Son xəbərlər

 

Nazirlər Kabineti 1994-cü il 15 yanvar tarixli Qərarla təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda dəyişiklik edilməsi haqqında qərar imzalayıb.

Axar.az xəbər verir ki, müvafiq qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərarla şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarına edilən dəyişikliyə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslərin siyahısına Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarının da adları daxil edilib.

Qərara əsasən şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti ilə yanaşı, Xüsusi Dövlət Mühafizə Xidmətininn kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunacaq.

Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir.

19 Aprel 2024 Netanyahu Berbokla mübahisə etdi: Biz nasist deyilik!
19 Aprel 2024 NATO-nun yaxınlaşmasına imkan verməyəcəyik - Lavrov
19 Aprel 2024 Çin Ukraynada müharibəni qızışdırır - Blinken
19 Aprel 2024 Hindistanda dünyanın ən böyük seçkiləri başladı
19 Aprel 2024 Rusiya Ermənistanı müttəfiqi hesab edir - Lavrov
19 Aprel 2024 Türkiyənin Rusiyaya kimyəvi maddə ixracının həcmi açıqlandı
19 Aprel 2024 İsrail səhvə yol verdi və şirin quyruğu ilə oynadı - Meşkini
19 Aprel 2024 Ərdoğandan İsrail-İran açıqlaması: Hər iki tərəf...
19 Aprel 2024 Medvedyevdən Zelenskiyə: Qorx, təlxək!..
18 Aprel 2024 Anbarları açın və “Patriot”ları Ukraynaya göndərin - Borrell
18 Aprel 2024 Əmimi adamyeyənlər yeyib - Bayden
18 Aprel 2024 İstənilən təyyarəni vuracağıq - İordaniya
18 Aprel 2024 Fələstinlilər Çeçenistanda “cihad maşını” yığacaq
18 Aprel 2024 Bunu etməsək, bölgədə daha bir partlayış olacaq - Paşinyan
18 Aprel 2024 İran və Rusiyaya imkan verməyəcəyik - Bayden
18 Aprel 2024 Nikol: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığına sevinin!
18 Aprel 2024 Almaniyada rus casusları saxlanıldı
18 Aprel 2024 ABŞ İsrailə əməliyyat keçirməyə icazə verdi
18 Aprel 2024 Bu ölkədə yenə quş qripi virusu aşkarlandı
18 Aprel 2024 Zelenskidən etiraf: Rusiya ordusu irəliləyir!
18 Aprel 2024 Bu, bizi ukraynalaşmadan qoruyacaq - Kobaxidze
18 Aprel 2024 Budanov rusların üstün cəhətini açıqladı: Unutmayın!
18 Aprel 2024 Türkiyə ilə bunların inkişafında maraqlıyıq - Mişel
17 Aprel 2024 Öldüyü deyilən milyarder məşuqəsinin yanında tapıldı
17 Aprel 2024 Vanqa illər öncə İran və İsrail haqda nələr demişdi?
17 Aprel 2024 Qanun Tiflisi AB-dən uzaqlaşdıracaq - Mişel
17 Aprel 2024 İsrail İrana hücum etsə, dünya savaşı başlayacaq
17 Aprel 2024 Dubay suyun altında qaldı - VİDEO
17 Aprel 2024 Paşinyanın bu paylaşımı İrəvanı qarışdırdı: Şah Abbas...
17 Aprel 2024 Ukraynada cəbhə xətti yayda dağılacaq