Son xəbərlər

 

Ermənistan xarici işlər naziri Ara Ayvazyan bu gün – yanvarın 20-də ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin Ermənistandakı səfirlərini – Rusiyalı diplomat Sergey Kopyrkin, Fransa səfiri Conatan Lakotan və ABŞ səfiri Lin Treysi ilə görüşüb.

 

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, görüşün gündəliyində keçmiş Dağlıq Qarabağ konflikti bölgəsində müharibədən sonrakı vəziyyət, regional təhlükəsizlik və sülhlə bağlı məsələlər olub.

Erməni tərəfi ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində sülh prosesinin davam etdirilməsinin zəruriliyini vurğulayıb. Xarici işlər naziri Ayvazyan bu kontekstdə ““artsax” xalqının öz müqəddəratını təyin etməsi və təhlükəsizlik hüquqları da daxil olmaqla, nizamlamanın təməl prinsiplərinin tam həcmdə tətbiqinin vacibliyini” qeyd edib.

Ayvazyan habelə 10 noyabr üçtərəfli sazişinə əsasən atəşkəsdən və sülhməramlı qüvvələrin bölgədə yerləşdirilməsindən danışaraq, xüsusilə hərbi əsirlərin, girovların və digər saxlanılan şəxslərin geri qaytarılması ilə bağlı humanitar məsələlərin tam və fasiləsiz təmin edilməsinin prioritet olduğunu bildirib.

Xəbərə görə, Ermənistan XİN başçısı və səfirlər Dağlıq Qarabağın ermənilər yaşayan hissəsində humanitar vəziyyət və erməni əhalinin ehtiyaclarının ödənilməsi istiqamətində atılan addımlar barədə fikir mübadiləsi də aparıblar. Bu yöndə beynəlxalq strukturların, xüsusən də BMT və onun yerdəki ixtisaslaşmış qurumlarının prosesə maneəsiz cəlb olunmasının vacibliyi vurğulanıb.

Artıq tarixin zibilliyinə göndərilmiş öz müqəddəratını təyin etmə iddiasının ardınca Ara Ayvazyan Azərbaycana qarşı daha bir həyasızlıq edib. Erməni qaynağı bildirir ki, görüşdə o, diplomatların diqqətini “Azərbaycanın erməni tarixinin, mədəni-dini irsinin və identikliyinin məhvi istiqamətində göstərdiyi səyləri nəzərə alaraq, Azərbaycanın nəzarətindəki ərazilərdə erməni tarixi, mədəni və dini irsinin qorunub saxlanılması istiqamətində atılan addımların aktuallığına” yönəldib.

Xatırladaq ki, Ermənistanın 10 noyabr kapitulyasiya sənədini imzalamasından sonra artıq Azərbaycan üçün nə Minsk Qrupunun hansısa üzdəniraq “təməl həll prinsipləri” mövcuddur, nə də ümumiyyətlə, Dağlıq Qarabağ konflikti anlayışı. Rəsmi Bakı dəfələrlə bunu da açıq və birmənalı şəkildə bəyan edib ki, Dağlıq Qarabağda qalan bir ovuc yerli erməniyə heç bir xüsusi status tanınmayacaq, oradakı ermənilər bizim vətəndaşlardır və çoxmillətli, çoxkonfesiyalı ölkəmizdə digər vətəndaşlar və millətlər kimi bərabər statusda yaşayacaqlar.

Hətta Rusiya prezidenti Vladimir Putin də Dağlıq Qarabağ konfliktini artıq unutmaq lazım olduğu, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bildirib, statusla bağlı erməni tərəfinin illüziyalarla yaşamamalı olduğu barədə aydın mesajlar verib. Son olaraq Rusiya XİN rəhbəri Sergey Lavrov iki gün öncə status mövzusunun rəsmi Moskva üçün artıq maraq və önəm kəsb etmədiyini birmənalı şəkildə bəyan edib.

O ki qaldı hərbi əsirlərin qeyd-şərtsiz qaytarılmasına, Azərbaycan artıq bütün erməni hərbi əsirləri geri verib. Söhbət müharibə dayanandan sonra Hadrutda diversiya törədərkən ələ keçmiş 62 erməni terrorçudan gedirsə, rəsmi Bakı dəfələrlə bildirib ki, onlar hərbi əsir sayıla bilməz və Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddəsi əsasında mühakimə ediləcəklər.

Odur ki, Ayvazyan özünü məğlub ölkənin XİN rəhbəri kimi aparsa, ən çox elə Ermənistan üçün faydalı olar...

20 Aprel 2024 Azərbaycanla bu sahədə güclərimizi birləşdirməliyik
20 Aprel 2024 İlham Əliyev daha bir tarix yazdı – Türk general
20 Aprel 2024 Duzlu yemək də xərçəng yaradır - Onkoloq
20 Aprel 2024 Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...
19 Aprel 2024 İmran Əliyev həbs edildi
19 Aprel 2024 Mitinqin baş tutmaması Əli Kərimli ilə xaricdəki antimilli ünsürlər arasında qarşıdurma yaradıb ANALİZ
19 Aprel 2024 Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
19 Aprel 2024 Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov
19 Aprel 2024 Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh
19 Aprel 2024 “Əli Kərimlinin siyasi bioqrafiyasına baxsaq, yanıldığını çətin etiraf etsin” - MÜNASİBƏT BİLDİRİLDİ
19 Aprel 2024 Lalə Azərtaşın verilişi bağlanır - "Xəzər"dən AÇIQLAMA
19 Aprel 2024 Deputat etiraz etdi: Ansambl düzəldib uşaqları imtahan edirlər
19 Aprel 2024 Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər
19 Aprel 2024 Bakıda hektarlarla yeri zəbt edən “qovulmuş” məmurlar…
18 Aprel 2024 Niyə Əli Kərimli və Sevinc Osmanqızı üzr istəmək mədəniyyətinə malik deyillər? ANALİZ
18 Aprel 2024 Palma yağlarının Azərbaycana gətirilməsinin qadağan ediləcək?
18 Aprel 2024 Bakıda ev qiymətinə sini satılır - Foto
18 Aprel 2024 QHT-lərdən Vardanyanla bağlı Nobel Komitəsinə məktub
18 Aprel 2024 Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova
18 Aprel 2024 AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova
18 Aprel 2024 Zurabaşvili bu qanuna veto qoydu
18 Aprel 2024 Qubad İbadoğluya yekun ittiham elan edildi
18 Aprel 2024 Önəmli infrastruktur layihələri icra edilir
18 Aprel 2024 “Bunlar öz millətinə, öz dövlətinə düşmən kəsilibmişlər” - DEPUTAT TƏNQİD ETDİ
18 Aprel 2024 Duası ilə gündəm olan molla: Oxunan Qurandır, ya mahnı - VİDEO
18 Aprel 2024 İstənilən ekspertizaya getməyə hazıram - Sədr
18 Aprel 2024 Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva
18 Aprel 2024 Azərbaycanda pomidora ayı geni transfer edilir?
18 Aprel 2024 Çörçillin bəyənmədiyi portreti satışa çıxarılacaq - FOTO
18 Aprel 2024 Başlıbel faciəsindən 31 il ötür