Son xəbərlər

 

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev bu gün növbəti dəfə Xalqa Müraciət etdi: “Əziz həmvətənlər! Bu gün Kəlbəcər rayonu işğaldan azad olundu. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Əziz kəlbəcərlilər, gözünüz aydın olsun! Doğma rayonunuz işğaldan azad olundu”.

Tanrı bizə bu sözləri eşitməyi qismət elədi. Tanrı bizə Kəlbəcərin azadlığını göstərdi.

Əlbəttə, biz bu tarixi uğurumuzun Tanrı qatını, İlahi qaynağını deyirik, bununla belə, cənab Prezidentin dəfələrlə vurğuladığı kimi, qələbənin Azərbaycan əsgəri, zabiti tərəfindən qazanıldığını da unutmuruq. İşğaldan azad edilmiş torpaqlara müqəddəs bayrağımızı Azərbaycan əsgəri, Azərbaycan zabiti sancıb! Azərbaycan Ali Baş Komandanının qətiyyəti, prinsipiallığı olmasaydı, Ordumuz fədakarlıq və peşəkarlıq etməsəydi – hərb meydanında qalibiyyət qazanılmasaydı, dövlət-xalq birliyi olmasaydı, Kəlbəcər, Ağdam və Laçınla bağlı diplomatik-siyasi qalibiyyət əldə edilə bilərdimi? – Əsla, yox!

Düşmənin xüsusi möhkəmləndiyi, beşqat müdafiə tələsi qurduğu Ağdamdan, təbii istehkamlı Kəlbəcərdən, sonuncu ayın ilk günündə Laçından qovulub çıxarılması, müharibə yolu ilə baş tutsaydı, etiraf edək, bu, yüzlərlə hərbçimizin qanı-canı bahasına mümkün olacaqdı. Əgər eyni nəticəni hərbçilərimizi itirmədən əldə edə biliriksə, bunu qiymətləndirmək lazımdır. Bu tarixi nailiyyətdir. Bu, Azərbaycan dövlət başçısının siyasi-diplomatik uğurudur. Bu, müzəffər Ordumuzun qalibiyyətinin təntənəsidir. Bir daha vurğulayırıq ki, dövlət-xalq birliyimizin təcallasıdır bu!

Bəs, Kəlbəcərin özəlliyi nədir?

İlk növbədə, niyəsiz, necəsiz öz torpağımızdır Kəlbəcər, biz bizim olana qovuşuruq.

İkincisi, Kəlbəcər respublikamızın Ermənistanla sərhəddə yerləşən, ən böyük əraziyə malik rayonudur. Kəlbəcər zəngin təbii ehtiyatlara malik rayonumuzdur. Kəlbəcər rayonu işğaldan öncəki dövrdə Azərbaycanın inkişafında özəl yeri ilə seçilib. Azərbaycanda ən böyük qızıl yataqları məhz Kəlbəcərimizdə yerləşir. Örnəyi, Söyüdlü yatağının qızıl ehtiyatları ilkin olaraq, 115 tondan çox qiymətləndirilir. Habelə, Ağduzdağ, Tutxun qızıl yataqlarında 15 tona yaxın qızıl ehtiyatının olduğu elmi şəkildə təsdiq olunub. Ağyataq, Levçay, Çorbulaq, Qamışlı, Ağqaya yataqlarında 1000 tondan artıq (!) civə ehtiyatı mövcuddur. Kəlbəcərin mərmər oniksi, nefroid ehtiyatları da daxil olmaqla bir sıra faydalı ehtiyatlara malik başqa yataqları vardır.

Kəlbəcərimiz yalnız Azərbaycanda deyil, Güney Qafqazda, ümumən Qafqazda, hətta yaxın-uzaq coğrafiyada qış, yay, kurort-müalicə, tarix və inanc turizmi potensialı ilə xüsusi seçilən – iqlimin, coğrafiyanın verdiyi təbii imkanlara malik bölgəmizdir. Kəlbəcər o cümlədən mifolji qatlar, şifahi xalq ədəbiyyatı, aşıq ədəbiyyatı da daxil olmaqla zəngin mədəni irsə malik rayonumuzdur.

Bütün hallarda, torpağının altı da, üstü də sərvətlə dolu olan Kəlbəcərin ən əsas sərvəti Kəlbəcərin qonaqpərvər, zəhmətkeş, torpaqcanlı insanıdır!

Bir daha, bütün Kəlbəcərli dostlara salam-sayğılarımı, təbriklərimi yetirir, Kəlbəcərli gözəl günlər diləyirəm!

Yenidən qayıdaq dövlət başçısının Xalqa Müraciətinə.

Cənab Prezident Kəlbəcərin tarixi, mədəni, coğrafi gerçəkliyi, imkanları barədə geniş danışdı; Prezident Kəlbəcərin 27 il öncə necə işğal olmasını faktların dili ilə təhlil etdi.

Getsin o günlər bir daha gəlməsin! Çox itkilərimiz oldu. 27 ildən artıq müddətdə işğal altında olan yalnız Kəlbəcər deyildi, kəlbəcərli günlərimiz, xatirəmiz, itirilmiş uşaqlığımız, qeyb olmuş xoşbəxtliyimiz idi həm də… Ermənistan dövləti, dünya erməniliyi və erməniyanlılar Azərbaycan xalqının səbrini uzun illər boyu zalımcasına sınağa çəkdi. Günahsız insanların, körpələrin, uşaqların, qadınların, qocaların qışın ortasında öz dədə-baba torpağından vəhşicəsinə qovulmasını, onların ağzı bağlı, içi dolu evlərinin talan edilməsini tarix unutmayacaq!

Cənab Prezidentin bu sözlərini Xalqa Müraciətin mətnindən xüsusi fərqləndirmək istərdim:

“Biz düşməni məsuliyyətə cəlb edəcəyik, cavab verəcəkdir, bütün hərbi cinayətlərə görə, bütün dağıntılara görə. Mən Ağdam şəhərində olarkən bir salamat bina tapmadım, Füzulidə də həmçinin, Cəbrayılda da həmçinin. Hər tərəfi dağıdıblar, elə bil ki, vəhşi qəbilə keçib oradan”.

Düşmən elə bilməsin ki, 27 il yaşadı, taladı, indi də gedib rahat yaşayacaq. Qüdrətli Azərbaycan dövləti uğursuz Ermənistan dövlətinin hərbi-siyasi rəhbərliyini 27-30 il ərzində baş verən vəhşiliklərə görə məsuliyyətə cəlb edəcək. Ermənistan beynəlxalq məhkəmələr vasitəsi ilə Azərbaycana təzminat ödəyəcək. O Ermənistan ki, o təzminatın altından çıxa bilməyəcək. Deməli, Azərbaycan Prezidentinin “endir o bayrağı dirəkdən, bük, qoy cibinə” tarixi ayarına uyğun davranmalı olacaq.

Ermənistanda ermənistanlılıq qalmayacağını bu sətirlərin müəllifi daxil olmaqla, bir çox yazar dəfələrlə öz təhlillərində, proqnozlarında vurğulamışdı. Ermənistan məğlub ölkə olaraq, özünün vahim “o gün”ünü yaşayacaq – o gün uzaqda deyil. Biz isə qalib ölkə olaraq, Kəlbəcərlə bağlı tarixi günümüzü, həsrətə son verdiyimiz günü “O gün bu gündür!” deyə qeyd edirik. Prezidentimiz Xalqa Müraciət edir, kəlbəcərlilər Şəhidlər Xiyabanına axışır, küçələrdə bayraqlı maşınların yürüyüşü keçirilir, bütövlükdə, xalqımız Kəlbəcərin azadlığını bayram edir!

Qələbə qələbə gətirir, uğur uğur gətirir! Suqovuşan, Murov zirvəsi, Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı, Şuşa zəfərlərimiz, neçə-neçə kəndimizin azad edilməsi ard-arda bir-birini doğurdu, yeni zəfərlərimiz üçün əsas oldu, bazis təşkil etdi! Ağdam azad edildi, Kəlbəcər azad edildi! Sırada Laçının öz azadlığına qovuşacağı gün gəlir! Laçından sonra bir başqa Azərbaycan olacağıq! Ruhumuz dirçəlib, ümidlərimiz inama çevrilib, biz bizi biz edən kökləri, ruhu bütün gücü, qüvvəti ilə görürük, idrak edirik. Şübhələr toz-duman olur, Ulu Öndərin “Azərbaycan dünyaya Günəş kimi doğacaq” kəlamı gerçəkləşir! Bu Günəş ən soyuq yerdə, ən sazaq günlərdə də bizi isidəcək, bizi yeni zəfərlərə, qalibiyyətlərə səsləyəcək! Əkəcək, becərəcək, suvaracaq, yetişdirəcək, toxuyacaq, istehsal edəcəyik… - bir sözlə, gül-gülüstana çevirəcəyik el-obalarımızı.

“Biz Kəlbəcəri bərpa edəcəyik, heç kimin şübhəsi olmasın. …Kəlbəcəri yenidən quracağıq – kəndləri, Kəlbəcər şəhərini”... – Bu, Müzəffər Ali Baş Komandanın Sözüdür!

“Görün, son günlər ərzində onlar hansı çirkin işlərlə məşğuldur, meşələri yandırırlar ki, ekoloji faciə, fəlakət yaratsınlar. Bu oğrular meşələri qırırlar, aparırlar ki, Ermənistanda satsınlar. Evləri yandırırlar, hansı ki, o evləri onlar tikməyiblər. Onlar kəlbəcərlilərin evlərinə giriblər, soxulublar, orada yaşayıblar. Məktəbləri yandırırlar, apara bilmədikləri ev heyvanlarını öldürürlər. Görün, biz kimlərlə, hansı vəhşilərlə üz-üzə idik! Mən bir daha deyirəm və hər dəfə də deyəcəyəm, bizim Qələbəmiz təkcə Ermənistan dövləti üzərində əldə edilmiş qələbə deyil, biz erməni faşizmini məhv etdik”.

Yenə, Prezidentin Xalqa Müraciətindən gətirdiyimiz bu sitat bir daha və bir daha, bizim zəfərin bəşəri mahiyyətini göstərir. Bizim qələbəmiz, bütün tərəqqipərvər bəşəriyyətin qələbəsidir, əslində. Biz belə bir barbarlığı durdurmaqla, belini qırmaqla onların yaratmaq istədiyi mənfi presedentin qarşısını almışıq…

Azadlığın mübarək, Kəlbəcər!

Gözün aydın, Azərbaycan!

Var ol, Müzəffər Ordumuz!

Minnətdarıq, cənab Ali Baş Komandan!

Ruhunuza ehtiramımız əbədidir, əziz Şəhidlərimiz!

DÖVLƏTİMİZ VAR OLSUN!

Qənirə Paşayeva,

MM-in Mədəniyyət komitəsinin sədri

19 Aprel 2024 İmran Əliyev həbs edildi
19 Aprel 2024 Mitinqin baş tutmaması Əli Kərimli ilə xaricdəki antimilli ünsürlər arasında qarşıdurma yaradıb ANALİZ
19 Aprel 2024 Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
19 Aprel 2024 Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov
19 Aprel 2024 Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh
19 Aprel 2024 “Əli Kərimlinin siyasi bioqrafiyasına baxsaq, yanıldığını çətin etiraf etsin” - MÜNASİBƏT BİLDİRİLDİ
19 Aprel 2024 Lalə Azərtaşın verilişi bağlanır - "Xəzər"dən AÇIQLAMA
19 Aprel 2024 Deputat etiraz etdi: Ansambl düzəldib uşaqları imtahan edirlər
19 Aprel 2024 Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər
19 Aprel 2024 Bakıda hektarlarla yeri zəbt edən “qovulmuş” məmurlar…
18 Aprel 2024 Niyə Əli Kərimli və Sevinc Osmanqızı üzr istəmək mədəniyyətinə malik deyillər? ANALİZ
18 Aprel 2024 Palma yağlarının Azərbaycana gətirilməsinin qadağan ediləcək?
18 Aprel 2024 Bakıda ev qiymətinə sini satılır - Foto
18 Aprel 2024 QHT-lərdən Vardanyanla bağlı Nobel Komitəsinə məktub
18 Aprel 2024 Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova
18 Aprel 2024 AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova
18 Aprel 2024 Zurabaşvili bu qanuna veto qoydu
18 Aprel 2024 Qubad İbadoğluya yekun ittiham elan edildi
18 Aprel 2024 Önəmli infrastruktur layihələri icra edilir
18 Aprel 2024 “Bunlar öz millətinə, öz dövlətinə düşmən kəsilibmişlər” - DEPUTAT TƏNQİD ETDİ
18 Aprel 2024 Duası ilə gündəm olan molla: Oxunan Qurandır, ya mahnı - VİDEO
18 Aprel 2024 İstənilən ekspertizaya getməyə hazıram - Sədr
18 Aprel 2024 Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva
18 Aprel 2024 Azərbaycanda pomidora ayı geni transfer edilir?
18 Aprel 2024 Çörçillin bəyənmədiyi portreti satışa çıxarılacaq - FOTO
18 Aprel 2024 Başlıbel faciəsindən 31 il ötür
17 Aprel 2024 Burak Özçivit yeni filmdə çəkiləcək
17 Aprel 2024 Bakıda şirniyyat mağazasında yoxlama: kiflənmiş tortlar…
17 Aprel 2024 Qarabağda sülhməramlılar lazım deyil - Juravlyov
17 Aprel 2024 Bu qanuna veto qoyacağam - Zurabişvili