Son xəbərlər

 
“Tramp və Putin Ərdoğanın qurduğu oyunun kartlarıdır”“Türkiyə prezidentinin Ağ Evə səfəri rəsmi Ankaranın Suriya üzrə strategiyasını düzgün əks etdirir”.

Musavat.com xəbər verir ki, Fransanın “L`Opinion” qəzetinin analitik yazısında belə deyilir.

Yazının müəllifi Fransanın Milli müdafiə institunun əməkdaşı, silahlanma üzrə tanınmış ekspert Jan-Dominik Merşedir. Yazar iki ölkə arasındakı son dövrlərdə baş verən gərginliyə rəğmən Donald Trampın Rəcəb Tayyip Ərdoğanı olduqca isti qarşıladığına diqqət çəkib. Müəllif Türkiyənin olduqca düzgün və zamanında diplomatik addımlar atdığını xüsusi qeyd edib. Jan-Dominik Merşenin fikrincə, türklər amerikalılarla edə bilmədiklərini ruslarla həyata keçirdilər. Bunu onların rəsmiləri də söyləyir. 

Bundan başqa “Barış Pınarı” əməliyyatından sonra kürdlərin Suriyanın şimalında qurmaq istədikəri “Rojava” adlı dövlətəbənzər qurum dağıdılıb. Doğrudur, rəsmi Ankranın arzuladığı kimi 450 km-lik sərhəd boyunca olmasa da, Tel-Abyad və Ras-Əl-Ayn bölgəsi arasındakı 130 km-lik hüdudda və 32 km-lik dərinlikdə nəzarəti təmin etmək mümkün olub. Qalan hissələrdəsə, Türkiyə və Rusiya arasında bu ilin oktyabrın 22-də imzalanan sazişə görə, rusların hərbi baza qurduğu Qamışlı istisna olmaqla, birgə patrul həyata keçiriləcək. 

“Belə bir sxem əslində 2018-ci ilin yanvarında ABŞ-ın keçmiş dövlət katibi Reks Tillersonun dilindən səsləndirilmişdi. Onun planına görə, 20 mil dərinlikdə “təhlükəsizlik zonası” yaradılmalı, həmin bölgəyə isə Türkiyə və ABŞ hərbçiləri birgə nəzarət etməli idilər”, - deyə fransız ekspert qeyd edir.

“Türkiyə tərəfi rusların amerikalılara nisbətən məsələyə daha ciddi yanaşdığını söyləyir. İndi Ərdoğan özünün ikiqat diplomatik uğuruna sevinə bilər. Belə ki, əvvəlcə o, oktyabrın 17-də  ABŞ-la “birgə bəyannamə”, oktyabrın 22-də isə ruslarla “qarşılıqlı anlaşma haqqında memorandum” imzaladı. Rəsmi Ankara bütün bunarın Suriyadakı siyasi nizamlanmanın təmin olunması üçün müsbət atmosfer yaradacağına inanır. Bəşər Əsəd isə hələ də özünün “ölkənin sahibi” olduğunu zənn edir”, - deyə Jan-Domink Merşe vurğulayır.

Fransalı mütəxəssis Ərdoğan hökumətinin ABŞ-la “S-400” böhranını aşmaq üçün çalışdığını da bildirərək, Türkiyə tərəfinin diplomatik çevikliyini tərifləyib.

20 Aprel 2024 ABŞ və İsraildən Rəfahla bağlı razılaşma...
20 Aprel 2024 Bu ölkə Ukrayna üçün yarım milyon mərmi aldı
20 Aprel 2024 Biz onları qorumaq üçün milyardlar xərcləyirik - Tramp
19 Aprel 2024 Netanyahu Berbokla mübahisə etdi: Biz nasist deyilik!
19 Aprel 2024 NATO-nun yaxınlaşmasına imkan verməyəcəyik - Lavrov
19 Aprel 2024 Çin Ukraynada müharibəni qızışdırır - Blinken
19 Aprel 2024 Hindistanda dünyanın ən böyük seçkiləri başladı
19 Aprel 2024 Rusiya Ermənistanı müttəfiqi hesab edir - Lavrov
19 Aprel 2024 Türkiyənin Rusiyaya kimyəvi maddə ixracının həcmi açıqlandı
19 Aprel 2024 İsrail səhvə yol verdi və şirin quyruğu ilə oynadı - Meşkini
19 Aprel 2024 Ərdoğandan İsrail-İran açıqlaması: Hər iki tərəf...
19 Aprel 2024 Medvedyevdən Zelenskiyə: Qorx, təlxək!..
18 Aprel 2024 Anbarları açın və “Patriot”ları Ukraynaya göndərin - Borrell
18 Aprel 2024 Əmimi adamyeyənlər yeyib - Bayden
18 Aprel 2024 İstənilən təyyarəni vuracağıq - İordaniya
18 Aprel 2024 Fələstinlilər Çeçenistanda “cihad maşını” yığacaq
18 Aprel 2024 Bunu etməsək, bölgədə daha bir partlayış olacaq - Paşinyan
18 Aprel 2024 İran və Rusiyaya imkan verməyəcəyik - Bayden
18 Aprel 2024 Nikol: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığına sevinin!
18 Aprel 2024 Almaniyada rus casusları saxlanıldı
18 Aprel 2024 ABŞ İsrailə əməliyyat keçirməyə icazə verdi
18 Aprel 2024 Bu ölkədə yenə quş qripi virusu aşkarlandı
18 Aprel 2024 Zelenskidən etiraf: Rusiya ordusu irəliləyir!
18 Aprel 2024 Bu, bizi ukraynalaşmadan qoruyacaq - Kobaxidze
18 Aprel 2024 Budanov rusların üstün cəhətini açıqladı: Unutmayın!
18 Aprel 2024 Türkiyə ilə bunların inkişafında maraqlıyıq - Mişel
17 Aprel 2024 Öldüyü deyilən milyarder məşuqəsinin yanında tapıldı
17 Aprel 2024 Vanqa illər öncə İran və İsrail haqda nələr demişdi?
17 Aprel 2024 Qanun Tiflisi AB-dən uzaqlaşdıracaq - Mişel
17 Aprel 2024 İsrail İrana hücum etsə, dünya savaşı başlayacaq