Ölümündən keçən illər artıq onun - yaxınlarının yaddaşında 26 yaşlı gənc kimi qalan Yusifin yaşını üstələyib. Yusifin şəhidlik zirvəsinə ucalmasının artıq 31-ci ili anılır.

 

Lakin yanvarın 20-də yaxınları onun yalnız ölüm gününü deyil, doğum gününü də qeyd edirlər.

Milli.Az bildirir ki, Eyni gündə doğulub eyni gündə də şəhid olan Yusif Sadıqovun bacısı Sayalı Sadıqova Trend-ə açıqlamasında bildirib ki, xalqımızın 1988-ci ildən bəri başına gələn faciələr Yusifi rahat buraxmırdı.

Onun sözlərinə görə, 1989-cu ilin 1 dekabr tarixində Ermənistan Ali Soveti "Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi" haqqında qərar qəbul etdi. Nəticədə Azərbaycanda siyasi vəziyyət gərginləşdi və bu, 1989-cu ilin sonunda İran və Türkiyə ilə sərhədlərdəki tikanlı məftillərin sökülməsi ilə nəticələndi. 1989-cu ilin 31 dekabrında minlərlə insan - qadın və kişi, uşaq, qoca və cavan Ordubaddan Sədərəyədək SSRİ dövlət sərhədinin 167 kilometrlik ərazisi boyunca sərhəd dirəklərinin tikanlı məftillərini sökmüşdü. 1989-cu ilin sonunadək ermənilər tərəfindən yüzlərlə azərbaycanlı qətlə yetirilmişdi:

"Yanvar böhranı nəticə etibarilə respublika hakimiyyət orqanlarının iradəsizliyi və xalqdan ayrı düşməsi, müxalifətin ən fəal hissəsinin avantürizmi, bütün siyasi dayaqlarını itirmiş mərkəzi hakimiyyətin səbatsızlığı nəticəsində baş verdi. Bu böhran həm də müəyyən dairələrin siyasi korluğunun nəticəsi idi. Onlar başa düşmək istəmirdilər ki, siyasi böhranın nə ilə nəticələnməsindən asılı olmayaraq, o, artıq tarixi inkişafın ümumi yönünü dəyişdirə bilməyəcək.

Yanvar faciəsi xalqımızın milli şüuruna kədərli, eyni zamanda, XX əsr Azərbaycan tarixinin dönüş əhəmiyyətli hadisəsi kimi daxil oldu. Hamının səbr kasası dolmuşdu. Yurd-yuva qeyrəti, el-oba isməti milləti ya ölüm, ya qalım məqamına gətirmişdi. Yusif də bir vətəndaş, ziyalı kimi düşünür, yollar axtarırdı. Vətən uğrunda mübarizə başlıca amalına çevrilmişdi".

Faciənin baş verdiyi günü xatırlayan S.Sadıqova qeyd edib ki, həmin gün yuxuda olan Yusifi güllə səsi oyatdı. Oyandı, dözə bilməyib, küçəyə çıxdı:

Səhəri gün atam şəhid qanından laləzara dönmüş küçə və meydanlarda, xəstəxanalarda, ölüxanalarda qanına qəltan olmuş igidlərin cəsədini gördükcə yüz dəfə ölüb-dirilən, müdhiş gecənin ağır yükü altında qəddi bükülmüş, heydən düşmüş, donuq baxışlarından iztirab tökülən, sifətləri meyit rəngi almış insanlar arasında Yusifi axtarırdı. Yusifin isə ancaq sağ qolu tapıldı... Tankın tırtılları altında kəsilmiş sağ qolu.... Həmin gecə Bakıda dəhşətli qırğın törədildi, qan su yerinə axırdı. Neçə ana övlad, neçə bacı qardaş, neçə körpə ata itirdi o müdhiş gecədə. Başını itirmiş adamlar gecə evdən çıxıb bir daha geri dönməyənlərini axtarırdılar, özü də dirilər yox, ölülər arasında... Həmin gün əzizlərinin meyitini tapanlar Allaha şükür edirdilər. Çünki artıq məlum olmuşdu ki, qaniçən vəhşilər öz cinayətlərinin izini qismən də olsa itirmək üçün yaralıların və şəhidlərin bir hissəsini yük maşınları ilə aradan çıxara bilmişdilər".

28 Mart 2024 Ramazanın 19-cu günü: Dua, imsak və iftar vaxtı
28 Mart 2024 Mirşahin Ağayev Prezidentə təşəkkür etdi - Foto
28 Mart 2024 İrəvan uydurma bəhanələrlə... - Lavrov
28 Mart 2024 SOCAR prezidentinə yeni müşavir təyin edildi
28 Mart 2024 Tolik blogerlərin saxtakarlığını açıqladı - VİDEO
28 Mart 2024 Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video
28 Mart 2024 Putin terror aktından sonra "Krokus"a niyə getməyib?
28 Mart 2024 Namiq Abbasov dəfn olundu
28 Mart 2024 ABŞ-ın “Krokus”la bağlı dəqiq məlumatı olub - NYT
28 Mart 2024 Əli Əsədov qərar imzaladı
28 Mart 2024 Bu, Fransanı ciddi narahat edir - Nağıyev
28 Mart 2024 Fransada PKK tərəfdarları hava limanına hücum etdi - Video
28 Mart 2024 Rusiya azərbaycanlını İnterpola verdi - Foto
28 Mart 2024 Qədr gecələri nə vaxtdır? - Tarix
28 Mart 2024 Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi
28 Mart 2024 Məşhur türk serialı Qarabağda çəkilə bilər
28 Mart 2024 Ombudsman Xankəndidə erməni sakinlərlə görüşdü
28 Mart 2024 Paşinyanın görüşü bizdə narahatlıq doğurur - Zaxarova
28 Mart 2024 Kreml Teleqramı qadağan edir? - Durova müraciət edildi
28 Mart 2024 Kakaonun qiyməti rekord vurdu
28 Mart 2024 "Krokus" teraktı: Amerikalı aktyor yaralılara baş çəkdi
28 Mart 2024 Nobel mükafatçısı vəfat etdi
27 Mart 2024 Tavuşda elə yerlər var ki, bizə qaytarılmalıdır - Sanosyan
27 Mart 2024 Vatsapa yeni funksiya gəldi
27 Mart 2024 Çin ÜTT-yə ABŞ-dan şikayət etdi
27 Mart 2024 Avropa Parlamentinin qərəzli qətnaməsi ilə bağlı bəyanat
27 Mart 2024 "İslam dininə görə heç ölmüş iti də yandırmırlar, nəinki insanı” - MÜNASİBƏT BİLDİRİLDİ
27 Mart 2024 "Qaraçı" filminin ulduzu VƏFAT ETDİ - FOTO
27 Mart 2024 Almaniyada turist avtobusu aşdı - xeyli sayda ölü və yaralı var
27 Mart 2024 Apreldə ardıcıl 5 gün iş olmayacaq