GUAM PA komitələri videokonfrans formatında iclas keçirib

Dekabrın 2-də GUAM Parlament Assambleyası komitələrinin videokonfrans formatında 4-cü birgə iclası keçirilib. "Qafqazinfo" xəbər verir ki, onlayn iclasda Milli Məclisin GUAM PA-dakı nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev, nümayəndə heyətinin üzvləri Nəsib Məhəməliyev, Əli Məsimli, Cavid Osmanov və Qüdrət Həsənquliyev iştirak ediblər.

Gündəlik təsdiqləndikdən sonra Milli Məclisin GUAM PA-dakı nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev gündəliyin ikinci məsələsi – “GUAM məkanında ərazi münaqişələrinin həllinin hüquqi aspektləri” mövzusunda çıxış edib. Bildirib ki, bu ilin 27 sentyabr-10 noyabr tarixlərində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin növbəti aktiv dövrünün şahidi olduq. Hansı ki, Azərbaycanın tam qələbəsi ilə bitdi. Ermənistan öz üzərinə işğal etdiyi qalan ərazilərin də təhvil verilməsi öhdəliyini götürdü. Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında bəyanat  imzalandı. Bu sənədə uyğun olaraq Ermənistan 30 ilə yaxın qanunsuz yaşadıqları Ağdam, Kəlbəcər və Laçın rayonlarını da Azərbaycana təhvil verdi. Azərbaycan münaqişədən əvvəl orada yaşamış və qeydiyyatı olmayan erməni əhalinin çıxarılmasına təkid etmədi və onları öz vətəndaşları sayaraq orada qalıb yaşamalarına etiraz etmir. Hazırda razılaşmanın digər mərhələsinin icrası üçün azərbaycanlı əhalinin öz doğma torpaqlarına qayıtmaları təmin olunmalıdır. Onlar Ermənistanın aqressiyası nəticəsində öz torpaqlarını tərk etmək məcburiyyətində qalmış və öz ölkələrində məcburi köçkün olmuşdular.

Bu il sentyabrın 27-də hərbi əməliyyatların  yenidən başlaması barədə danışan E. Allahverdiyev bildirib ki, buna Ermənistan rəhbərliyinin məsuliyyətsiz və beynəlxalq hüquqa zidd davranışları səbəb olub.

 

Sonra tədbirdə  GUAM-a üzv olan dövlətlərdə ərazi münaqişələri və onların siyasi nəticələri,  Üzv dövlətlər arasında ticari-iqtisadi əlaqələrin inkişafında perspektivlər və imkanlar, GUAM məkanında azad ticarət zonalarının inkişafı, Üzv ölkələrdə nəqliyyat dəhlizinin inkişafı və logistik ünsiyyətin yaxşılaşdırılması, Gömrük sahəsində əməkdaşlıq,   Quruma üzv ölkələrdə COVİD-19 pandemiyası ilə əlaqədar vəziyyət nəzərə alınmaqla elm, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq imkanları mövzularında fikir mübadiləsi aparılıb, müvafiq qərarlar qəbul edilib.

 

 

 
29 Mart 2024 Süni intellekt bu işlərdə uğursuz olacaq - Qeyts
29 Mart 2024 MŞ İdrak Camalbəylinin vəfatı ilə bağlı məlumat yaydı
29 Mart 2024 Milli Məclisin iclası keçirilir
29 Mart 2024 Bu vəzifə üçün 30 yaş tələbi ləğv edilir
29 Mart 2024 Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır
29 Mart 2024 Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi
29 Mart 2024 Prokurorlara əlavə səlahiyyət verildi
29 Mart 2024 Prokurorlar bu iddianı da qaldıra biləcək
29 Mart 2024 AzTV bir daha bəyan etdi: Araiklə müsahibə yayımlanacaq!
29 Mart 2024 Çingizin ifasına hindlilərin reaksiyası - VİDEO
29 Mart 2024 Bu, artıq qlobal çağırışdır - Siyarto
29 Mart 2024 Jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
29 Mart 2024 Uzunömürlülüyün sirri: hər dərdin çarəsi...
29 Mart 2024 Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov
28 Mart 2024 Ramazanın 19-cu günü: Dua, imsak və iftar vaxtı
28 Mart 2024 Mirşahin Ağayev Prezidentə təşəkkür etdi - Foto
28 Mart 2024 İrəvan uydurma bəhanələrlə... - Lavrov
28 Mart 2024 SOCAR prezidentinə yeni müşavir təyin edildi
28 Mart 2024 Tolik blogerlərin saxtakarlığını açıqladı - VİDEO
28 Mart 2024 Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video
28 Mart 2024 Putin terror aktından sonra "Krokus"a niyə getməyib?
28 Mart 2024 Namiq Abbasov dəfn olundu
28 Mart 2024 ABŞ-ın “Krokus”la bağlı dəqiq məlumatı olub - NYT
28 Mart 2024 Əli Əsədov qərar imzaladı
28 Mart 2024 Bu, Fransanı ciddi narahat edir - Nağıyev
28 Mart 2024 Fransada PKK tərəfdarları hava limanına hücum etdi - Video
28 Mart 2024 Rusiya azərbaycanlını İnterpola verdi - Foto
28 Mart 2024 Qədr gecələri nə vaxtdır? - Tarix
28 Mart 2024 Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi
28 Mart 2024 Məşhur türk serialı Qarabağda çəkilə bilər