Sinqapur təhsil modelinin Azərbaycan təhsilində uğurlu olacağını düşünmürəm. Gərək biz dünyaya Azərbaycan təhsil modelini təklif edək. Bu gün bunun üçün imkanlarımız var.

Bu sözləri Axar.az-a təhsil eksperti Elşən Qafarov Təhsil Nazirliyi tərəfindən riyaziyyat fənni üzrə təhsil proqramının və ümumi təhsil müəssisələrində istifadə edilən dərsliklərin müasirliyini, həmçinin rəqabətliliyini təmin etmək məqsədilə Sinqapurun Marşal Kavendiş İnstitutu ilə müqavilə imzalanmasını şərh edərkən deyib.

O bildirib ki, Sinqapur dünyanın qabaqcıl beyin mərkəzlərindən biridir:

“Bu ölkədə xüsusilə dəqiq elmlər üzrə kifayət qədər irəliləyişlər var. Lakin düşünmürəm ki, Sinqapur modelini Azərbaycan təhsil sisteminə tətbiq etməyimiz uğur gətirsin. Ümumiyyətlə, başqa bir ölkənin təhsil sistemini digər bir ölkəyə proyeksiya etmək çox çətindir. Biz bundan öncə də bu kimi halların şahidi olmuşuq və kifayət qədər uğursuzluqlar olub.

Digər tərəfdən, bu gün riyaziyyat fənni üzrə təhsil proqramının və ümumi təhsil müəssisələrində istifadə edilən dərsliklərin müasirliyini təmin etmək üçün daxili resurslarımızdan istifadə etməli, öz modelimizi yaratmalıyıq. Tarixən azərbaycanlı və Azərbaycan əsilli riyaziyyatçılar olub və onların bu elmə xidmətləri danılmazdır. Müstəqilliyin ilk illərində bir çox gənc alimimiz dünyanın müxtəlif ölkələrinə köçdü və bu gün də uğurları davam edir. İlk növbədə, həmin kadrları ölkəyə cəlb edib, yeni bir model - Azərbaycan modelini ortaya qoyaq”.

Ekspert təklif edib ki, SSRİ-dən miras qalan təhsil sistemini təkmilləşdirib, milli təhsil modelimizi yaradaq: “Bunun ən gözl örnəyi Britaniya təhsil modelidir. Ümumiyyətlə, bu gün dünyada qabaqcıl təhsil sistemi olan və uğurlar qazanan ölkələrin bir çoxu ya mövcud təhsil sistemlərini təkmilləşdirir, ya da təkmilləşən başqa bir ölkənin modelini mənimsəyir”.

25 Yanvar 2021 Bu gündən muzey və sərgi salonları açılır
25 Yanvar 2021 Günün qoroskopu: İntuisiyanıza inanın
25 Yanvar 2021 İlham Əliyev Cavad Zəriflə görüşdü
25 Yanvar 2021 Vasif Talıbov işçisinə yeni vəzifə verdi
22 Yanvar 2021 Komitə yayılan ittihamlara aydınlıq gətirdi
22 Yanvar 2021 ASALA Ankara və Bakını təhdid etdi: Az qalıb!
22 Yanvar 2021 Mühüm razılaşma: İrəvana yeni “yumşaq təzyiq” yolu...
22 Yanvar 2021 Zakir Həsənov səfirlə əməkdaşlığı müzakirə etdi
22 Yanvar 2021 500 manatlıq əsginazı hazırlayan danışdı - Foto
22 Yanvar 2021 Şahbaz Quliyevin anası vəfat etdi
22 Yanvar 2021 Millət vəkili döyüş gedə-gedə istehkam qazanlarla görüşdü
22 Yanvar 2021 ASALA "qayıdır" və terrora hazırlaşır
22 Yanvar 2021 Bununla Azərbaycanın tranzit ölkə kimi əhəmiyyəti daha da artacaq - Ekspert
22 Yanvar 2021 Bakıda yol qəzaları ən çox bu küçələrdə baş verir
21 Yanvar 2021 Tarix yazan sərkərdə!!!
21 Yanvar 2021 “Simpsonlar”ın növbəti “kəhanəti” düz çıxdı - Foto
21 Yanvar 2021 Kəlbəcərin Kəndyeri kəndi - Video
21 Yanvar 2021 Vasif Talıbov fərman imzaladı
21 Yanvar 2021 Şəhidimizlə bağlı kitab işıq üzü gördü
21 Yanvar 2021 33.4 milyon manat geri qaytarıldı – Mikayıl Cabbarov
21 Yanvar 2021 2020-ci ildə doğulan körpələrin sayı AÇIQLANDI
21 Yanvar 2021 Brifinq sabah saat 12:00-a planlaşdırılır
21 Yanvar 2021 Şəhidlər Xiyabanındakı bu foto “Qardian” nəşrində
21 Yanvar 2021 Saxta yolla verilən evlər jurnalistlərdən bu yolla alına bilər
21 Yanvar 2021 Umayra Tağıyevadan qar açıqlaması
21 Yanvar 2021 Yaya yaxın maskaları tam ata biləcəyik - Həkim
21 Yanvar 2021 Bu, azərbaycanlıların şüurunda dönüşə çevrildi - Alman nəşri
21 Yanvar 2021 Azərbaycana qarşı bu cür düşünürdük... - Hekekyan
21 Yanvar 2021 Ceyhun Bayramov Türkmənistana getdi
20 Yanvar 2021 Ayvazyandan Azərbaycana qarşı növbəti həyasızlıq