Son xəbərlər

 

Şotlandiyanın 2021-ci ildə müstəqilliklə bağlı təkrar referendum keçirmək istəyi birbaşa Fransa ilə bağlıdır. Fransa Senatının bir qədər öncə "dqr" ilə bağlı qəbul etdiyi qərəzli qətnamə Azərbaycandan çox Avropanın başına bəla olacaq.

Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Şotlandiyanın Birinci naziri Nikola Stercenin Şotlandiyanın 2021-ci ildə müstəqilliklə bağlı təkrar referendum keçirmək istəyi haqda sözlərini şərh edərkən deyib.

O bildirib ki, şotlandlar bundan öncə də bir neçə dəfə müstəqillik üçün referenduma cəhd edib, lakin rəsmi London buna imkan verməyib:

“Qeyd etdiyim kimi, Şotlandiya son 5 ildə bir yox, bir neçə dəfə müstəqil olmaq üçün cəhd edib. Bu mənada 2021-ci ildə müstəqilliklə bağlı təkrar referendum keçirmək istəmələri normaldır. Lakin məsələ şotlandların müstəqil olmağından çox, Fransanın avantürist Prezidenti Emmanuel Makronun qarşıdan gələn seçkilərdə qalib gəlmək bahasına ermənilərə verdiyi dəstəkdir. Məsələ ondadır ki, Fransa Senatının bir qədər öncə "dqr" ilə bağlı qəbul etdiyi qərəzli qətnamə dünya gündəmində şok effekti yaratdı. Rəsmi Parisin belə məsuliyyətsiz və qeyri-qanuni hərəkət etməsi ilk növbədə Avropa üçün ziyandır. Fransa Senatının qəbul etdiyi qətnamə qondarma bir qurumu müstəqil dövlət olaraq tanımağı tövsiyə edir. Tövsiyə edilən bu qurum isə separatçı, heç bir tarixi, siyasi əsası olmayan və Fransanın istər 1918-ci, istərsə də 1992-ci ildə tanıdığı Azərbaycanın qanuni torpaqlarındadır. Rəsmi Paris əslində bununla Avropada son 10 il ərzində geniş vüsət alan separatizm meyillərinin güclənməsinə səbəb olacaq.

Bu, Britaniya daxilində Şotlandiya, İspaniyada Baskoniya və Kataloniya, Almaniyada Bavariya, Fransada Korsika, Burqundiya və s. separatçı qurumlara öz müqəddəratını təyinetmə hüququ istəmək üçün əsas verir.

Bunun ilk sədası isə artıq şotlandlardan gəlməkdədir. Onu da qeyd edim ki, Fransa İngiltərənin Breksit qərarından sonra Şotlandiyanın müstəqil olub Avropa İttifaqına qatılmasına ən çox tərəfdar olan ölkədir”.

Politoloqun sözlərinə görə, Şotlandiyanın 2021-ci ildə müstəqilliklə bağlı təkrar referendum keçirmək istəyi nəticəsiz qalacaq:

“Şotlandiya onsuz da yarımmüstəqil bir ölkə kimidir. Britanya krallığını təşkil edən 4 ölkədən ikincisidir. İstər krallıq üçün, istərsə də Avropa üçün kifayət qədər önəmə sahibdir. Lakin Şotlandiyanın öz müqəddəratını təyin etməsi Avropada domino effekti yarada bilər. Bu, eyni zamanda digər qeyd etdiyim separatçı ünsürlərin də fəallaşıb, müqəddəratını təyinetmə tələbinə gətirib çıxara bilər”.

19 Aprel 2024 İmran Əliyev həbs edildi
19 Aprel 2024 Mitinqin baş tutmaması Əli Kərimli ilə xaricdəki antimilli ünsürlər arasında qarşıdurma yaradıb ANALİZ
19 Aprel 2024 Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
19 Aprel 2024 Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov
19 Aprel 2024 Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh
19 Aprel 2024 “Əli Kərimlinin siyasi bioqrafiyasına baxsaq, yanıldığını çətin etiraf etsin” - MÜNASİBƏT BİLDİRİLDİ
19 Aprel 2024 Lalə Azərtaşın verilişi bağlanır - "Xəzər"dən AÇIQLAMA
19 Aprel 2024 Deputat etiraz etdi: Ansambl düzəldib uşaqları imtahan edirlər
19 Aprel 2024 Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər
19 Aprel 2024 Bakıda hektarlarla yeri zəbt edən “qovulmuş” məmurlar…
18 Aprel 2024 Niyə Əli Kərimli və Sevinc Osmanqızı üzr istəmək mədəniyyətinə malik deyillər? ANALİZ
18 Aprel 2024 Palma yağlarının Azərbaycana gətirilməsinin qadağan ediləcək?
18 Aprel 2024 Bakıda ev qiymətinə sini satılır - Foto
18 Aprel 2024 QHT-lərdən Vardanyanla bağlı Nobel Komitəsinə məktub
18 Aprel 2024 Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova
18 Aprel 2024 AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova
18 Aprel 2024 Zurabaşvili bu qanuna veto qoydu
18 Aprel 2024 Qubad İbadoğluya yekun ittiham elan edildi
18 Aprel 2024 Önəmli infrastruktur layihələri icra edilir
18 Aprel 2024 “Bunlar öz millətinə, öz dövlətinə düşmən kəsilibmişlər” - DEPUTAT TƏNQİD ETDİ
18 Aprel 2024 Duası ilə gündəm olan molla: Oxunan Qurandır, ya mahnı - VİDEO
18 Aprel 2024 İstənilən ekspertizaya getməyə hazıram - Sədr
18 Aprel 2024 Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva
18 Aprel 2024 Azərbaycanda pomidora ayı geni transfer edilir?
18 Aprel 2024 Çörçillin bəyənmədiyi portreti satışa çıxarılacaq - FOTO
18 Aprel 2024 Başlıbel faciəsindən 31 il ötür
17 Aprel 2024 Burak Özçivit yeni filmdə çəkiləcək
17 Aprel 2024 Bakıda şirniyyat mağazasında yoxlama: kiflənmiş tortlar…
17 Aprel 2024 Qarabağda sülhməramlılar lazım deyil - Juravlyov
17 Aprel 2024 Bu qanuna veto qoyacağam - Zurabişvili