Son xəbərlər

 

Çox çətin işlər gözləyir bizi...
 

Aynur Camalqızı

İnsan evini necə tanıyar? Doğulduğu, böyüdüyü, xatirələrinin yuvası olan yüzillik, minillik Evini?..

Məsələn, mən 17 yaşımdan tərk etdiyim kəndimizi, evimizi gözüyumulu taparam. Çünki yolları var, küçələri var, ağacları var, daşları var. Xatirələri dipdiridir. Hamısı tanış... Hamısı doğma...

Bəs işğaldan azad olunan şəhərlərdəki, qəsəbələrdəki, kəndlərdəki evlərimizi necə tapaq, necə tanıyaq? Axı artıq orda - o yerlərdə ev yoxdur, küçə yoxdur, yol yoxdur... Ən ağrılısı, Ağaclar yoxdu... Qırıblar, yandırıblar. Evlərimizi, yuvalarımızı dağıdıblar... Yerlərində qapqara torpaq boylanır. Küskün, xəcalətli, üzgün, yorğun... Adam fotolarına baxa bilmir o onların... Başı kəsik kötüklərin... Başı kəsik Gözəl Kötüklərin... Rəngi solmuş, gözləri süzgün torpağın...

İllər öncə ev olmuş yuvaların külünə baxmaq adamın qanını dondurur.

Biz uşaq olanda böyüklər deyərdi ki, quşların yuvasını dağıtmayın, qarğışı tutar sizi... Amma bizim yuvalarımızı dağıtdılar... Barbarcasına... Adamlarımızı qırdılar... Sonra Ağaclarımızı qırdılar.. Sonra Evlərimizi yandırdılar...

O evlərdə nə xəyallar, nə arzular, nə xatirələr, nə şəkillər yandı...

Biz indi torpağı xilas etmişik. Amma üstündə ev yoxdur, ağac yoxdur, çox şey yoxdur...

Ağacların ruhu var, onları qırmaq günahdır...

Evlərin enerjisi var, onları dağltmaq günahdır...

Heçmi anlamadılar barbarlar?.. Heçmi anladan olmadı ki, qırmayın Ağacların qollarını, yandlrmayın Evlərin ruhunu, lənətindən qurtula bilməzsiniz. Onların da ürəyi var. Qırmayın o ürəyi...

İndi biz hər şeyi yenidən yaratmalıyıq. Lap əvvəldən, ən ilkinindən... Qəbirlərimizi tapmalıyıq qəlbimizlə... Küçələrimizi tapmalıyıq hissimizlə... Evlərimizin yerini müəyyən etməliyik duyğumuzla...

Çox çətin işlər gözləyir bizi... Müharibə kimi çətin və ağır... İtirdiyini arayıb tapmaq, xatirələrinin, xəyallarının, arzularının yerindəki torpaqla görüşmək, söhbətləşmək, dərdləşmək... Nə deyəcəklər, nədən şikayətlənəcəklər? Əllərimizdən tutacaqlarmı? Üzümüzü üzlərinə sürtməyə izn verəcəklərmi? Gözlərindən öpməyə... razı olacaqlarmı?

Yağış yağacaq, gün qurudacaq, yaralar qaysaqlanacaqmı?..

Biz lap əvvələ, ömrümüzün ən ilkininə - Daş dövrünə, Ağac dövrünə, Torpaq dövrünə qayıdırıq. Qarabağı yaratmağa qayıdırıq... Qurmağa, yaratmağa...

Çox çətindir. Amma fərəhlidir. Biz bizim olanlara sahiblənirik. Sahiblənmək, haqlı olmaq, ədalətli olmaq nə gözəldir... Günəşin doğuluşunu seyr etmək nə gözəldir....

Qarabağ olmaq nə gözəldir...

20 Yanvar 2021 Təhsil Mərkəzinə çatanda gördüm yerdə bir nəfər uzanıb, üzərinə isə qara gödəkçə salınıb - Qanlı Yanvar şahidi
20 Yanvar 2021 Cəllad Stepan Şaumyanın Fransada izləri - Fransa mətbuatı
20 Yanvar 2021 20 Yanvar şəhidlərinin xatirəsi Berlində də anıldı
20 Yanvar 2021 Əfv Komissiyasının iclasına hazırlıq gedir - Zahid Oruc
20 Yanvar 2021 ABŞ-da 20 Yanvar faciəsi ilə bağlı kampaniya başladı
20 Yanvar 2021 Anna Akopyan Moskvada nə edir? – Deputat qardaşı danışdı
20 Yanvar 2021 20 Yanvar faciəsi Peru mətbuatında
20 Yanvar 2021 Şəhid bacısı 20 Yanvar faciəsindən danışdı
20 Yanvar 2021 Baş konsulun 20 Yanvar faciəsi haqda məqaləsi ABŞ-da dərc edilib
20 Yanvar 2021 20 Yanvar qırğınının baiskarları, o cümlədən Qorbaçov cəzasını almalıdır - QMİ sədri
20 Yanvar 2021 Azərbaycan əhalisi 56 min nəfərdən çox artıb
20 Yanvar 2021 Şuşada tarixi abidələrlə bağlı monitorinq keçirildi
20 Yanvar 2021 20 Yanvar qurbanı: 3 gün morqda qaldı, sağ tapıldı - Foto
20 Yanvar 2021 Efirdə 20 yanvar gecəsinin dəhşətləri canlandırıldı
20 Yanvar 2021 Türkiyə səfirliyindən 20 Yanvar açıqlaması
20 Yanvar 2021 İmperiya bizi susdura bilmədi - Tarixçi alim
20 Yanvar 2021 20 Yanvar insanlıq əleyhinə cinayətdir - XİN
19 Yanvar 2021 Yeni model yaradılır: Prezidentin Qarabağda hədəfi
19 Yanvar 2021 Xaricə səfər üçün peyvəndlə bağlı sənəd tələb ediləcək?
19 Yanvar 2021 Ermənistanla sərhəddə ilk: Bu dəfə Ordumuz... - Video
19 Yanvar 2021 Rəşid Mahmudovun xəstəxanadan şəkli yayıldı - Foto
19 Yanvar 2021 20 Yanvar faciəsi Kolumbiya mətbuatında
19 Yanvar 2021 Haaqada “20 Yanvar uşaqların gözü ilə”... - Foto
18 Yanvar 2021 Nazir açıqladı: 2 mindən çox cinayət...
18 Yanvar 2021 Hava kəskin soyuyur: evlərə verilən istilik artacaqmı?
18 Yanvar 2021 COVİD-19 pasportunun hansı üstünlüyü olacaq? - Deputat
18 Yanvar 2021 Əli Həsənov Azərbaycana gətirilib? - Video
18 Yanvar 2021 Millət vəkili şəhidin atası ilə görüşdü
15 Yanvar 2021 Rusiyada taksi xidmətində qiymətlər kəskin bahalaşdı
15 Yanvar 2021 Fərman Salmanov adına Surqut aeroportu Rusiyanın turizm brendləri siyahısına daxil edilib