Son xəbərlər

 

20 yanvar faciəsi tarixi mübarizə meydanına atılmış Azərbaycan xalqının ictimai şüurunda müqəddəs "şəhidlik" anlamını yenidən bərpa etdi, xalqı öz inamı, tarixi,qəhrəmanlıq ruhu ilə bağladı. Azərbaycan xalqı bu faciəyə baxmayaraq, yenə də milli birliyini qoruyub saxladı.

Milli.Az bildirir ki, bunu Trend-ə AMEA-nın Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Əsəd Qurbanlı deyib.

20 yanvarın müstəqillik tariximizin mühüm bir mərhələsi olduğunu deyən Ə.Qurbanlı qeyd edib ki, 20 yanvar faciəsindən keçən bu illər ərzində zaman etibarı ilə bu hadisələrdən uzaqlaşdıqca, hadisə ilə, onun yaranma səbəbi ilə bağlı hər şey aydın olduqca, tarixi-siyasi təcrübəmiz çoxaldıqca həmin hadisənin dünəni və sabahı daha aydın dərk olunur.

Tarixçi hesab edir ki, 20 yanvar faciəsi o zaman dünyanın böyük bir düşərgəsində yaranmış yeni tarixi şəraitdə baş vermiş kəskin ictimai-siyasi dönüşlərin Azərbaycanı titrədən güclü bir təkan idi. Bu anlamda bu faciə Azərbaycan xalqının müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizənin bütün ümumi və tipik cəhətlərini özündə birləşdirən rəmzi bir məqamdır. Bu faciədə əks olunan ümumi və tipik cəhətlər isə özündən əvvəlki və sonrakı hadisələrin ana xəttini təşkil edir. 20 yanvar faciəsi həmin dövrdə cərəyan edən ictimai-siyasi hadisələrin kulminasiyası olmaqla yanaşı, yaranmaqda olan yeni bir epoxa ilə yaşanmış tarixi mərhələ arasında bir sərhəddir.

Alimin fikrincə, məhz 20 yanvar faciəsi ilə artıq oyanmaqda olan milli şüurda mühüm keyfiyyət dəyişikliyi baş verdi və xalq artıq müstəqilliyin labüd olduğunu anladı:

"Xalq onu da anladı ki, azadlıq, müstəqillik bir hüquqi, siyasi, iqtisadi reallıqdır və bu reallığa hazır olmaq lazılmdır. 20 yanvar olayları bir xalqın müstəqillik arzularına, onun barlığına, heysiyyatına edilən bir təcavüz idi. Azərbaycan xalqını bu təcavüzə məruz qoyan "demokratikləşmədən" və "yenidənqurmadan" dəm vuran o zamankı sovet rəhbərliyi idi. İmperiyanın ömrünü uzatmaq istəyənlər qətliamı törətməklə həm Azərbaycan xalqına,həm də sovet rejimində yaşayan xalqlara ibrət dərsi vermək istəyirdilər. 20 yanvar hadisəsi Azərbaycanın müstəqillik mübarizəsini boğmağa qarşı yönəldilmişdi. Lakin sovet imperiyası buna nail ola bilmədi, Azərbaycan öz dövlət müstəqilliyinə qovuşdu".

24 Aprel 2024 Əliyev Japarovu COP29-a dəvət etdi
24 Aprel 2024 Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident
24 Aprel 2024 Annaya qarşı aksiya: “Nikol türkdür!” - Video
24 Aprel 2024 Məşhur pediatorun intihar səbəbi bu imiş
24 Aprel 2024 Rusiya qalib gəlsə, dünya xəritəsi... - Leyen
24 Aprel 2024 Perspektiv əməkdaşlıq istiqaməti davam edir
24 Aprel 2024 Müsavat Partiyasının növbəti qurultayı bu tarixdə olacaq
24 Aprel 2024 “Xərc çəkib oranı təmir etdim, indi işləməyimə icazə vermirlər” - Fotolar
24 Aprel 2024 Japarov Azərbaycana gəldi
24 Aprel 2024 Cem Yılmaz özünü belə təbrik etdi
23 Aprel 2024 “Milli Şuranın AŞPA qarşısında öhdəliyi çoxdur, Azərbaycanın isə yox” - ŞƏRH EDİLDİ
23 Aprel 2024 Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!
23 Aprel 2024 Azərbaycanda hər ikinci şəxs yoxsul idi… - Prezident
23 Aprel 2024 Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…
23 Aprel 2024 Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...
23 Aprel 2024 İlham Əliyev forumda iştirak etdi - Video
23 Aprel 2024 "Laçın" məntəqəsinin qurulmasının ildönümü qeyd edildi
23 Aprel 2024 Uğurumuzun səbəbi bundadır - Prezident
23 Aprel 2024 Azərbaycana qarşı soyuq müharibə başladıblar - Prezident
23 Aprel 2024 “Elməddin Azərbaycanın “Şabanı”dır”
23 Aprel 2024 Ermənistan istisna olmaqla... - İlham Əliyev
23 Aprel 2024 "Gültəkin və ona bənzərlər gec də olsa reallığı qulaqlarında sırğa etməlidirlər" - TƏNQİD
23 Aprel 2024 Elektron siqaretdən istifadə qadağan olunsun! – Təklif
23 Aprel 2024 Xarici borcumuz çox aşağıdır, hətta… - Əliyev
23 Aprel 2024 Prezidentdən sülh açıqlaması: Vaxt lazımdır!
23 Aprel 2024 Bakı və Moskvanı müttəfiqə çevirən səbəb... - Markov
23 Aprel 2024 Bütün səlahiyyət TƏBİB-ə verilsin, SN isə... - Deputat
23 Aprel 2024 Əliyev Moskvada bunu vurğuladı - Solonnikov
20 Aprel 2024 Bağanis Ayrım kəndi minalardan təmizlənir
20 Aprel 2024 Qəfil ölmək istəmirsinizsə… - Professordan SOS