Zaman sürətlə dəyişir. Yeni dövrün çağırışlarına öncədən hazır olmaq qarşıya çıxan problemlərin uğurla dəf edilməsinə imkan yaradır.

 

Problemlərin qiymətləndirilməsi və onların aradan qaldırılması üçün müvafiq addımların atılması istiqamətində ölkəmizin uğurları şübhəsizdir. Məhz bu uğurlar beynəlxalq təşkilatların reytinq hesabatlarında Azərbaycanı ən islahatçı ölkələr sırasında ilk onluğa yüksəldib.

Durmadan irəli yürüyən zaman cəmiyyət həyatında da daha sürətli irəliləyiş tələb edir. Cəmiyyətin güzgüsü hesab edilən mətbuat isə həyatımıza daxil olan bütün yeniliklərin lokomotividir.

Mətbuata dövlət qayğısı Azərbaycanda özünəməxsus üstün keyfiyyətləri ilə səciyyələnir. Müstəqilliyin ilk illərindən mətbuatın inkişafı ilə bağlı qanunvericilik bazasının yaradılması, senzuranın ləğvi, KİV-lərə dövlət dəstəyi Azərbaycan dövlətinin prioritetləri sırasında olub. Bu günlərdə Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun bazasında AR Medianın İnkişafı Agentliyinin yaradılması da media qurumlarının fəaliyyətinin müasir dövrün tələblərinə uyğun şəkildə təkmilləşdirilməsi üçün ölkə başçısı tərəfindən atılmış növbəti addımdır.

İstənilən ölkədə söz və fikir azadlığının ən yüksək standartlar əsasında təmin edilməsi ikitərəfli prosesdir. Bir tərəfdən dövlət azad mətbuatın təşəkkül tapması və cəmiyyətin mənafeyinə xidmət etməsi üçün lazımi hüquqi bazanın və ictimai-siyasi şəraitin bərqərar olunmasını təmin edir, digər tərəfdən jurnalist peşəsinə yiyələnən vətəndaş cəmiyyətin maraq dairəsində olan məsələlərin öyrənilməsini, araşdırılmasını və mətbuat vasitəsilə obyektiv təqdimatını milli qanunvericiliyə müvafiq qaydada vicdanla və ləyaqətlə yerinə yetirir.

Müstəqillik illərimizdə dövlətin öz üzərinə düşən vəzifəni artıqlaması ilə yerinə yetirdiyi danılmaz faktdır. Yeni nəsil jurnalist mütəxəssislərinin yetişməsi isə zaman tələb edən məsələdir. Bu sadəcə bir neçə qanunun qəbul edilməsi ilə ərsəyə gələn bir reallıq deyil. İnformasiya bolluğu şəraitində, gündən-günə dəyişən və yeni imkanlar yaradan İT mühitində işləmək müasir jurnalistikadan daha hazırlıqlı olmağı tələb edir. Hadisələrə və faktlara yeni dövrün tələblərinə uyğun baxışın formalaşması, faktların əldə edilməsi və araşdırılması ilə bağlı vərdiş və bacarıqların öyrənilməsi, materialların cəmiyyətə təqdimatı üsullarının müxtəlifliyi və mürəkkəbliyi rəqabət şəraitində çalışan jurnalistlər qarşısında ikiqat məsuliyyət qoyur. Bu məsuliyyət hissinin peşə hazırlığı prosesində aşılanması və əmək fəaliyyətinə başlayan jurnalistlər tərəfindən dərk edilməsi sağlam ruhlu, nikbin məqsədli və yaradıcı jurnalistikanın mövqeyini gücləndirə biləcək amillərdir.

Zənnimcə, yeni yaradılan Medianın İnkişafı Agentliyinin ümdə vəzifələrindən biri bu ixtisasın tədrisi və təcrübəsi prosesinin təkmilləşdirilməsinə dəstək verməklə jurnalist peşəkarlığının artırılmasına nail olmaqdır. Qlobal jurnalistikanın irəli sürdüyü yeni trendlər peşə hazırlığı prosesində dərindən öyrənilməli və peşəkar fəaliyyətdə tətbiq olunmalıdır. Milli jurnalistika tariximiz həm janr və həm də təqdimat üslublarının rəngarəngliyi baxımından kifayət qədər zəngin təcrübəyə malikdir. 145 illik təcrübəmizin ən dəyərli örnəklərinin klassik irs kimi öyrənilməsi də müasir şəraitdə peşəkarlığın artırılmasında mühüm rol oynamalıdır. Jurnalist peşəsindən qeyri-etik məqsədlərlə istifadə etməyə cəhd göstərən şayiə, şantaj və sensasiya müəlliflərinin mətbuat sahəsinə girişinin qarşısı daha peşəkar, ədalətli və ləyaqətli jurnalist fəaliyyəti ilə alınmalıdır. Azərbaycan jurnalisti öz xalqını sevərək yazmalı, öz dövlətinin və dövlətçiliyinin maraqlarına xidmət etməli, öz vətəndaşlarının qayğısına qalaraq və ona hörmət bəsləyərək çalışmalıdır. Bu istiqamətdə əldə olunacaq hər bir uğur cəmiyyətimiz tərəfindən milli mətbuatımıza inamın və rəğbətin güclənməsinə səbəb olacaq.

29 Mart 2024 Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov
29 Mart 2024 Süni intellekt bu işlərdə uğursuz olacaq - Qeyts
29 Mart 2024 MŞ İdrak Camalbəylinin vəfatı ilə bağlı məlumat yaydı
29 Mart 2024 Milli Məclisin iclası keçirilir
29 Mart 2024 Bu vəzifə üçün 30 yaş tələbi ləğv edilir
29 Mart 2024 Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır
29 Mart 2024 Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi
29 Mart 2024 Prokurorlara əlavə səlahiyyət verildi
29 Mart 2024 Prokurorlar bu iddianı da qaldıra biləcək
29 Mart 2024 AzTV bir daha bəyan etdi: Araiklə müsahibə yayımlanacaq!
29 Mart 2024 Çingizin ifasına hindlilərin reaksiyası - VİDEO
29 Mart 2024 Bu, artıq qlobal çağırışdır - Siyarto
29 Mart 2024 Jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
29 Mart 2024 Uzunömürlülüyün sirri: hər dərdin çarəsi...
29 Mart 2024 Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov
28 Mart 2024 Ramazanın 19-cu günü: Dua, imsak və iftar vaxtı
28 Mart 2024 Mirşahin Ağayev Prezidentə təşəkkür etdi - Foto
28 Mart 2024 İrəvan uydurma bəhanələrlə... - Lavrov
28 Mart 2024 SOCAR prezidentinə yeni müşavir təyin edildi
28 Mart 2024 Tolik blogerlərin saxtakarlığını açıqladı - VİDEO
28 Mart 2024 Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video
28 Mart 2024 Putin terror aktından sonra "Krokus"a niyə getməyib?
28 Mart 2024 Namiq Abbasov dəfn olundu
28 Mart 2024 ABŞ-ın “Krokus”la bağlı dəqiq məlumatı olub - NYT
28 Mart 2024 Əli Əsədov qərar imzaladı
28 Mart 2024 Bu, Fransanı ciddi narahat edir - Nağıyev
28 Mart 2024 Fransada PKK tərəfdarları hava limanına hücum etdi - Video
28 Mart 2024 Rusiya azərbaycanlını İnterpola verdi - Foto
28 Mart 2024 Qədr gecələri nə vaxtdır? - Tarix
28 Mart 2024 Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi