “erməni lobbisi” qərar veəcək.
“Komsomolskaya Pravda” radiosunun efirində RT kanalının rəhbəri Margarita Simonyanbelə bir sual verildi: “Rusiyanın növbəti prezidenti kim olacaq?” Adəbu rzdə suala standart “diplomatik şəkildə nzimlənmiş”n, “Buna Rusiya ndaşları rar verəkdir” cavabı verilir. Vladimir Putinlə bağlı sualıvarsa, “bu sualları öndəsoruşmaq lazımdır” deməlazıidi. Axı, Marqarita Simonyan sonda Vladimir Putinin yerinə cavab verək “kil” deyil.

Lakin Margarita Simonyan qətiyyətli idi: “Mənim proqnozum elə Vladimir Vladimiroviçin çıxışlarına əsaslanaraq, onun, Rusiyanın növbəti prezidenti olmayacağı yönündədir. Vladimir Vladimiroviç Putin etibar etdiyi bir şəxsi ya da hansısa insanları müəyyən edəcək və onu varisi olaraq məsləhət görəcək. Sonra isə, onun təkrarlamağı sevdiyi kimi, xalq onu seçəcək “.
Simonyanın verdiyi cavab isə dərhal Rusiyanın növbəti prezidentinin kim olacağı ilə bağlı sosial şəbəkələrdə mübahisəyə səbəb oldu. Bəziləri deyirlər ki, “ən yaxşı namizəd” erməni lobbisi ilə əlaqəli separatçı layihələrin “kuratoru” Vladislav Surkov olacaq. Digərləri birbaşa ən yüksək postu Sergey Lavrova, yəni əsl soyadı Kalantarov olan Rusiyadakı erməni lobbisinin faktiki liderinə verilməsini məsləhət görürlər.

Bu nədir? Artıq ermənilər Böyük Rusiyanın liderlərini təyin edirlər? Belə görünür. Həm də görünür ki, Vladimir Putin artıq onlarla razı deyil. Hər halda, erməni millətçiləri Putinin Türkiyə lideri Ərdoğanla əməkdaşlığını və Nasist Njdenin xatirə lövhəsinin Armavirdə sökülməsini açıq şəkildə təqdir etmirlər ( rus reallıqllığında belə bir qərara “razılıq”(dobro) ən yuxarı dairədə açıq şəkildə verilməli idi).
Bir maraqlı məqam daha: Margarita Simonyan qəti şəkildə Vladimir Putinin Rusiyanın növbəti prezidenti olmayacağını bildirən zaman.

Bu, dekabrın 8-də,1999-cu ildəki Belovej Sazişinin ildönümündə, Rusiya və Belarus liderlərinin görüşündən sonra baş verdi. Xatırladaq ki, bu sazişlər indi “kağız üzərində” qalan Rusiya və Belarus İttifaq Dövlətinin yaradılmasını nəzərdə tuturdu. Putin və Lukaşenko görüşü ərəfəsində politoloqlar açıq dedilər ki, əgər bu razılaşma tam yerinə yetirilsə, Vladimir Putin Rusiya və Belarus İttifaq Dövlətinin prezidenti olmaqla 2024-cü il problemini həll edə bilərdi.
Məhz bu baxımdan, çox güman ki, Putin qapalı iclasda Lukaşenko ilə 5 saat danışıqlar apardı. Görünür, görüş nəticə vermədi. Və bunda, nəzarətləri altında olan mediada Lukaşenkoya qarşı fəal şəkildə “qarayaxma kampaniyası” aparan erməni lobbisinə “yekə bir təşəkkür” düşür. Bu “bədnam qarayaxma kampaniyası” Belarus lideri Abxaziyanın və Cənubi Osetiyanın qondarma “müstəqilliyini” tanımaqdan, həmçinin qondarma “Dağlıq Qarabağ respublikasının” tanınması ilə başa çatmalı olan erməni separatist təxribatçı oyunları oynamaqdan imtina etdikdən sonra başladı.
Məhz dekabrın 9-da Vladimir Putinin səlahiyyət müddətini uzatmaq üçün “Belarus-Rusiya İttifaq variantı”nın alınmayacağı tam aydın olduqda, Marqarita Simonyan, sözün əsl mənasında, “dosta arxadan zərbə” vurdu. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin növbəti prezidentlik müddətinə getməyəcəyini “sevincək” elan etdi. Şübhəsiz ki, bu bəyanat erməni lobbisinin digər nümayəndələri ilə razılaşdırıldı, amma çətin ki, Vladimir Putinin özü ilə razılaşdırılmış olsun.
Belə çıxır ki, ən vacib məqamda erməni lobbisi kimin Rusiyanı idarə edəcəyini təyin etməyə başlayır?
Zəncirvari halqada elə bu da gözlənilməli idi. Vladimir Putin erməni lobbisinə o qədər böyük səlahiyyətlər verdi ki, nəticədə onun girovuna çevrildi. Xarici siyasətdə – Kələntərovun girovuna. Təbliğatda isə Simonyan və digər erməni KİV-nin media rəhbərlərinin girovuna.
“Kavkazplus”
Tərcümə etdi: Ülviyyə Şükürova    /Muxalifet.az/

15 Aprel 2024 ABŞ-də erməni qəbiristanlığı yandırıldı
15 Aprel 2024 Rəisi İranın zərbə endirdiyi ölkəyə səfərə gedir
15 Aprel 2024 Paşinyan türk liderlə görüşdən sonra açıqladı: Bakı ilə sülh...
15 Aprel 2024 Yaxın Şərq böyük fəlakətin astanasındadır - BMT
15 Aprel 2024 İsrail bu məhdudiyyətləri ləğv etdi
15 Aprel 2024 Papua Yeni-Qvineyada güclü zəlzələ baş verdi
14 Aprel 2024 İsrail bu raketlərin heç birini vura bilmədi - İran
14 Aprel 2024 İran Türkiyəni əvvəlcədən məlumatlandırıbmış - "Röyters"
14 Aprel 2024 Baydendən Netanyahuya xəbərdarlıq: İrana hücum etsəniz...
14 Aprel 2024 Türkiyə XİN-dən İranın hücumu ilə bağlı bəyanat
14 Aprel 2024 Tanzaniyada daşqınlar: 58 nəfər öldü
14 Aprel 2024 İran-İsrail savaşı: ABŞ Türkiyədən vasitəçi olmasını istədi
14 Aprel 2024 ABŞ bazalarına hücum etməyəcəyik - Abdullahian
14 Aprel 2024 İldırım düşdü, 25 nəfər öldü
14 Aprel 2024 İsrail bir gecəlik müdafiəyə bu qədər pul xərclədi
14 Aprel 2024 Serbiya MiQ-29-u Fransa qırıcısına dəyişir
14 Aprel 2024 Türkiyənin İrana dəri məhsulları ixracının həcmi açıqlandı
14 Aprel 2024 İranın hücumları uğursuz oldu - Bayden
14 Aprel 2024 İsrail İranın nüvə proqramını məhv etməlidir - Bolton
14 Aprel 2024 Kampaniya bitməyib, biz ayıq və güclüyük - Qallant
14 Aprel 2024 Almaniya böhran qərargahının təcili iclasını çağırır
14 Aprel 2024 ÇAXAL təsdiqlədi: İran PUA-larla hücum edir!
14 Aprel 2024 İordaniya xəbərdarlıq etdi: İranın dronlarını vuracağıq!
14 Aprel 2024 Xamenei: Şər rejim cəzasını alacaq - Foto
14 Aprel 2024 İran bu ölkəyə də zərbə endirə bilər
14 Aprel 2024 Tehranın hava məkanı bağlandı
13 Aprel 2024 Türkiyənin ABŞ-yə hazır geyim məhsulları ixracı azalıb
13 Aprel 2024 İsrail Hizbullahın hərbi kompleksini vurdu
13 Aprel 2024 İsrailli milyarderin gəmisi ələ keçirildi: Təl Əvivdən reaksiya...
13 Aprel 2024 Ərdoğandan Roma Papasına: Bu məsələ həll edilmədən...