Son xəbərlər

 

Rusiya əsgərləri bölgəyə daxil olsalar, bir daha oradan çıxmayacaqlar

Dekabrın 4-də Bratislavada, ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın Xarici İşlər nazirləri Elmar Məmmədyarov ilə Zöhrab Mnatsakanyanın görüşü baş tutdu. ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə keçirilən görüş 3,5 saatdan çox davam etdi.

Danışıqlardan sonra tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı növbəti ilin əvvəlində görüş keçirmək barədə razılığa gəldilər. “Nazirlər danışıqları davam etdirməyə və gələn ilin əvvəlində daha bir görüş keçirməyə razı oldular”, – deyə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirildi.

Lakin görüşdən sonra Zöhrab Mnatsakanyan Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış separatçı rejimin münaqişənin həlli üçün danışıqlara daxil edilməsini istədi. Erməni tərəfinin fikrincə, “bu, həll prosesini daha mənalı edəcək”. Həmçinin Ermənistan Xarici İşlər Nazirliyi tərəflər arasında qarşılıqlı etimadın artırılmasının vacibliyini açıqladı.

Problem ondadır ki, Rusiya XİN başçısı Sergey Lavrov Bakıda olduğu zaman, yəni Bratislava görüşündən əvvəl Elmar Məmmədyarov Bratislavada Azərbaycan və Ermənistanın əsaslı danışıqlar aparacağını gözlədiyini söyləmişdi: “Bizim və Ermənistan üçün təhlükəsizliyin anlamı nədir? Bir anlayış var ki, ilk növbədə silahlı qüvvələr kazarmaya qayıtmalıdır. Bəli, həm Azərbaycan üçün, həm də Qarabağdakı əhali üçün təhlükəsizlik vacibdir. Vəziyyətin qiymətləndirilməsi və təhlükəsizlik məsələsinin həlli ilə bağlı hesabat hazırlamaq üçün həmsədrlərə müraciət etdik. Bunun üçün ciddi, əsaslı danışıqlar tələb olunur. Düşünürəm ki, sabah bu danışıqlardan söhbət açacağıq. Sabah Bratislavada erməni həmkarımızla görüşümüzdən irəliləyiş gözləntilərimiz var”.

Ancaq indi məlum olur ki, 3 saatdan çox davam edən “əsaslı danışıqlar”ın nəticəsi yeni ildə daha bir görüşün keçirilməsindən ibarət olub. Maraqlıdır, görəsən növbəti görüşü razılaşdırmaq üçün Bratislavaya getmək vacib idimi? Aydın məsələdir ki, 2020-ci ildə ATƏT-in Minsk Qrupu çərçivəsində, ya bu ölkələrdən birinin Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə, ya da bəzi hadisələr fonunda Azərbaycan və Ermənistanın Xarici İşlər nazirləri münaqişəni müzakirə edəcəklər. Bəs sonrakı görüşdə nə üzrə razılığa gələcəklər?!

Son vaxtlar Rusiya tərəfinin Qarabağ münaqişəsinin həllində çox maraqlı və fəal olduğunu nəzərə alsaq, daha ciddi məsələlərdən danışa bilərik. Nə Fransa, nə də ABŞ indi bu münaqişənin həllində maraq göstərir. Fransa və bütövlükdə Avropa İttifaqı hazırda öz problemləri ilə məşğuldur. ABŞ-da isə növbəti prezident seçkiləri yaxınlaşır ki, Tramp Administrasiyası əsas fikrini buna yönəldib.

Yeri gəlmişkən, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün öz baxışları olan Con Boltonun (Trampın keçmiş müşaviri) istefasını gözdən qaçırmamaq lazımdır. Beləliklə, hazırda Qarabağ məsələsi amerikalılar üşün maraqlı deyil.

Nəticədə Rusiya bu istiqamətdən öz mövqelərini möhkəmləndirməklə məşğuldur. Lavrovun bölgəyə tez-tez səfərlərini (noyabrın ortalarında İrəvanda, dekabrın əvvəlində Bakıda idi), həmçinin Azərbaycan və Rusiya rəsmilərinin görüşlərini nəzərə alsaq, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının moderatorluğunun tamamilə Rusiyanın əlində olduğunu görmək olar.

Rusiyanın planı nədir? 2011-ci ildə, “Kazan formulu” kimi tarixə düşən bir rus planı var idi. İnternetdə bunun nə olduğu və “Madrid prinsipləri”nə bənzərliyi haqqında məlumat tapa bilərsiniz, ancaq bu məlumatları müəyyən rus “əlgəzdirmələri” edilməklə əldə edə bilərsiniz.

Söhbət Rusiya və ya Rusiyanın hegemonluq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələrin Qarabağa yerləşdirilməsi planından gedir. Lakin o zaman nə Azərbaycan tərəfi, nə də Ermənistan tərəfi bu formulu qəbul etdi. Eyni zamanda, hər iki tərəf bir-birini bu sazişləri imzalamamaqda günahlandırdı. Ancaq nə İrəvan, nə də Bakı Rusiyanın sülhməramlı qüvvələrinin Qarabağa daxil olmasına razı idi və bu, yəqin ki, hər iki dövlətin bir məsələdə ortaq mövqeyi olduğu yeganə görünməmiş amil idi.

Lakin o vaxtdan 9 il ötür. Bu müddət ərzində çox şey dəyişdi. “Kazan formulu”nun adı dəyişdirilərək “Lavrov planı”na çevrildi. Düzdür, yalnız Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrini daxil etmək istəyi dəyişmədi. Plan sadədir: Azərbaycan 5-6 rayonu (bəlkə də hamısını” alır, əvəzində Rusiya öz hərbçilərini bölgəyə yerləşdirir, nəticədə həm erməni, həm də azərbaycanlı icmalarının təhlükəsizliyinə nəzarət edir. Qarabağın statusu məsələsi isə qeyri-müəyyən olaraq qalır.

Aydındır ki, rus əsgərlər bölgəyə daxil olsalar, bir daha oradan çıxmayacaqlar və buna görə də Azərbaycan heç vaxt Qarabağı əldə edə bilməyəcək. Deməli, bu plan Bakının maraqlarına qətiyyən cavab vermir. Lakin İrəvan və Moskva üçün olduqca əlverişli plandır. Çünki sərhədlər açıldığı üçün qarşılıqlı iqtisadi əlaqələr yaxşılaşmağa başlayacaq…    /ayna.az/

11 Avqust 2020 Milyonlarla insan öləcək — ŞOK PROQNOZ
11 Avqust 2020 Peyvənd müalicə üsulu deyil – Baş infeksionist
11 Avqust 2020 Lukaşenko etirazçıları “qoyun” adlandırdı – “Qoyunları idarə etmək üçün…”
11 Avqust 2020 Trampa qarşı sui-qəsd? – Ağ Evdə silahlı şəxs vuruldu
11 Avqust 2020 Dünyada koronavirusla bağlı son vəziyyət
11 Avqust 2020 Ermənistanın ağlını başına yığmasının vaxtı çatıb — Türkiyə XİN-dən sərt AÇIQLAMA
10 Avqust 2020 Bu ölkədə 100 gündür koronavirusa yoluxma qeydə alınmır
10 Avqust 2020 Belarusda etirazçı belə öldürüldü — ANBAAN VİDEO
10 Avqust 2020 Prezident seçkilərinin ilkin nəticəsi açıqlandı – Lukaşenko 80,23% səs toplayıb
10 Avqust 2020 Belarusda etiraz aksiyaları durmadan artır – VİDEO
10 Avqust 2020 Türkiyə dünyada yenidən öz yerinə qayıdır – Qalın
10 Avqust 2020 Ərdoğandan açıq göstəriş: Danışıqlar dayandırılsın…
10 Avqust 2020 Belarusda seçkisonrası etirazlar - 80-dən çox şəxs saxlanıldı
10 Avqust 2020 Özünü xəstəliyə vuran dilənçi kameraya düşdü — VİDEO
10 Avqust 2020 Türkiyədə koronavirusa yoluxanların sayı 240,8 mini ötdü
07 Avqust 2020 Türkiyədə karantin yenidən bərpa olundu
07 Avqust 2020 Tramp “TikTok”la bağlı fərman imzaladı
07 Avqust 2020 Türkiyədə mikroavtobus aşdı - 1 ölü, 25 yaralı
07 Avqust 2020 Səhiyyə işçiləri yeni təlimlərə başlayacaq – ÜST
07 Avqust 2020 AB-dən Türkiyəyə çağırış: Gedişatı dəyişək!
07 Avqust 2020 Beyrutda ölənlərin sayı artır
07 Avqust 2020 Bill Qeyts koronavirusdan da qorxunc fəlakətdən xəbər verdi
07 Avqust 2020 Qəsəbəyə giriş-çıxış dayandırıldı — Toydan sonra kütləvi yoluxma
06 Avqust 2020 Beyrutdakı partlayışda ölənlərin sayı artır
05 Avqust 2020 Türkiyədə bayramdan sonra yoluxma sayı artdı
05 Avqust 2020 Dünyada koronavirusdan ölənlərin sayı 700 mini ötdü
05 Avqust 2020 Beyrutdakı partlayışda ölənlərin sayı 100-ü keçdi - Yenilənib
05 Avqust 2020 Partlayışda yaralananlar arasında azərbaycanlılar var? - XİN-dən açıqlama
04 Avqust 2020 Livanda matəm elan olundu
04 Avqust 2020 Beyrutda ard-arda güclü partlayışlar, ölənlər və yaralılar var - Video + Yenilənir