Son xəbərlər

 
İki şiə ölkəsinə – İran və İraqa kim od salıb?

Bəzi mənbələrə görə, gərginliyi tətikləməkdən ötrü İraq ərazisindən bəzi silahlı qüvvələr, xüsusilə də kürdlər Irana yeridilir

Noyabrın 15-dən etibarən İranda internet tamamilə kəsildiyindən, qonşu respublikada baş verənlər, aksiyalar və repressiyalarla bağlı yayılan xəbərlərdə ziddiyyətlər var.

Qonşu ölkədə sərbəst informasiya mübadiləsinin blokadaya alınmasına baxmayaraq, müxtəlif yollarla yayılan xəbərlərdə ölkənin bir sıra şəhərlərində molla rejiminə qarşı xalq üsyanının davam etməsi barədə məlumatlar yayılır. Gunaz.tv-nin xəbərinə görə, son günlər ölkənin müxtəlif şəhər və bölgələrində rejim qüvvələrinin birbaşa atəşi nəticəsində güllə yarasından həlak olan dinc etirazçıların sayı 251 nəfərə, yaralananların sayı 3700 nəfərə, həbs edilənlərin isə sayı 7 min nəfərə çatıb. Rejim qüvvələrinin küçələrdə qətlə yetirdiyi etirazçılar arasında qadınlar və yeniyetmələr də var.

Bildirilir ki, ölkənin müxtəlif şəhərlərində əsas küçə və meydanlar polis və təhlükəsizlik qüvvələrinin nəzarətinə götürülməsinə baxmayaraq, etirazlar noyabrın 20-də Xuzistan əyalətinin bir sıra şəhərlərində, Şirazda və bəzi digər əyalətlərdə davam edib. Hazırda ölkədə elan edilməmiş fövqəladə vəziyyətin hökm sürdüyü bildirilir. Həmçinin son günlər İranın müxtəlif şəhərlərində hökumət qüvvələri tərəfindən qətlə yetirilən yüzlərlə etirazçının adları tədricən hüquq müdafiəçiləri tərəfindən mediaya açıqlanır.

Qeyd olunur ki, etirazlarda yaşanan qarşıdurmalar zamanı ən azı 7 “Sepah” və “Bəsic” muzdlusu həlak olub, cəhalət və xurafat mərkəzi olan 15-ə yaxın dini mədrəsə (mollaxana) etirazçılar tərəfindən yandırılıb.

İki şiə ölkəsinə – İran və İraqa kim od salıb?


Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib ki, İranın iqtisadiyyatı neftdən asılı olduğuna və neft sektoruna tətbiq olunan sanksiyalara, korrupsiyanın səviyyəsinin yüksək olmasına, demokratik azadlıqların məhdudlaşdırılmasına, qanunun aliliyi ilə əlaqədar problemlərə, iqtisadi gücü imkan vermədiyi halda region ölkələrində nüfuz şavaşı üçün böyük pullar xərclədiyinə görə ölkə iqtisadiyyatı tənəzzül dövrünü yaşayır: “İranda yaşayan xalqlar da bundan narazıdır. Benzinin qiymətinin qaldırılması isə insanların səbr kasasını daşdırdı. İran həm qonşu dövlət olmasına, həm də Azərbaycan türklərinin dövləti olduğu üçün orada baş verənlər bizi ciddi narahat edir. Biz İrandakı zorakılığı qətiyyətlə pisləyirik. Böyük qanlar tökülməsinin qarşısının alınması üçün həm vətəndaşların, həm də həkumət qüvvələrinin daha təmkinli olmalarına ehtiyac var”.

İki şiə ölkəsinə – İran və İraqa kim od salıb?


İranda yaşayan soydaşlarımızın hansı mövqeni sərgiləməli olduğuna gəldikdə, Q.Həsənquliyev bunları söyləyib: “Onların haqları var ki, digər İran vətəndaşları kimi dinc yolla milli haqları, sosial, siyasi hüquqları uğrunda mübarizə aparsınlar. İranda demokratik islahatlara farslar və digər xalqlarla birlikdə töhfə versinlər. Biz öz ölkəmizdə olduğu kimi İranda da islahatların yuxarıdan aparılmasının tərəfdarı, qanlı inqilablara qarşıyıq. Çox istərdik ki, xalqımız da milli haqlarına sivil yolla nail olsun”.

BAXCP sədri deyib ki, İranda son illərdə bir neçə dəfə belə iğtişaşlar olub, amma hökumət güc tətbiq etməklə sabitliyi bərpa edə bilib: “Vəziyyət uzun müddət belə davam edə bilməz. İran hökuməti öz xarici siyasətinə yenidən baxmalı, xüsusilə soydaşlarımızın heysiyyətinə toxunan Ermənistanla qardaşlıqdan imtina etməli, işğalçı dövlətlə ən azı Türkiyə kimi davranmalıdır. Regional nüfuz savaşından imtina etməli, bu istiqamətdə xərclədiyi pulları ölkə iqtisadiyyatına və sosial xərclərə yönəltməlidir. Sanksiyaları aradan qaldırmaq üçün hər hansı şərt qoymadan ABŞ-la danışıqlara başlamalı, daxildə iqtisadi və siyasi islahatlar həyata keçirməlidir. Tezliklə bu istiqamətdə addımlar atılmasa, İran repressiv addımlarla çox da uzağa gedə bilməyəcək, ölkəni dağılma təhlükəsi ilə üz-üzə qoyacaq ciddi çətinliklərlə üzləşəcək. Bu gün İran ona görə müvazinətini qoruyub saxlaya bilir ki, nə ABŞ, nə Avropa, nə də regionun böyük dövlətləri İranın parçalanmasında maraqlı deyil, amma sabah hər şey dəyişə bilər”.

Bəzi müşahidəçilər şiə dövləti olan İraqda yaşanan fəlakətlərin ardınca İranda da ciddi hadisələrin baş verməsini təsadüfi saymır. Düzdür, 80-ci illərdə bu iki şiə dövləti savaşa sürüklənib, ancaq hazırda ölkələr öz başlarının hayına qalmaqdadırlar. Eyni zamanda bəzi mənbələrə görə, İrandakı gərginliyi tətikləməkdən ötrü İraq ərazisindən bəzi silahlı qüvvələr, xüsusilə də kürdlər İrana yeridilir. Onların Azərbaycan vilayətlərinə səpələnməsi isə narahatlığı daha da artırır.

İki şiə ölkəsinə – İran və İraqa kim od salıb?


Ümid Partiyasının sədr müavini Rüfət Muradlı “Yeni Müsavat”a bildirdi ki, İrandakı olayları sırf benzinin qiymətinin qalxmasına etirazlar kimi dəyərləndirmə yanlış olardı: “İranda kifayət qədər siyasi, iqtisadi, mədəni, etnik problemlər var. Hətta dini problemlər… Ölkə konstitusiyasında şiə təriqətinə mənsub olmayanların ölkənin ən yüksək vəzifələrinə seçilmək imkanının olmaması ilə bağlı konkret maddə var. Milli məsələdə ana dilində təhsildən məhrum edilən soydaşlarımız da ağır diskriminasiyaya uğrayıblar. İqtisadi etirazlara gəlincə isə bu əsnada əsas kütləvi etirazlar 2017-ci ilin dekabrından başladı, ondan sonra isə durum daha da ağırlaşdı. 2018-ci ilin yazından xarici valyutanın üç dəfə bahalaşmasından sonra ölkədə görünməmiş bahalaşma baş qaldırdı, əhalinin durumu anbaan pisləşdi”. R.Muradlı qeyd etdi ki, bu narazılıqlar fonunda benzinin qiymətinin qaldırılması tarıma çəkilən əsəbləri daha da gərginləşdirdi və son olaylar baş verdi: “Olayların əsas mərkəzi neftlə münbit Xuzistan ostanıdır. Onlar neftin üzərində yaşamalarına baxmayaraq, ağır maddi durumdadırlar. Xürrəmşəhr, Abadan, Əhvaz, Mahşəhrdə ciddi sayda insan tələfatı səbəb olan aksiyalar baş verib. Ən çox tələfatı qeydə alındığı şəhərlərə Mərivan, Cavanrud, Şahr Sədra, Behbehanı da göstərə bilərik ki, ölkənin ayrı-ayrı nöqtələrində qərar tutublar”.

Ümid rəsmisi qeyd etdi ki, soydaşlarımız da bu etirazlarda səssiz qalmayıblar: “Təbriz, Urmu və başqa şəhərlərdə etirazlar olub ki, Təbrizdə soydaşımız Əli Hüseyni qətlə yetirilib. Bu etirazlar sırf milli-etnik motivli olmadığı üçün məsələyə tək Güney Azərbaycan prizmasından baxmaq yanlış sonuc almamıza səbəb olar. Amma 83 milyon əhalinin əksəriyyətinin əsas şüarları artıq iqtisadi deyil, birbaş siyasi, mövcud quruluşa qarşı yönəlib. Hətta inqilabın banisinin, hazırkı rəhbərin şəkilləri, onları simvolizə edən abidələr belə oda çəkilib. Əhali daha çox Tehran rejiminə ölkə sərvətlərini Suriya, İraq, Livan, Venesuela, Boliviyada ideoloji məqsədlə xərclənməsinə etiraz edir. Ölkənin interneti tam kəsildiyi üçün informasiya imkanları da məhduddur. Amma hazırda ağır repressiv durum hökm sürür. Bu gün silahlı qüvvələrin baş komandan müavini Əli Səidinin İslam İnqilabı rəhbərinə istinadla verdiyi bəyanat özü də hələ repressiyaların davam edəcəyinə işarə idi. Amma görünən budur ki, mövcud hakimiyyət üçün idarəetmə baxımından bundan sonrakı durum daha ağır olacaq”.
12 Dekabr 2019 Ukraynada deputatlar yumruq davasına çıxdılar – VİDEO
12 Dekabr 2019 “Sanksiya tətbiq edilərsə, İncirlikdəki, Kürəcikdəki hərbi bazaları bağlaya bilərik”
12 Dekabr 2019 Rusiyanın yeni prezidentini “ERMƏNİ LOBBİSİ” təyin edəcək? – DETALLAR
12 Dekabr 2019 Putindən Jirinovskinin təklifinə reaksiya: Baxılacaq!
12 Dekabr 2019 Trampdan yəhudilərə: “Amansız qatillərsiniz” — VİDEO
11 Dekabr 2019 Türkiyə bu ölkəyə ORDU YERİDƏ BİLƏR – Ərdoğan AÇIQLADI
11 Dekabr 2019 “Hamı buna hazır olmalıdır” – “Qapımızı döyən” fəlakət
11 Dekabr 2019 Türkiyədə on dəqiqədə iki zəlzələ baş verib
10 Dekabr 2019 Qarabağ üçün arzuolunmaz plan və ya “qızıl ordu” yeni qiyafədə
09 Dekabr 2019 Türkiyənin 20 rayonu Ermənistanın tərkibində göstərildi – Etiraz notası hazırlanır
09 Dekabr 2019 Fransada aksiyalar səngimək bilmir - Fotolar
09 Dekabr 2019 Türkiyə 11 fransız terrorçunu deport etdi
09 Dekabr 2019 Böyük çöküş başlayır: Tramp bunu bacardı – Şok
09 Dekabr 2019 İsrail Qəzzaya hücuma hazırlaşır — Göstəriş verildi
08 Dekabr 2019 Ruhani büdcəni təqdim etdi: ABŞ-a müqavimət...
08 Dekabr 2019 Putin Lukaşenkoya teleqram göndərdi: Tarixi qərar...
07 Dekabr 2019 Trampdan Dünya Bankına Çinlə bağlı çağırış
07 Dekabr 2019 Şahmatçımızdan Avropa çempionatında böyük uğur
07 Dekabr 2019 Feysbuk Xameneinin səhifəsini bağladı
07 Dekabr 2019 Məşhur həkimdən dönərlə bağlı ciddi xəbərdarlıq
07 Dekabr 2019 Abramov: Əzrayıla deyəcəm, mənə imkan ver... – Video
07 Dekabr 2019 Rəmişdən ermənilərlə bağlı hər kəsi şoka salacaq sözlər - Video
06 Dekabr 2019 Fransada keçirilən etiraz aksiyalarında 450 mindən çox insan iştirak edir
06 Dekabr 2019 Parisdə ara qarışdı, polislə aksiyaçılar toqquşdu – Fotolar
05 Dekabr 2019 Nazir müavini həbs edilib — Ermənistanda
05 Dekabr 2019 “Suriyadakı neft bizimdir, istədiyimizi edə bilərik” — Tramp
04 Dekabr 2019 İraqda etirazların iki ayı ərzində 400-dən çox insan həlak olub
03 Dekabr 2019 İranda aksiyalarda ölənlərin sayı açıqlandı
03 Dekabr 2019 İranda məktəblərin fəaliyyəti dayandırıldı
03 Dekabr 2019 İrandan etiraf: “Bütün yolları bağladılar”