Son xəbərlər

 

Bu gün Əlağa Vahidin anadan olmasından 126 il ötür

 

Azərbaycanda, eləcə də Yaxın Şərqdə məşhur qəzəlxan şair kimi şöhrət qazanmış Əlağa Vahidin yaradıcılıq bioqrafiyası maraqlı və özünəxas cəhətlərə malikdir. Vahid milli poeziyanın qədim ənənələrini yeni dövrdə yüksək sənətkarlıqla davam etdirmiş və qəzəl janrının son dərəcə mükəmməl nümunələrini yaratmışdır. Şairin dərin lirizmi ilə səciyyələnən diqqətəlayiq zəngin bədii irsi çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus bənzərsiz hadisədir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu gün böyük qəzəlxan, Azərbaycanın ilk Dövlət mükafatı laureatı Əlağa Vahidin anadan olmasından 126 il ötür.

"Qəzəl de ki, məşhuri-dövran ola" - Füzulinin bu kəlamından bizi beş əsrlik bir zaman ayırır və qəzəl dünyamızda Füzulidən sonra neçə ustad şair bu janrda hünər göstəriblər. "Böyük Füzulimizin yadigarı mən özüməm", - deyirdi Vahid. Dahi Füzulini özünün böyük ustadı adlandıran Əlağa Vahid, onun bədii üslubundan, işlətdiyi əruz bəhrlərindən, təsvir və ifadə vasitələrindən, qafiyə və rədiflərindən bilavasitə faydalanaraq öz yaradıcılığında bədii sözün məna dolğunluğuna, ifadə səlisliyinə nail olub. Əlağa Vahid qəzəl yaradıcılığında püxtələşdikcə, klassik qəzəl məktəbinin istedadlı davamçısı kimi öz dəstxətti ilə seçilmiş, qəzəlləri və satirik şeirləri xalq arasında sürətlə yayılmış, ürəklərə yol tapmış, sevilmiş və dillər əzbəri olmuşdu. Şair qəzəl janrının mövzu dairəsini xeyli genişləndirmiş, Vətənə, xalqa məhəbbətini sadə, adi xalq dilində əruzun ritmik bəhrlərində qoşa misralarla uğurla şeirə çevirmişdi.

Əlağa Vahid 1895-ci il fevralın 17-də Bakı şəhərində anadan olub. Mollaxanada oxumağa başlayıb, sonra ehtiyac üzündən təhsilini yarımçıq qoyub, xarratlıq edib. Gənc yaşlarında Bakıdakı "Məcməüş-şüəra" ədəbi məclisində iştirak edib və lirik şerlər yazıb. Satirik şeirlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa edib. "Tamahın nəticəsi" adlı ilk kitabı nəşr olunub.

Böyük Vətən müharibəsi illərində yazdığı əsərlərdə "Döyüş qəzəlləri", "Qəzəllər" kitablarında Əlağa Vahid Vətənə məhəbbət, düşmənə nifrət, qələbəyə inam hissləri təbliğ edib.

Əsrlərdən bəri qəzəlin baş mövzusu eşq olub. Amma bu eşq mənaları da birrəngli olmayıb. Vahidin şeirləri Vətən məhəbbətindən, Tanrıdan tutmuş gözələ ülvi hisslərlə doludur.

Mən əsiri eşqiyəm öz xalqımın, öz yurdumun,

Sevməyən öz xalqını, öz yurdunu divanədir.

Vahidin qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutub. Nizami, Xaqani, Füzuli, Nəvai və başqalarının qəzəllərini Azərbaycan dilinə tərcümə edib.

Yeri gəlmişkən qeyd edək ki, 2015-ci ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair Əlağa Vahidin anadan olmasının 120 illiyinin dövlət səviyyəsində qeyd edilməsi üçün ölkə başçısı tərəfindən Sərəncam imzalanıb. Sərəncama əsasən şairin 120 illiyi ölkəmizdə silsilə tədbirlərlə qeyd olunub.

Əlağa Vahid 1965-ci il oktyabrın 1-də Bakı şəhərində vəfat edib.

19 Aprel 2024 Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər
19 Aprel 2024 Bakıda hektarlarla yeri zəbt edən “qovulmuş” məmurlar…
18 Aprel 2024 Niyə Əli Kərimli və Sevinc Osmanqızı üzr istəmək mədəniyyətinə malik deyillər? ANALİZ
18 Aprel 2024 Palma yağlarının Azərbaycana gətirilməsinin qadağan ediləcək?
18 Aprel 2024 Bakıda ev qiymətinə sini satılır - Foto
18 Aprel 2024 QHT-lərdən Vardanyanla bağlı Nobel Komitəsinə məktub
18 Aprel 2024 Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova
18 Aprel 2024 AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova
18 Aprel 2024 Zurabaşvili bu qanuna veto qoydu
18 Aprel 2024 Qubad İbadoğluya yekun ittiham elan edildi
18 Aprel 2024 Önəmli infrastruktur layihələri icra edilir
18 Aprel 2024 “Bunlar öz millətinə, öz dövlətinə düşmən kəsilibmişlər” - DEPUTAT TƏNQİD ETDİ
18 Aprel 2024 Duası ilə gündəm olan molla: Oxunan Qurandır, ya mahnı - VİDEO
18 Aprel 2024 İstənilən ekspertizaya getməyə hazıram - Sədr
18 Aprel 2024 Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva
18 Aprel 2024 Azərbaycanda pomidora ayı geni transfer edilir?
18 Aprel 2024 Çörçillin bəyənmədiyi portreti satışa çıxarılacaq - FOTO
18 Aprel 2024 Başlıbel faciəsindən 31 il ötür
17 Aprel 2024 Burak Özçivit yeni filmdə çəkiləcək
17 Aprel 2024 Bakıda şirniyyat mağazasında yoxlama: kiflənmiş tortlar…
17 Aprel 2024 Qarabağda sülhməramlılar lazım deyil - Juravlyov
17 Aprel 2024 Bu qanuna veto qoyacağam - Zurabişvili
17 Aprel 2024 “Xalqımız dövlətinin yanında olduğunu daima göstərib” - MÜNASİBƏT BİLDİRİLDİ
17 Aprel 2024 Lisey və gimnaziyaların sayının artırılması... - Nazir
17 Aprel 2024 15-20 il əvvəl bu qədər gənc… - Əmrullayev
17 Aprel 2024 İsrailin hegemonluğunu darmadağın etdik - Rəisi
17 Aprel 2024 İran Ermənistanda baş verənlərə dözməyəcək - Tarasov
17 Aprel 2024 Makronun Bakıdakı səfirini bu tərzdə çağırması…
17 Aprel 2024 Bu vəzifəli şəxslərə kompensasiya veriləcək
17 Aprel 2024 Bu, təxribatdır, Rusiyanın strategiyasıdır - Zurabişvili