Son xəbərlər

 

Ümumdünya Meteoroloji Təşkilatının (WMO) Madriddə keçirilən iqlim sammitində açıqladığı ilkin məlumatlarda 2015-2019-cu illər meteoroloji müşahidələrin bütün dövrləri üçün ən isti beş il kimi qeyd olunub. 

“2019-cu ildə dünya temperaturu (yanvar ayından oktyabra qədər olan məlumat) sənayeləşmədən öncəki dövrlə müqayisədə 1,1 dərəcə yüksək olub. Cari il meteoroloji müşahidələrin başlandığı vaxtdan indiyədək qeydə alınan ən isti illər arasında ikinci və ya üçüncü yeri tutacaq. Ən isti il isə əvvəlki kimi 2016-ci ildir. “Sonuncu beşillik (2015-2019-cu illər) və onillik (2010-2019-cu illər) çox güman ki, meteoroloji müşahidələrin başladığı vaxtdan bu yana ən isti dövrlər olacaq”, – təşkilatın məruzəsində belə deyilir.

Həmçinin qeyd olunub ki, 2018-ci ildə atmosferdə karbon qazının miqdarı rekord səviyyəyə çatıb və 2019-cu ildə artmaqda davam edib. Qrenlandiya və Antarktidada buzlaqların əriməsi dəniz səviyyəsinin yüksəlməsinə səbəb olur.

Bəs bu sadalananlar ölkəmizə necə təsir edəcək? Su mənbələri çatışmayan Azərbaycan üçün hansı təhlükələr yarada bilər? Hansısa fəlakət baş verməməsi üçün nələr edirik? Bununla bağlı Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalovla əlaqə saxladıq. “Yeni Sabah”a danışan mütəxəssis istiləşmənin yaradacağı problemlərdən danışıb:

“Birincisi, əsas problem quraqlıqdır. Su qıtlığı, kənd təsərüfatında qıtlıq, qiymətlərin qalxması – bu problemləri yaradacaq. Heç kim ona qarşı mübarizə aparmaq niyyətində deyil. İqlim dəyişmələrinə qarşı mübarizə aparmaq lazımdır. İqlim dəyişmələrinə hamı hazır olmalıdır. Quraqlıq yaranırsa, quraqlığa qarşı texnologiyalar var, tətbiq et, problemi həll et. Aclığı da aradan qaldır, qiymətləri də aşağı sal, ölümü də minimuma endir. Bir də son iqlim dəyişmələrinə qarşı meteroloji silahlardan istifadə edirlər. Onlar əhalinin məhv olmasına gətirib çıxarır. Onlara o lazımdır ki, dünyada əhalinin sayı azalsın.

Quraqlığa qarşı tədbir həyata keçirsinlər. Heç kəs tədbir keçirmək həvəsində deyil. Suyun az istifadə edilməsi ilə problemi həll etmək olmaz. Yeganə tədbir yolu yaşıllıqların sayını artırmaq, buludlar yaratmaq, buxarlanmanı gücləndirmək, yağış yağdırmaq lazımdır.

Quraqlığın qarşısının alınmasına dünyada nail olan yoxdur. İki nəhəng qrum arasında korporosiya qurmaq üstündə müharibə gedir. Kim kimə qalib gəldi. Birinci neft-qaz, ikinci alternativ enerji. Hibrid maşınlarla heç nəyə nail olunmayacaq. Nağıl danışırlar. Yaşıllaşdırma çaylarda suluq səviyyəsinin artmasına səbəb olur.

Şoranlaşdırılmış əraziləri münbitə çevirmək çətin proses deyil. Drenaj şəbəkə qurulur, hər hansı sahəni, əkin yerini suvarırlar, o sular torpağa hopur, oradan da şoranlığı aparır drenaj şəbəkəsinə, o da onu aparıb dənizə tökür. Bizdə o yoxdur. Var idi. SSRİ dağılandan qabaq ermənilər, yəhudilər işləyirdilər. İndi hamısını İsrailə aparıblar. İsraili dəvət edirik ki, gəlin, görək, şoranlığa qarşı necə müarizə aparaq. Bunu Azərbaycan 45-ci illərdə edib də”.

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev də bir neçə gün əvvəl bu barədə danışıb. İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin kənd təsərrüfatı nazirlərinin 6-cı iclasında çıxış edən nazir bildirib ki, Azərbaycanın su ehtiyatları region ölkələri ilə müqayisədə nisbətən azdır və suyumuzun 70 faizi sərhədlərimizdən kənarda formalaşır:

“Suya qənaət olunmalıdır, çünki bir çox ölkələrdə olduğu kimi, bizdə də bu sahədə çətinliklər var. Son zamanlar respublikanın əksər çaylarında, o cümlədən iri tranzit çaylarda sululuq normadan aşağıdır. İqlim dəyişikliyi nəticəsində su resurslarımız 15% azalıb və bu prosesin davam edəcəyi proqnozlaşdırılır. Ölkə əhalisinin artması və iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı səbəbindən suya olan təlabat artır. Suya qənaət olunması üçün beynəlxalq praktikaya uyğun olaraq çevik su idarəçiliyi tətbiq edilməlidir. Gələcəkdə bu problemlə üzləşməmək üçün su itkilərinin qarşısı alınmalı, suya qənaət edən müasir texnologiya və avadanlıqlardan istifadə olunmalıdır”.

22 Yanvar 2020 İranı silkələyən qətl: Daha bir komandir öldürüldü
21 Yanvar 2020 11 illik sirr açıldı: Qəzaya uğrayan türk təyyarəsi…
21 Yanvar 2020 Rusiya bu türk dövlətini tanıya bilər? – Səfirlik
21 Yanvar 2020 Ərdoğan Haftarla danışıqlardan imtina etdi – SƏBƏB
21 Yanvar 2020 Avstraliya yeni fəlakətlə üzləşdi – FOTO+VİDEO
21 Yanvar 2020 İŞİD-in yeni lideri seçildi: ABŞ başına 5 milyon qoydu
21 Yanvar 2020 İrandan Ukrayna təyyarəsi ilə bağlı daha bir ETİRAF
21 Yanvar 2020 Özbəkistan hökuməti istefa verib
20 Yanvar 2020 20 Yanvarla bağlı daha bir təsirli videoçarx...
20 Yanvar 2020 Fətullah Gülənin yaxın adamı ələ keçirildi
20 Yanvar 2020 Lukaşenko yeni müdafiə naziri təyin etdi
19 Yanvar 2020 XİN-dən 20 Yanvar bəyanatı: “Udar” əməliyyatı...
19 Yanvar 2020 Tehran aeroportu işini dayandırdı – Səbəb
19 Yanvar 2020 Makqreqordan Həbibə təklif: Ya Moskva, ya İrlandiya...
19 Yanvar 2020 İlham Əliyevdən 20 Yanvarla bağlı paylaşım - Video
19 Yanvar 2020 Yunanıstanda güclü zəlzələ
19 Yanvar 2020 Kim Çen İn yeni nazir təyin etdi
19 Yanvar 2020 Makqreqor rəqibini 40 saniyəyə yerə sərdi - Video
19 Yanvar 2020 Sabir Rüstəmxanlı seçiciləri ilə görüşdü - Video
17 Yanvar 2020 Putinin yeni modeli: Lavrov istefaya göndərilir?
17 Yanvar 2020 Putin Kadırova yüksək vəzifə təklif edib
17 Yanvar 2020 Yeni Oman sultanı türk çıxdı
17 Yanvar 2020 İranın vurduğu ABŞ əsgərlərinin sayı açıqlandı
17 Yanvar 2020 Bu gün dünyanın diqqəti İrana yönəlib – Nə baş verəcək?
17 Yanvar 2020 25 hərbçi qız Kim Çen Inın qarşısında ağlayaraq mahnı oxudu – VİDEO
16 Yanvar 2020 Putini özündən çıxaran olay: Hökuməti buna görə buraxdı – VİDEO
16 Yanvar 2020 Yunanlar qorxuda: Türkiyə adaları da ələ keçirəcək…
16 Yanvar 2020 Süleymani Türkiyəyə qarşı hücumlar hazırlayırmış
16 Yanvar 2020 Rusiya parlamenti bu gün yeni Baş naziri seçəcək
16 Yanvar 2020 Ərdoğanla Tramp Liviyadakı vəziyyəti müzakirə ediblər