Qərb Belarusda çirkli rəngli inqilab metodlarından istifadə etməyə və antihökumət qüvvələrinə dəstək verməyə davam edir.
Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Biz ABŞ-ın çoxsaylı kobud müdaxilə faktlarını qeydə almışıq. Qərb Belarusda çirkli rəngli inqilab metodlarından istifadə etməyə və antihökumət qüvvələrinə dəstək verməyə davam edir, onların radikallaşmasına yardım göstərir”, – deyə o bildirib.