Prezident İlham Əliyev “Cəsur döyüşçü” Azərbaycan Respublikasının medalı haqqında Əsasnaməni təsdiqləyib.

Axar.az xəbər verir ki, “Cəsur döyüşçü” Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunması zamanı müstəqil və ya digər qoşun növləri ilə birlikdə strateji və ya xüsusi əhəmiyyətli ərazilərin tutulması üzrə döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, havada və yerdə düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.

“Cəsur döyüşçü” medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, “İgidliyə görə” medalından sonra taxılır.

“Cəsur döyüşçü” medalı diametri 38 mm olan, bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş səkkizguşəli lövhədən ibarətdir.

Medalın ön tərəfində səkkizguşəli lövhə dekorativ naxışla bəzədilmiş zolaq ilə konturlanmışdır. Konturun içərisində xarici və daxili çevrələrlə konturlanmış dairəvi lövhə yerləşdirilmişdir. Xarici və daxili çevrələrin arasında yuxarı qövs boyunca “CƏSUR DÖYÜŞÇÜ” sözləri yazılmış, aşağı qövs boyunca milli ornamentlər təsvir olunmuşdur. Daxili çevrənin içərisində iki kəsişən qılınc və qalxandan ibarət kompozisiya təsvir olunmuşdur. Kompozisiyadan sol və sağ tərəflərdə iki səkkizguşəli ulduz həkk olunmuşdur. Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır.

Medalın arxa tərəfi hamar səthlidir, mərkəzində medalın seriyası və nömrəsi həkk olunmuşdur.

Medal paltara bərkidilmək üçün elementi olan 37 mm x 24 mm ölçülü beşbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir. Tünd qırmızı rəngli xara lentin sol və sağ kənarlarından 3 mm aralı, hər birinin eni 4 mm olan iki şaquli ağ zolaq təsvir olunmuşdur. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.

27 Yanvar 2021 "Pfizer" şirkəti 15 fevraldan etibarən Kanadaya koronavirus peyvəndinin gətirilməsini bərpa edəcək
27 Yanvar 2021 Napoleonun imzası 1 milyon avroya satışa çıxarıla bilər
26 Yanvar 2021 Partlayışda qonşularına kömək edən şəxsin ayağı sındı
25 Yanvar 2021 Bakını qələbə münasibəti ilə hansı ölkələr təbrik edib?
25 Yanvar 2021 Prezidentdən Lütfü Zadə ilə bağlı - Qərar
25 Yanvar 2021 Baş nazir: Azad olunmuş ərazilərdə islahatlar olacaq
25 Yanvar 2021 Əsədovdan antikorrupsiya tədbirləri ilə bağlı açıqlama
25 Yanvar 2021 Bu gündən muzey və sərgi salonları açılır
25 Yanvar 2021 Günün qoroskopu: İntuisiyanıza inanın
25 Yanvar 2021 İlham Əliyev Cavad Zəriflə görüşdü
25 Yanvar 2021 Vasif Talıbov işçisinə yeni vəzifə verdi
22 Yanvar 2021 Komitə yayılan ittihamlara aydınlıq gətirdi
22 Yanvar 2021 ASALA Ankara və Bakını təhdid etdi: Az qalıb!
22 Yanvar 2021 Mühüm razılaşma: İrəvana yeni “yumşaq təzyiq” yolu...
22 Yanvar 2021 Zakir Həsənov səfirlə əməkdaşlığı müzakirə etdi
22 Yanvar 2021 500 manatlıq əsginazı hazırlayan danışdı - Foto
22 Yanvar 2021 Şahbaz Quliyevin anası vəfat etdi
22 Yanvar 2021 Millət vəkili döyüş gedə-gedə istehkam qazanlarla görüşdü
22 Yanvar 2021 ASALA "qayıdır" və terrora hazırlaşır
22 Yanvar 2021 Bununla Azərbaycanın tranzit ölkə kimi əhəmiyyəti daha da artacaq - Ekspert
22 Yanvar 2021 Bakıda yol qəzaları ən çox bu küçələrdə baş verir
21 Yanvar 2021 Tarix yazan sərkərdə!!!
21 Yanvar 2021 “Simpsonlar”ın növbəti “kəhanəti” düz çıxdı - Foto
21 Yanvar 2021 Kəlbəcərin Kəndyeri kəndi - Video
21 Yanvar 2021 Vasif Talıbov fərman imzaladı
21 Yanvar 2021 Şəhidimizlə bağlı kitab işıq üzü gördü
21 Yanvar 2021 33.4 milyon manat geri qaytarıldı – Mikayıl Cabbarov
21 Yanvar 2021 2020-ci ildə doğulan körpələrin sayı AÇIQLANDI
21 Yanvar 2021 Brifinq sabah saat 12:00-a planlaşdırılır
21 Yanvar 2021 Şəhidlər Xiyabanındakı bu foto “Qardian” nəşrində