Milli tarixi an yetişir, hər kəsin Gürcüstanın xilası üçün bir nəfərə qarşı birləşməsi əsas məsələ olmalıdır.
Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili paylaşıb.
“15:00-da Tiflisdə mitinq olacaq. Hesab edin ki, mən bu mitinqin adi iştirakçılarından biri olacağam. Ən əsası odur, biz çox olmalıyıq, biz bir yerdə olmalıyıq. Bilin ki, İvanişvili çox zəifdir. O, küncə qısılıb. Güc birlikdədir və güc insanlardadır”, – deyə o bildirib.