Son xəbərlər

 

“Ölümdən sonra həyat varmı?” sualını yenidən gündəmə gətirən hadisə Kanadada baş verib. Belə ki, Kanada xəstəxanalarının birində xəstə öləndən sonra beyin fəaliyyətinin 10 dəqiqə ərzində davam etdiyi aşkarlanıb.

Xəstə öləndən sonra delta dalğaları hələ də qeydə alınırdı. Delta dalğalar normal halda insan dərin yuxuda olarkən ortaya çıxır. Bu isə o deməkdir ki, beyin hələ də işləyir.

Kliniki ölüm keçirən beş adamdan biri o anlar nələr keçirdiyini danışıb. Bununla da həkimlər insanların beyinlərinin klinik olaraq öldükdən sonra da işə davam edə biləcəyinə dair elmi sübut tapıblar.

Axar.az Medicina.az-a istinadla xəbər verir ki, alimlər ölümdən sonrakı həyatı araşdırmaq üçün bunun nə anlama gəldiyi barədə danışmağın tez olduğunu da deyirlər.

2013-cü ildə ürəyi dayanan siçanlar üzərindəki təcrübə zamanı buna oxşar hadisə baş verib. Araşdırmada siçanların beyin fəaliyyətinin öldükdən bir dəqiqə sonra davam etdiyi aşkarlanıb.

Ümumiyyətlə, ölüm hər zaman insanları qorxudur. Sevdiklərinizi qoyub getmək, etmək istədiklərinizi tamamlaya bilməmək və ya məlum olmayan yerə əbədi səfər etmək bir az ürküdücü gələ bilər. Bəs ölüm haqqında nə bilirsiniz?

Ölümə 3 həftə qalmış

Bir insan ölümünün yaxınlaşdığını fərq etməyə və onu qəbul etməyə başladığı zaman ətrafdan uzaqlaşır, bu halda isə dünyadan və dünyada olanlardan ayrılma prosesi başlayır. Dostları, qonşuları, qohumları və hətta ailə üzvlərinə belə biganə olur. Öz həyatları haqqında düşünüb-daşınır və xatirələri yada salırlar. Necə bir həyat yaşadıqlarını dəyərləndirir və peşmanlıqlarını fikirləşirlər. Ölmək üzrə olan insanların iştahı azalır, arıqlamağa başlayırlar. Bir zamanlar çox xoşladıqları şeylər artıq cazibədar gəlmir, yeganə istəkləri yatmaq olur. Və bu başladıqları əbədi səfərin gözlənilən bir hissəsidir.

1-2 həftə qalmış

Bu səfər əsnasında insanlar adətən yatırlar. Kişilərdə orientasiya pozuqluğu baş verə və hissləri dəyişə bilər. Gizli düşmən qorxusu yaşaya, hətta sayıqlamalar ola bilər. Bəzən gözə görünməyən insanlarla danışa bilərlər. "Həmsöhbət" isə adətən ölmüş insanlar olur. Həmin insanın getdikcə bu dünyadan uzaqlaşdığı müşahidə edilir. Bir müddət sonra bədəndə bəzi ciddi dəyişikliklər baş verir:

- Bədən istiliyi aşağı olur

- Qan təzyiqi düşür

- Nəbz nizamsız olur, gah yavaşlayır, gah sürətlənir

- Tərləmə artır

- Dərinin rəngi dəyişir. Bu, daha çox dodaqlar və dırnaq altında daha çox müşahidə edilir

Tənəffüsdə də dəyişikliklər yaranır. Tənəffüs daha sürətli və yorucu hal alır. Tıxanma meydana gələ bilər və bu da öskürəyə yol açır. Danışıq azalır və sonda tamamilə durur.

Ölümə bir neçə gün, ya da bir neçə saat qalmış

İnsan artıq ölümə doğru yaxınlaşır. Ölüm yaxınlaşdıqca enerji dalğası ortaya çıxa bilər. Yataqdan qalxıb ətrafındakılarla danışmaq, iştahsız keçən günlərdən sonra nəsə yemək istəyə bilərlər. Bu enerji dalğalanması insandan insana dəyişsə də, ölən insanın son fiziki ifadələri bunlardır: nəfəs daha nizamsız və ümumiyyətlə daha yavaş olur, sonra daha sürətlə nəfəs almağa başlayırlar və qəfil nəfəs kəsilir. Əllər və ayaqlarda bənövşəyi ləkələr ola bilər. Bunlar sonra yavaş-yavaş qollar və ayaqlara yayıla bilər. Dodaqlar və dırnaq altı göy rəngə çalır və ya bənövşəyi ola bilər.

İnsan heç nəyə cavab verməməyə başlayır və gözləri açıq və ya yarı-açıq olmasına baxmayaraq, ətrafı görə bilmir. İnanclara görə, bu anlarda ölmək üzrə olan insanların yanında sevdiyi insanlar oturmalı və onunla danışmalıdır.

Ölümdən sonra saç və dırnaq uzanırmı?

Ölümdən sonra hər kəsi maraqlandıran mövzulardan biri də dırnaqlar və saçlardır. Öldükdən sonra saçlar və dırnaqlar uzanmır. Uzanırmış kimi görünə bilər, lakin bu, əslində su itirən dərinin geri çəkilməsi və büzüşməsi səbəbindən baş verir.

24 Aprel 2024 Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi
24 Aprel 2024 İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verir
24 Aprel 2024 Sadır Japarov Şəhidlər xiyabanında...
24 Aprel 2024 Əliyev Japarovu COP29-a dəvət etdi
24 Aprel 2024 Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident
24 Aprel 2024 Annaya qarşı aksiya: “Nikol türkdür!” - Video
24 Aprel 2024 Məşhur pediatorun intihar səbəbi bu imiş
24 Aprel 2024 Rusiya qalib gəlsə, dünya xəritəsi... - Leyen
24 Aprel 2024 Perspektiv əməkdaşlıq istiqaməti davam edir
24 Aprel 2024 Müsavat Partiyasının növbəti qurultayı bu tarixdə olacaq
24 Aprel 2024 “Xərc çəkib oranı təmir etdim, indi işləməyimə icazə vermirlər” - Fotolar
24 Aprel 2024 Japarov Azərbaycana gəldi
24 Aprel 2024 Cem Yılmaz özünü belə təbrik etdi
23 Aprel 2024 “Milli Şuranın AŞPA qarşısında öhdəliyi çoxdur, Azərbaycanın isə yox” - ŞƏRH EDİLDİ
23 Aprel 2024 Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!
23 Aprel 2024 Azərbaycanda hər ikinci şəxs yoxsul idi… - Prezident
23 Aprel 2024 Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…
23 Aprel 2024 Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...
23 Aprel 2024 İlham Əliyev forumda iştirak etdi - Video
23 Aprel 2024 "Laçın" məntəqəsinin qurulmasının ildönümü qeyd edildi
23 Aprel 2024 Uğurumuzun səbəbi bundadır - Prezident
23 Aprel 2024 Azərbaycana qarşı soyuq müharibə başladıblar - Prezident
23 Aprel 2024 “Elməddin Azərbaycanın “Şabanı”dır”
23 Aprel 2024 Ermənistan istisna olmaqla... - İlham Əliyev
23 Aprel 2024 "Gültəkin və ona bənzərlər gec də olsa reallığı qulaqlarında sırğa etməlidirlər" - TƏNQİD
23 Aprel 2024 Elektron siqaretdən istifadə qadağan olunsun! – Təklif
23 Aprel 2024 Xarici borcumuz çox aşağıdır, hətta… - Əliyev
23 Aprel 2024 Prezidentdən sülh açıqlaması: Vaxt lazımdır!
23 Aprel 2024 Bakı və Moskvanı müttəfiqə çevirən səbəb... - Markov
23 Aprel 2024 Bütün səlahiyyət TƏBİB-ə verilsin, SN isə... - Deputat