Cənab baş direktor, sıx əməkdaşlıq etdiyimiz bütün bu illər ərzində şəxsən sizə və İSESKO-ya Azərbaycana davamlı dəstək göstərdiyinizə görə minnətdarlığımı bildirmək istəyirəm. Xüsusilə müharibə zamanı qəbul edilmiş qərarlara görə təşəkkürümü bildirmək istəyirəm. Müharibə başlayandan bir neçə gün sonra - oktyabrın əvvəlində İSESKO Azərbaycanın ədalətli mövqeyinə çox dəstəkləyici bir bəyanat verdi və qərarlar qəbul etdi. Həmçinin bizim şanlı Zəfərimizdən sonra sizin mənə Qələbə münasibətilə göndərdiyiniz təbrik məktubunuza görə də minnətdarlığımı bildirmək istəyirəm. Bütün bunlar bizim birliyimizi, bizim xalqımızın birliyini nümayiş etdirir.

Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 13-də İSESKO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

"Bildiyiniz kimi, Azərbaycan İslam həmrəyliyi ilə bağlı məsələləri həmişə güclü təşviq etmişdir və İSESKO Azərbaycanda çoxsaylı tədbirlər keçirmişdir. Ümidvaram ki, bu, belə də davam edəcək. Biz həmişə müsəlman ölkələri arasında birliyə çağırış etmişik. Sizin Ağdamda və digər yerlərdə gördükləriniz, həmçinin Ermənistan rəhbərliyinin müsəlmanların dini hisslərinə və tarixinə necə münasibət bəslədiyini göstərir. Onlar biri istisna olmaqla bizim bütün digər məscidlərimizi dağıdıblar. Ağdamdakı məscidi onlar ona görə tam dağıtmamışdılar ki, Azərbaycan Ordusu irəli gedəndə onların artilleriya hücumlarını planlaşdırmaq üçün ərazidə müəyyən bir oriyentirə ehtiyacı var idi. Onlar məsafəni ölçməli idilər. Səbəb bu idi. Lakin bizim məscidlərdə onların donuzları və inəkləri necə saxlaması ilə bağlı çoxsaylı şəkillər var. Bu, təkcə azərbaycanlıların təhqir edilməsi deyil, bu, bütün müsəlmanlara qarşı təhqirdir. Zəngilanın işğaldan azad edilmiş ərazilərinə səfərim zamanı mən tamamilə dağıdılmış məscidə baş çəkdim.

Şuşada onlar bütün məscidləri tamamilə dağıdıblar, bir məsciddən başqa. O da yarımçıq dağıdılmışdı, lakin sonra İslama aid mədəni və dini məkanları qoruduqlarını nümayiş etdirmək adı altında onlar bəzi təmir işləri görməyə çalışmışdı. Əfsuslar olsun ki, bir xarici şirkət bu təxribatçı təşəbbüsə qoşulmuş və bizim icazəmiz olmadan qanunvericiliyimizi, sərhədlərimizi pozaraq Şuşaya gəlmişdi. Həmin xarici şirkət Azərbaycan hökumətinin icazəsi olmadan, Dağlıq Qarabağda həmin vaxt mövcud olan qanunsuz rejimin himayədarlığı altında bəzi təmir işləri görmüşdü. Beləliklə, onlar cinayətkarlarla əlbir oldular, çünki ermənilər işğal edilmiş ərazilərdə demək olar ki, 70 məscidi dağıdıblar.

Bu məscidlərdən birində təmir işləri aparmağa çalışmaq, sadəcə olaraq, onların sanki özlərini tolerant olduqlarını, müsəlman mədəniyyətinə, müsəlmanların hisslərinə hörmət etdiklərini nümayiş etdirmək cəhdi idi. Əgər onların münasibəti belə idisə, niyə digərlərini dağıdıblar və niyə digərlərini təmir etməyiblər? Şuşaya gəlmiş həmin xarici şirkət digər məscidlərin, bütün dini və mədəni irsin dağıdıldığını görmədi? Onlar hətta bunu dağıdan separatçılardan da pis davrandılar. Lakin biz hər şeyi bərpa edəcəyik. Biz hər şeyi ilkin vəziyyətinə gətirəcəyik, əraziləri yenidən quracağıq. Əminəm ki, gələn dəfə siz bizə səfər edəndə mənim Azərbaycan mədəniyyətinin paytaxtı elan etdiyim Şuşanı da ziyarət etmək imkanınız olacaq.

Mənim sizinlə müzakirə etmək istədiyim məsələlərdən biri də İSESKO-nun Azərbaycanda regional mərkəzi ilə bağlı məsələdir. Bilirsiniz ki, bu məsələ son 3-4 il idi müzakirə olunurdu və biz bu müzakirələrə yenidən nəzər salmaq istəyirik. Əgər müsbət irəliləyiş olsa, düşünürəm ki, biz bunu çox tezliklə edə bilərik. Bu, bizim üçün və İslam həmrəyliyinin güclənməsinə, İslam mədəni irsinin qorunmasına töhfə verən bütün insanlar üçün çox mühüm əhəmiyyət kəsb edəcək", - dövlət başçısı əlavə edib.

25 Yanvar 2021 Bakını qələbə münasibəti ilə hansı ölkələr təbrik edib?
25 Yanvar 2021 Prezidentdən Lütfü Zadə ilə bağlı - Qərar
25 Yanvar 2021 Baş nazir: Azad olunmuş ərazilərdə islahatlar olacaq
25 Yanvar 2021 Əsədovdan antikorrupsiya tədbirləri ilə bağlı açıqlama
25 Yanvar 2021 Bu gündən muzey və sərgi salonları açılır
25 Yanvar 2021 Günün qoroskopu: İntuisiyanıza inanın
25 Yanvar 2021 İlham Əliyev Cavad Zəriflə görüşdü
25 Yanvar 2021 Vasif Talıbov işçisinə yeni vəzifə verdi
22 Yanvar 2021 Komitə yayılan ittihamlara aydınlıq gətirdi
22 Yanvar 2021 ASALA Ankara və Bakını təhdid etdi: Az qalıb!
22 Yanvar 2021 Mühüm razılaşma: İrəvana yeni “yumşaq təzyiq” yolu...
22 Yanvar 2021 Zakir Həsənov səfirlə əməkdaşlığı müzakirə etdi
22 Yanvar 2021 500 manatlıq əsginazı hazırlayan danışdı - Foto
22 Yanvar 2021 Şahbaz Quliyevin anası vəfat etdi
22 Yanvar 2021 Millət vəkili döyüş gedə-gedə istehkam qazanlarla görüşdü
22 Yanvar 2021 ASALA "qayıdır" və terrora hazırlaşır
22 Yanvar 2021 Bununla Azərbaycanın tranzit ölkə kimi əhəmiyyəti daha da artacaq - Ekspert
22 Yanvar 2021 Bakıda yol qəzaları ən çox bu küçələrdə baş verir
21 Yanvar 2021 Tarix yazan sərkərdə!!!
21 Yanvar 2021 “Simpsonlar”ın növbəti “kəhanəti” düz çıxdı - Foto
21 Yanvar 2021 Kəlbəcərin Kəndyeri kəndi - Video
21 Yanvar 2021 Vasif Talıbov fərman imzaladı
21 Yanvar 2021 Şəhidimizlə bağlı kitab işıq üzü gördü
21 Yanvar 2021 33.4 milyon manat geri qaytarıldı – Mikayıl Cabbarov
21 Yanvar 2021 2020-ci ildə doğulan körpələrin sayı AÇIQLANDI
21 Yanvar 2021 Brifinq sabah saat 12:00-a planlaşdırılır
21 Yanvar 2021 Şəhidlər Xiyabanındakı bu foto “Qardian” nəşrində
21 Yanvar 2021 Saxta yolla verilən evlər jurnalistlərdən bu yolla alına bilər
21 Yanvar 2021 Umayra Tağıyevadan qar açıqlaması
21 Yanvar 2021 Yaya yaxın maskaları tam ata biləcəyik - Həkim