İran Prezidenti Həsən Ruhani ABŞ-ın sanksiyalarına müqavimət büdcəsi layihəsini parlamentə təqdim edib.
Axar.az xəbər verir ki, bu barədə İran Prezidentinin rəsmi saytında məlumat verilib.
“Gələn il üçün bizim büdcəmiz budur. Bu büdcə sanksiyalara qarşı müqavimət və əks-həmlədir”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, İranda növbəti maliyyə ili 2020-ci ilin martında başlayacaq.