Son xəbərlər

 

“Qondarma Dağlıq Qarabağın tanınmasının tövsiyyə edilməsinə dair Fransa Senatının qəbul etdiyi qətnamə, mübahisəsiz olaraq, dünya miqyasında ən qeyri-obyektiv, zərərli və prinsipsiz sənəd hesab edilə bilər. Sözügedən qətnamənin timsalında beynəlxalq ictimaiyyət vasitəçinin öz vəzifə borcuna məsuliyyətsiz və qeyri-səmimi yanaşmasının şahidi olub. BMT Təhlükəsizlik Şurasının verdiyi mandata uyğun olaraq Azərbaycan - Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamasalınmasında vasitəçilik missiyasını öz üzərinə götürən dövlətlərdən biri kimi Fransadan tələb olunan ən mühüm şərt obyektivlik, tərəfsizlik və qərəzsizlikdir.

Axar.az xəbər verir ki, bunu Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov Feysbuk səhifəsində Fransa Senatının məlum qərarına münasibət bildirərkən deyib.

O qeyd edib ki, bütün siyasi nüanslara, simpatiya və antipatiya hallarına rəğmən, vasitəçi münaqişə tərəflərinin hər birinə qərəzsiz münasibət göstərməyi bacarmaq zorundadır:

“Fransa dövlətinin vaxtilə Prezident Fransua Mitteranın timsalında Dağlıq Qarabağ münaqişəsinin nizamasalınmasında Minsk Qrupunun həmsədlərindən biri kimi tam qərəzsiz mövqe nümayiş etdirəcəyi ilə əlaqədar verdiyi vədlər unudulmayıb. Əslində, vasitəçilik missiyasına razılıq verən dövlətin qərəzsiz mövqedə durması siyasi əxlaq və beynəlxalq hüquqa hörmət məsələsidir. Bu mənada ayrıca vəd verməyə bəlkə də ehtiyac yoxdur. Münaqişə tərəflərinə münasibətdə qərəzsiz davranış sərgiləmək istəməyən və ya bacarmayan dövlət sadəcə olaraq vasitəçilik missiyasından imtina edir”.

Əli Əhmədov bildirib ki, Fransa Senatının noyabr ayının 25-də Dağlıq Qarabağın tanınması haqqında məsuliyyətsiz qətnaməsi bu ölkənin öz üzərinə götürdüyü öhdəliklərə onun qanunverici hakimiyyət orqanı nümayəndələrinin məhəl qoymaq fikrində olmadığını göstərir. Ədalət və bərabərlik kimi dəyərlər üzərində qurulan Fransa Respublikasında bir sıra siyasi xadimlərin, ələlxüsus Senatın üzvlərinin böyük bir hissəsinin ədalət anlayışı ilə bir araya sığmayan hərəktlərinə təəssüflənməyə bilmirsən:

“Fransa dünyanın ən mühüm beynəlxalq qurumu olan Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının beş daimi üzvündən biridir. Daşıdığı beynəlxalq status Fransadan istənilən mübahisələrdə ədalətli mövqe nümayiş etdirmək məsuliyyəti tələb edir. Öz məsuliyyətini dərk etməyən dövlətin beynəlxalq münasibətlərlə əlaqədar taleyüklü qərar qəbul etmək, hakim rolunu oynamaq səlahiyyəti ciddi suallar doğurur. Fransa Senatının üzvləri erməni silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş torpaqlarından çıxarılması barədə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrə Təhlükəsizlik Şurasının daimi üzvü kimi Fransa Respublikasının səs verdiyini bilməmiş deyillər. Onlar Fransa Senatının Dağlıq Qarabağ problemi ilə əlaqədar mövqeyinin BMT Təhlükəsizlik Şurasında qəbul edilmiş qətnamələrdə əks olunan beynəlxalq hüquq və prinsiplərinə zidd olduğunu da yaxşı anlayırlar. Görünür, bu qərarı qəbul edən siyasi xadimlər üçün eyni məsələ ilə bir - birinə daban - dabana zidd olan mövqe nümayiş etdirmək, beynəlxalq hüquqa hörmətsizlik göstərmək hər hansı narahatçılıq yaratmır. Əlbəttə, bu onların seçimidir. Lakin ədalətli olmayan, bəyənilməyən, ölkənin BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi adına və mövqeyinə yaraşmayan seçimdir.

ATƏT-in Minsk Qrupunun öz fəaliyyətini nə vaxt və necə canlandıracağı hələ dumanlı görünür. Lakin Fransa Senatının qəbul etdiyi məlum qətnamənin Minsk Qrupunun fəaliyyətinə ağır zərbə vurduğu şəksizdir. Xüsusilə də, Azərbaycanın Minsk Qrupunun həmsədri kimi Fransanın tərəfsizliyinə inamı ciddi şəkildə sarsılmışdır. Vasitəçiyə inam yoxdursa, demək o artıq vasitəçi ola bilməz”.

16 Aprel 2024 "Azərbaycan xalqı əldə etdiyi qələbəni qorumaq əzmindədir" - MÜNASİBƏT BİLDİRİLDİ
16 Aprel 2024 İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış
16 Aprel 2024 ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...
16 Aprel 2024 Qarabağ Universitetində əlavə vakant yerlər açılacaq
16 Aprel 2024 Patruşev: Moskva terrorunda birbaşa onların əli olub!
16 Aprel 2024 Ağazaryan: Türkiyədən torpaq tələb edək?
16 Aprel 2024 “Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
16 Aprel 2024 “Radikal müxalifətin çağırışlarına qoşulanlar olmayacaq” - MÜNASİBƏT BİLDİRİLDİ
16 Aprel 2024 Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev
16 Aprel 2024 Bu layihə ilə bu sahəyə yeni nəfəs gətiririk - Prezident
15 Aprel 2024 İran İsraili vurdu: bu səhnə gündəm oldu - Video
15 Aprel 2024 Saxta müfəttişlər sahibkarları təhdid edib... - Rəsmi
15 Aprel 2024 Salat almaq üçün mağazaya getdi: Lotereyada 1 milyon dollar uddu - FOTO
15 Aprel 2024 Etibarnamə ilə torpaq alanlara xəbərdarlıq - Video
14 Aprel 2024 Çəkilmiş ət alarkən aldanmamağın YEGANƏ YOLU - VİDEO
14 Aprel 2024 İordaniya kralı COP29-a dəvət olundu
14 Aprel 2024 İsrail İrana qarşı koalisiya yaradır - Qantz
14 Aprel 2024 "Azərbaycan kişisinin əsas işi qadınına layiq olmaqdır" - VİDEO
14 Aprel 2024 İsrail Hizbullahın silah istehsal edən obyektini vurdu
14 Aprel 2024 Süni ət təbii ətdən daha sağlamdır?
14 Aprel 2024 Azərbaycanda bu xəstəliyə Zərifə Əliyeva son qoydu
14 Aprel 2024 Netanyahu xalqa müraciət etdi
14 Aprel 2024 İsrail bu hava limanını bağladı
13 Aprel 2024 Çay içərkən bu səhvə yol verməyin!
13 Aprel 2024 Səhər, nahar və şam yeməyini nə vaxt yeməlisiniz?
13 Aprel 2024 Azərbaycanda kişilərin 48%-i pensiya almadan vəfat edib
13 Aprel 2024 "Mən gözləmirdim ki, oğlum İbrahim gəlib..."
13 Aprel 2024 İrəvanla Bakı arasında möhkəm və uzunmüddətli sülh...
13 Aprel 2024 Bu xəbər 15 saat ərzində Ermənistanda çaxnaşma yaratdı
13 Aprel 2024 Yaponların uzunömürlü olmasının SİRRİ - Hər gün bunu edirlər