Son xəbərlər

 

Avropanın nüfuzlu “EU Reporter” analitik portalı “Dağlıq Qarabağ sualına cavab” adlı məqalə yayıb.

Axar.az xəbər verir ki, müəllif məqalədə dünya güclərinin on illərdir Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində səylər göstərməsinə baxmayaraq, hansısa bir irəliləyişə nail olmaq üçün davamlı təzyiq göstərmədiklərini bildirir. Qeyd edir ki, belə bir şəraitdə Ermənistanla Azərbaycan arasında uzun müddətdir davam edən bu münaqişənin danışıqlar masası arxasında deyil, məhz döyüş meydanında həll olunması qaçılmaz idi və keçən həftə imzalanmış tarixi sülh razılaşması da bunu bir daha sübut etdi.

Məqalədə imzalanmış sülh razılaşmasına istinadla qeyd edilir ki, bu sənədə əsasən Azərbaycan öz suveren ərazisini bərpa edir. Ermənistanın işğalçı qüvvələri Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən geri çəkilir və bu ərazilərə sülhməramlı qüvvələr daxil olur. Azərbaycanlı məcburi köçkünlər Qarabağ ərazisinə və ona bitişik rayonlara qayıdırlar.

Məqalədə ədalətin bərpa olunduğu bildirilir. Müəllif vurğulayır ki, beynəlxalq ictimaiyyət münaqişə ilə bağlı vəziyyətin bu nöqtəyə çatması üçün qan tökülməsini tələb edən şəraitin yaradılmasına görə utanmalıdır. Çünki əgər vaxtında razılaşdırılmış beynəlxalq diplomatik təzyiqlər həyata keçirilsəydi eyni nəticəni əldə etmək mümkün olardı.

Müəllif qeyd edir ki, uğurlu hərbi gedişləri ilə Ermənistan silahlı qüvvələrini 30 ilə yaxın müddətdə işğal altında saxladığı ərazilərdən geri çəkilməyə məcbur etməsi nəticəsində Azərbaycan regionda yeni reallıq yaratdı.

Vurğulanır ki, son aylarda baş verən hadisələr bütün dünyanın diqqətini Cənubi Qafqaza yönəltdi, bu regionun necə strateji əhəmiyyət daşıdığı bir daha özünü göstərdi. Cənubdan İran, şimaldan isə Rusiya ilə həmsərhəd olan Azərbaycan Asiya ilə Avropanı birləşdirən körpü rolunu oynayır. Bu ərazidən təkcə yeni dəmir yolu xətləri deyil, həm də Avropanın əsas enerji mənbələrindən biri olan, Azərbaycanın Xəzər dənizində yerləşən yataqlarından daşınan neft və qaz boru kəmərləri keçir. Həm qədim, həm də XXI əsr İpək Yolunun üzərində yerləşməklə bu bölgə istər xəritədəki geoiqtisadi mövqeyindən, həm də öz təbii ehtiyatlarından səmərəli istifadə etməklə dünyanın iqtisadi mərkəzlərindən birinə çevrilə bilər. Beynəlxalq diplomatik dairələrin bu bölgədəki fəaliyyəti uğursuz olub, indi beynəlxalq investisiya təşkilatlarının həmin səhvi düzəltmək vaxtı gəlib çatıb.

04 Dekabr 2020 “Günəşli” faciəsindən 5 il keçdi
04 Dekabr 2020 Bu, təkcə mənim yox, Ağdamın toyu olacaq!
04 Dekabr 2020 Azərbaycan Sinqapur modelinə keçməlidirmi? - Ekspert
04 Dekabr 2020 Şəhidlərimizlə bağlı həştəq “Twitter”də trend oldu
04 Dekabr 2020 Şəhid xəbəri gələn əsgər sağ qayıtdı - Video
04 Dekabr 2020 Buxara yəhudilərindən İlham Əliyevə məktub
04 Dekabr 2020 Bayramov bolqar həmkarı ilə danışdı
03 Dekabr 2020 Azərbaycan beynəlxalq səviyyədə daha bir ilkə imza atdı - Bəhruz Quliyev
03 Dekabr 2020 Nailə İslamzadə də koronavirusa yoluxdu
03 Dekabr 2020 Tələbələrin nəzərinə!
03 Dekabr 2020 Yenə ən çox yoluxma Binəqədidədir - Statistika
03 Dekabr 2020 GUAM PA komitələri videokonfrans formatında iclas keçirib
03 Dekabr 2020 Bayramov ATƏT-in mühüm iclasında - Çıxışın mətni
03 Dekabr 2020 Daha bir vəkil koronavirusdan vəfat edib
03 Dekabr 2020 Yoluxanların və ölənlərin sayı yenə artdı
03 Dekabr 2020 ATƏT-ə üzv ölkələrin XİN başçılarının görüşü başladı
03 Dekabr 2020 BQXK-dan əsirlərlə bağlı açıqlama
03 Dekabr 2020 Qarabağı qaytardıq, növbədə bu yerdir – Erməni şair
03 Dekabr 2020 Söyüdlü nəzarətimizə keçdi: 6 min iş yeri bağlanır
02 Dekabr 2020 Ceyhun Bayramov Lavrovla Qarabağdan danışdı
02 Dekabr 2020 “Şimal-Cənub” layihəsi ilə bağlı işlər başa çatdı
01 Dekabr 2020 İƏT baş katibi İlham Əliyevi təbrik etdi
01 Dekabr 2020 Lavrov əsirlərin qayıtmasından danışdı: Çətinlik var...
01 Dekabr 2020 “Qarabağ” ordeninin statutu müəyyənləşdi
01 Dekabr 2020 “Cəsur döyüşçü” medalı kimlərə verilir?
01 Dekabr 2020 "Laçının azad olunmasına görə" medalının əsasnaməsi
01 Dekabr 2020 “Ağdamın azad olunmasına görə” medalı qızıl suyuna çəkilib...
01 Dekabr 2020 Əsasnamə: Kəlbəcərin azad olunmasına görə...
01 Dekabr 2020 “Zəngilanın azad olunmasına görə” medalı kimlərə veriləcək?
01 Dekabr 2020 Əsasnamə təsdiqləndi: Füzulinin azad olunmasına görə...