10:16

Şəhərlərarası qiymətləri 50 faizədək qaldıranlar fərqlənmə nişanı almadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan taksi sürücülərdir.

Bu barədə Axar.az-a açıqlamasında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova deyib.

O bildirib ki, taksi xidmətində Tarif Şurası tərəfindən müəyyən olunan standart tarif yoxdur:

“Təbii ki, ölkədə fərqlənmə nişanı alan taksilərlə bağlı ümumi nəzarət mexanizmi tətbiq olunur. Ancaq hazırda pandemiya ilə əlaqədar ötən ilin martından şəhərlər və rayonlararası avtobuslar işləmədiyi üçün taksilər bu haldan sui-istifadə hallarına yol verə bilirlər. Bunun qarşısını almaq üçün isə bizdə mexanizm yoxdur. Yalnız Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Bakı Taksi Xidməti MMC dövlət xidməti olduğu üçün kilometraja uyğun vahid standart qiymət tətbiq edir və sürücü bundan artıq sərnişindən pul istəyə bilməz. Şəhərlər və rayonlararası gediş-gəlişin qiymətini artıran taksilərin çoxu dövlətdən fərqlənmə nişanı almadan xidmət göstərənlərdir. Fərqlənmə xidməti alan taksilər üçün DANX və regional bölmələrimiz ümumi monitorinqlər təşkil edir, taksi sürücüləri ilə söhbətlər aparılaraq bildirilir ki, sərnişinin ümumi ödəmə qabiliyyəti nəzərə alınaraq qiymətlər tənzimlənsin. Yəni biz onlara da deyə bilmirik ki, bu qiymət qarşılığında xidmət edin. Sürücülərə sadəcə sui-istifadə hallarına yol verilməməsi, əks halda isə fərqlənmə nişanın yenidən verilib-verilməcəyinə baxılacağı barədə xəbərdarlıq edilir. Onu da qeyd edim ki, fərqlənmə nişanının verilməsində sürücünün üzərinə şərt olaraq qiymətin qaldırılmamasını qoya bilmərik”.

Qeyd edək ki, Bakıya sərnişin daşıyan taksilərin qiymətləri 50 faiz bahalaşdırdığı barədə məlumat yayılıb.

28 Mart 2024 Ramazanın 19-cu günü: Dua, imsak və iftar vaxtı
28 Mart 2024 Mirşahin Ağayev Prezidentə təşəkkür etdi - Foto
28 Mart 2024 İrəvan uydurma bəhanələrlə... - Lavrov
28 Mart 2024 SOCAR prezidentinə yeni müşavir təyin edildi
28 Mart 2024 Tolik blogerlərin saxtakarlığını açıqladı - VİDEO
28 Mart 2024 Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video
28 Mart 2024 Putin terror aktından sonra "Krokus"a niyə getməyib?
28 Mart 2024 Namiq Abbasov dəfn olundu
28 Mart 2024 ABŞ-ın “Krokus”la bağlı dəqiq məlumatı olub - NYT
28 Mart 2024 Əli Əsədov qərar imzaladı
28 Mart 2024 Bu, Fransanı ciddi narahat edir - Nağıyev
28 Mart 2024 Fransada PKK tərəfdarları hava limanına hücum etdi - Video
28 Mart 2024 Rusiya azərbaycanlını İnterpola verdi - Foto
28 Mart 2024 Qədr gecələri nə vaxtdır? - Tarix
28 Mart 2024 Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi
28 Mart 2024 Məşhur türk serialı Qarabağda çəkilə bilər
28 Mart 2024 Ombudsman Xankəndidə erməni sakinlərlə görüşdü
28 Mart 2024 Paşinyanın görüşü bizdə narahatlıq doğurur - Zaxarova
28 Mart 2024 Kreml Teleqramı qadağan edir? - Durova müraciət edildi
28 Mart 2024 Kakaonun qiyməti rekord vurdu
28 Mart 2024 "Krokus" teraktı: Amerikalı aktyor yaralılara baş çəkdi
28 Mart 2024 Nobel mükafatçısı vəfat etdi
27 Mart 2024 Tavuşda elə yerlər var ki, bizə qaytarılmalıdır - Sanosyan
27 Mart 2024 Vatsapa yeni funksiya gəldi
27 Mart 2024 Çin ÜTT-yə ABŞ-dan şikayət etdi
27 Mart 2024 Avropa Parlamentinin qərəzli qətnaməsi ilə bağlı bəyanat
27 Mart 2024 "İslam dininə görə heç ölmüş iti də yandırmırlar, nəinki insanı” - MÜNASİBƏT BİLDİRİLDİ
27 Mart 2024 "Qaraçı" filminin ulduzu VƏFAT ETDİ - FOTO
27 Mart 2024 Almaniyada turist avtobusu aşdı - xeyli sayda ölü və yaralı var
27 Mart 2024 Apreldə ardıcıl 5 gün iş olmayacaq