Vətən Müharibəsində qələbə milli birlik olmadan qazanıla bilməzdi. Ali Baş Komandan İlham Əliyev bütün idarəçiliyi dövründə dövlətin humanizm siyasətini digər tədbirlərdən yuxarı tutub. Məhz ona görə də son 26 ildə 61 əfv və amnistiya qərarı nəticəsində çoxlu sayda şəxs yenidən cəmiyyətə dönüş imkanı əldə edib, doğmalarına, öz ailələrinə qayıda bilib və beləliklə, bağışlamağın, xeyirxahlığın ən ali dəyər olduğunu dərk edərək ictimai-siyasi sabitliyin, əmin amanlığın qoruyucularına çevrilib.

Axar.az xəbər verir ki, bunu millət vəkili Zahid Oruc deyib.

Millət vəkili qeyd edib ki, əfvlə cəzası azaldılan və tam azadlığa qovuşan məhbusların yalnız bir faizi təkrar cinayətlərin törədilməsində iştirak edib:

“Mənəvi islah tədbirləri, islahatlar nəticəsində hüquq sisteminin və qanunçuluğun insan hüquq və azadlıqlarının təminatında daha da liberallaşdırılması özünü doğruldur, dəqiq prinpislərlə müəyyənləşdirilən həmrəylik siyasəti səmərə verir:

Ona görə Əfv Komissiyasının üzvü kimi aldığımız müraciətlərin içərisində son dövrlər məhz şəhid ailələrinə və yaralı hərbçilərimizə yaxın insanların, eləcə də arxa cəbhədə fədakarlıq göstərən insanlarımızın yaxınları ilə bağlı böyük əfv, yaxud “qızıl amnistiya” gözləntisində olanlar çoxluq təşkil edir.

Prezident İlham Əliyevin “qızıl amnistiya” qərarı ilə çıxış edəcəyi haqda informasiyaları Zəfər səlnaməmizin davamı kimi görmək istəyənlər daha çoxdur. Lakin bir qədər gözləyək və sıx iş qrafiki altında, gərgin beynəlxalq və daxili gündəlik, xüsusilə Böyük Qayıdış strategiyası üzərində çalışan ölkə rəhbərinin ən mühüm dövləti işlər içərisində azadlıq arzusunda olan insanları da sevindirəcəyinə hər birimiz dərindən inanırıq.

Qəbul ediləcəyi təqdirdə “qızıl amnistiya” ictimai-siyasi-hüquqi akt kimi yeni tariximizə mühüm səhifə kimi daxil olacaq.

Gəncə işi və Tərtərdə dövlətçiliyimiz əleyhinə olanlar, eləcə də ətrafında siyasi cəbhə açılmış məhbuslarla bağlı qərarlar, hansı maddələrin, güzəştlərin əhatə dairəsinə daxil edilməsi yalnız Prezidentin konstitusion səlahiyyətləri daxilindədir”.

05 Mart 2021 YAP İdarə Heyətinin yeni üzvləri - Siyahı
05 Mart 2021 Zaqatalada yeni fındıq emalı fabriki yaradılır
05 Mart 2021 DTX rəisi Türkiyəyə başsağlığı verdi
05 Mart 2021 Biz reallıqlar yaradan ölkəyik - İlham Əliyev
05 Mart 2021 Ekler ləzzətində Karpatka tortu - VİDEO
05 Mart 2021 Hikmət Hacıyev İsrailə təşəkkür etdi
05 Mart 2021 Azad Rəhimov yaxın günlərdə Bakıya qayıdacaq - Nazir müavini
04 Mart 2021 Azyaşlı uşaqlara antibiotik verməyin pis nəticələri
04 Mart 2021 YAP-ın sabahkı sensasion qurultayı necə keçiriləcək?
04 Mart 2021 Qat-Qat Xəmirdən an asan Napoleon Tort Resepti - VİDEO
04 Mart 2021 Qozdan hazırlanmış çox faydalı qida
04 Mart 2021 Tavada super ləzzətli xaçapuri - VİDEO
04 Mart 2021 Baydendən Rusiya ilə bağlı növbəti qərar
03 Mart 2021 Pikassonun qızı Azərbaycan mediasına danışdı
03 Mart 2021 Qarabağda yeni həyat
03 Mart 2021 Satanistlə Sabunçuda qaraçı baronun evində: süfrədə uşaq əti...
03 Mart 2021 Əfsanəvi reqqi ifaçısı öldü
02 Mart 2021 5 dəqiqədə hazır olan dünyanın ən asan şirniyyatı - VİDEO
02 Mart 2021 Xalq artistinə ağır itki
02 Mart 2021 Koronaya yoluxanların sayı 350-ni keçdi
02 Mart 2021 İsrail səfirliyi Azərbaycan xalqını təbrik etdi
02 Mart 2021 Səpmə şorqoğal resepti - VİDEO
02 Mart 2021 Ölümə 2-3 həftə qalmış nə baş verir? – Şok araşdırma
02 Mart 2021 Daha bir ilk yaşandı: Süni intellekt pyes yazdı
02 Mart 2021 Dodaqlara qulluq edilməsi
02 Mart 2021 Bu gün Od çərşənbəsidir
01 Mart 2021 Kətə resepti - VİDEO
01 Mart 2021 Mayasız, çox ləzzətli Şokoladlı paxlava resepti - VİDEO
01 Mart 2021 Tort medovik resepti - VİDEO
25 Fevral 2021 Niyə bəzi yerlərdə qaz yoxdur?