Azərbaycanda tütün məmulatlarının aksizli malların siyahısına daxil edilməsi təklif edilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Vergi Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Təklif edilən dəyişikliyə əsasən, tütün məmulatlarının həm istehsalı, həm də idxalı üzrə aksiz dərəcələrinin artırılması, habelə trubka tütünü, çəkmə, çeynəmə, sovurma, iyləmə tütünləri, habelə bütün növ qəlyanlar üçün nəzərdə tutulan tütün və tütün məhsullarının və qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarının aksizli malların siyahısına daxil edilməsi təklif edilir.

Dəyşiklik layihəsində qeyd edilir ki, tütün məmulatlarının idxalının istehlakda xüsusi çəkisi 2017-ci ilin yanvar-oktyabr ayları üzrə 89,5 faiz, 2018-ci ilin yanvar-oktyabr ayları üzrə 74,5 faiz, 2019-cu ilin yanvar-oktyabr ayları üzrə 44,1 faiz təşkil edirdisə 2020-ci ilin müvafiq dövrü üzrə bu rəqəm 12,3 faiz təşkil etmişdir. Beləliklə tütün məmulatlarının daxili istehsalının istehlakda xüsusi çəkisi 87,7 faizədək yüksəlmişdir.

Bununla da, aparılan iqtisadi islahatlar nəticəsində idxalın həcmi azalmaqla ölkə daxilində istehlak tələbatının yerli istehsal hesabına təmin edilməsi nəticəsində ölkə xaricinə valyuta axının azalması baş vermişdir.

Bununla yanaşı, tütün məmulatlarının aksiz dərəcələrinin yüksəldilməsi nəticəsində cəmi istehlak 2017-ci ilin yanvar-oktyabr ayları üzrə 10 618 080 min ədəd təşkil edirdisə, 2020-ci ilin müvafiq dövrünə münasibətdə bu rəqəm 8 538 977 min ədədədək azalmışdır.

Eyni zamanda, tütün məmulatlarının istehsalı və idxalı ilə məşğul olan vergi ödəyicilərinin cəmi vergi ödənişləri 2017-ci il üzrə 87 909 200 manat olmuşdursa, bu rəqəm 2020-ci ilin yanvar-noyabr ayları üzrə 473 554 500 manat təşkil etmişdir və 2020-ci ilin sonuna cəmi vergi ödənişlərinin 520 milyon manat olması planlaşdırılır.

 
24 Fevral 2021 Toyuqlu makaron yemək resepti - VİDEO
23 Fevral 2021 Mehriban Əliyeva xalq artistinin ailəsinə başsağlığı verdi
23 Fevral 2021 Ramiz Mehdiyev 500 alimin bağ sahəsini əlindən aldı
23 Fevral 2021 Azərbaycanda neçə adam vaksinasiya olunub?
22 Fevral 2021 Azərbaycanda karamel fabriki inşa edilir - Video
22 Fevral 2021 Sərkisyanın “İsgəndər” etirafı və mahiyyəti...
19 Fevral 2021 Estoniya Xocalı soyqırımı ilə bağlı bəyanat qəbul etdi
19 Fevral 2021 Ermənilər Mir Şahinə görə Nikolu söyür - Video
19 Fevral 2021 ABŞ Bakının layihəsinə dəstəyi artırır - Video
19 Fevral 2021 Əməkdar artist səhhətindən danışdı
19 Fevral 2021 ABŞ-ın bu şəhəri Xocalı günü elan etdi
19 Fevral 2021 Heydər Məmmədova yeni vəzifə verildi
18 Fevral 2021 Evdə asan hazırlanan qarğıdalı konservası - VIDEO
18 Fevral 2021 Şokoladlı dondurma resepti - VİDEO
18 Fevral 2021 Coca-Cola butulkasını dəyişdirir
18 Fevral 2021 Əməkdar artist xəstəxanaya yerləşdirildi
18 Fevral 2021 Sabah Bakıda şaxta olacaq
18 Fevral 2021 DANX: Qiymətləri 50 faiz artıran taksilər...
18 Fevral 2021 Türkiyə ilə əməkdaşlığın inkişafına yeni təkan verilib - Əsədov
18 Fevral 2021 Azərbaycan-Türkiyə biznes forumu keçirildi
18 Fevral 2021 Ermənilərin müharibə “qazancı": Nələr apardılar?
18 Fevral 2021 Vətən torpağının Nicatı - VİDEO
18 Fevral 2021 Qar Gəncənin bəzi ərazilərini işıqsız qoydu
18 Fevral 2021 Xroniki pankriatit
18 Fevral 2021 Mədə-bağırsaq qanaxması
18 Fevral 2021 İmmuniteti artırmaq üçün resept
17 Fevral 2021 Mən əsiri eşqiyəm öz xalqımın, öz yurdumun...
17 Fevral 2021 Ağızda əriyən şokoladlı roqalik resepti - VİDEO
17 Fevral 2021 Erməni faşizminin yenidən baş qaldırmasına yol verilməyəcək - Politoloq
17 Fevral 2021 Aktyor mutasiyaya uğrayan virusa yoluxub - FOTO