09:07

İstər TANAP, istərsə də TAP layihələri hər zaman həm Avropadan, həm də ABŞ-dan iqtisadi, siyasi dəstək görüb. Xüsusilə də layihələrin icrası üçün alınan kreditlər və layihələrə çıxış imkanı baxımından biz bu dəstəyi müşahidə edirik.

Bu sözləri Axar.az-a iqtisadçı Natiq Cəfərli ABŞ-ın Yunanıstandakı səfiri Cefri Payetin Avropanın rus qazından asılılığını azaltmaq üçün Vaşinqtonun TAP-ı dəstəkləyəcəyi barədə açıqlamasını şərh edərkən deyib.

Onun sözlərinə görə, ABŞ-ın Cənub Qaz Dəhlizinə göstərdiyi maraq gələcəkdə başqa ölkələrin də bu layihəyə qoşulmasına səbəb ola bilər:

“Rəsmi Bakı bu istiqamətdə son zamanlar əsaslı addımlar atmaqdadır. Xüsusilə də Türkmənistanla mübahisəli “Dostluq” yatağı üzrə əldə edilən razılaşmanı bu sahədə atılmış uğurlu adımlardan saymaq olar. Gələcəkdə dəstək daha da arta bilər. Çünki Cənub Qaz Dəhlizinin hazırkı nəqletmə gücü 32 mln. kubmetrdir. Hətta nasos stansiyalarının sayını artırmaq yolu ilə layihənin nəqletmə potensialını 35 mln. kubmetrə qədər artırmaq mümkündür. Lakin Azərbaycanın Avropaya satacağı qaz həddi məhduddur.

İndiki halda rəsmi Bakı Cənub Qaz Dəhlizi ilə 10 milyard kubmetr qaz nəql edə bilir. Lakin digər ölkələrin də mövcud ehtiyatları cəlb edilsə, bu zaman həmin miqdar 25 milyard kubmetrə qalxa bilər”.

N.Cəfərlinin sözlərinə görə, ABŞ-la İran arasında mövcud problemlər həll edilsə, gələcəkdə rəsmi Tehran da öz mavi qazını Cənub Qaz Dəhlizi ilə Avropaya nəql edə bilər:

“Hazırda bu istiqamətdə Vaşinqtonla İran arasında danışıqlar gedir. Hətta danışıqların müsbət olduğu da müşahidə edilir. Tərəflər ortaq məxrəcə gəlsə, gələcəkdə İran da Azərbaycanın beynəlxalq boru kəmərləri ilə öz mavi qazını Avropaya nəql edə bilər. İranın layihəyə qoşulması isə istər-istəməz Cənub Qaz Dəhlizinin önəmini artıracaq”.

05 Mart 2021 YAP İdarə Heyətinin yeni üzvləri - Siyahı
05 Mart 2021 Zaqatalada yeni fındıq emalı fabriki yaradılır
05 Mart 2021 DTX rəisi Türkiyəyə başsağlığı verdi
05 Mart 2021 Biz reallıqlar yaradan ölkəyik - İlham Əliyev
05 Mart 2021 Ekler ləzzətində Karpatka tortu - VİDEO
05 Mart 2021 Hikmət Hacıyev İsrailə təşəkkür etdi
05 Mart 2021 Azad Rəhimov yaxın günlərdə Bakıya qayıdacaq - Nazir müavini
04 Mart 2021 Azyaşlı uşaqlara antibiotik verməyin pis nəticələri
04 Mart 2021 YAP-ın sabahkı sensasion qurultayı necə keçiriləcək?
04 Mart 2021 Qat-Qat Xəmirdən an asan Napoleon Tort Resepti - VİDEO
04 Mart 2021 Qozdan hazırlanmış çox faydalı qida
04 Mart 2021 Tavada super ləzzətli xaçapuri - VİDEO
04 Mart 2021 Baydendən Rusiya ilə bağlı növbəti qərar
03 Mart 2021 Pikassonun qızı Azərbaycan mediasına danışdı
03 Mart 2021 Qarabağda yeni həyat
03 Mart 2021 Satanistlə Sabunçuda qaraçı baronun evində: süfrədə uşaq əti...
03 Mart 2021 Əfsanəvi reqqi ifaçısı öldü
02 Mart 2021 5 dəqiqədə hazır olan dünyanın ən asan şirniyyatı - VİDEO
02 Mart 2021 Xalq artistinə ağır itki
02 Mart 2021 Koronaya yoluxanların sayı 350-ni keçdi
02 Mart 2021 İsrail səfirliyi Azərbaycan xalqını təbrik etdi
02 Mart 2021 Səpmə şorqoğal resepti - VİDEO
02 Mart 2021 Ölümə 2-3 həftə qalmış nə baş verir? – Şok araşdırma
02 Mart 2021 Daha bir ilk yaşandı: Süni intellekt pyes yazdı
02 Mart 2021 Dodaqlara qulluq edilməsi
02 Mart 2021 Bu gün Od çərşənbəsidir
01 Mart 2021 Kətə resepti - VİDEO
01 Mart 2021 Mayasız, çox ləzzətli Şokoladlı paxlava resepti - VİDEO
01 Mart 2021 Tort medovik resepti - VİDEO
25 Fevral 2021 Niyə bəzi yerlərdə qaz yoxdur?