Son xəbərlər

 

İtaliyanın Kataniya şəhəri Şurası Ermənistanın Azərbaycana qarşı təcavüz, etnik təmizləmə, soyqırım siyasətini pisləyən və Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirən sənəd qəbul edib.

Bu barədə Milli.Az-a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Bildirilib ki, 20 noyabr 2020-ci il tarixində İtaliyanın Kataniya Şəhər Şurasında "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələri dərhal icra edilməlidir" adlı sənəd yekdilliklə qəbul edilib.

Sənəddə Ermənistanın Azərbaycana qarşı təcavüz və etnik təmizləmə siyasəti nəticəsində Dağlıq Qarabağ və ətraf yeddi rayon da daxil olmaqla, Azərbaycanın 20% ərazilərinin işğal olunduğu, 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü, azərbaycanlılara qarşı müharibə cinayətləri və Xocalı soyqırımının törədildiyi bildirilir.

Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının qətnamələrinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstək verərək Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığı, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş həmin ərazilərdən dərhal çıxarılmasını tələb etdiyi vurğulanır.

Avropa İnsan Hüquqları Məhkəməsinin 2015-ci il tarixli Çıraqov və digərləri Ermənistana qarşı işi ilə bağlı qərarında da Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının Ermənistan tərəfindən işğal edildiyinin təsdiqləndiyi ifadə olunur.

Sənəddə, həmçinin rəsmi İtaliyanın davamlı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə diqqət çəkilir və bu xüsusda, Azərbaycan Respublikası Prezidentinin cari ilin fevral ayında İtaliyaya dövlət səfəri zamanı imzalanmış "İtaliya Respublikası ilə Azərbaycan Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə"yə istinad edilir.

Münaqişə ilə bağlı mövcud hüquqi əsaslara və 30 ilə yaxın müddətdir ki, ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində aparılan danışıqlara baxmayaraq, Ermənistanın destruktiv siyasəti nəticəsində danışıqların bloklandığı, Azərbaycan xalqının böyük ədalətsizlikə üzləşdiyi və 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün öz yurd-yuvalarına qayıda bilmədiyi, ailə üzvlərinin məzarlarını belə ziyarət edə bilmədikləri vurğulanır.

Sənəddə 27 sentyabr tarixindən etibarən Ermənistanın yeni hərbi təcavüzü zamanı qəsdən mülki obyektləri və mülki şəxsləri hədəf alaraq Gəncə və Bərdə şəhərlərini bombalaması pislənilir və bu xüsusda, Gəncə və Bərdə şəhərlərinin sakinləri, habelə bütünlükdə Azərbaycan xalqı ilə həmrəylik ifadə edilir.

Kataniya Şəhər Şurasının daima beynəlxalq hüququn norma və prinsiplərini dəstəklədiyi və bu xüsusda, Ermənistan Respublikasının təcavüz siyasətini pislədiyi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, qeyd-şərtsiz və bütünlüklə çıxarılmalı olduğu, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının müvafiq qətnamələrinin dərhal yerinə yetirilməli olduğu, eləcə də azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmaq hüququnun təmin edilməli olduğu vurğulanır.

04 Dekabr 2020 “Günəşli” faciəsindən 5 il keçdi
04 Dekabr 2020 Bu, təkcə mənim yox, Ağdamın toyu olacaq!
04 Dekabr 2020 Azərbaycan Sinqapur modelinə keçməlidirmi? - Ekspert
04 Dekabr 2020 Şəhidlərimizlə bağlı həştəq “Twitter”də trend oldu
04 Dekabr 2020 Şəhid xəbəri gələn əsgər sağ qayıtdı - Video
04 Dekabr 2020 Buxara yəhudilərindən İlham Əliyevə məktub
04 Dekabr 2020 Bayramov bolqar həmkarı ilə danışdı
03 Dekabr 2020 Azərbaycan beynəlxalq səviyyədə daha bir ilkə imza atdı - Bəhruz Quliyev
03 Dekabr 2020 Nailə İslamzadə də koronavirusa yoluxdu
03 Dekabr 2020 Tələbələrin nəzərinə!
03 Dekabr 2020 Yenə ən çox yoluxma Binəqədidədir - Statistika
03 Dekabr 2020 GUAM PA komitələri videokonfrans formatında iclas keçirib
03 Dekabr 2020 Bayramov ATƏT-in mühüm iclasında - Çıxışın mətni
03 Dekabr 2020 Daha bir vəkil koronavirusdan vəfat edib
03 Dekabr 2020 Yoluxanların və ölənlərin sayı yenə artdı
03 Dekabr 2020 ATƏT-ə üzv ölkələrin XİN başçılarının görüşü başladı
03 Dekabr 2020 BQXK-dan əsirlərlə bağlı açıqlama
03 Dekabr 2020 Qarabağı qaytardıq, növbədə bu yerdir – Erməni şair
03 Dekabr 2020 Söyüdlü nəzarətimizə keçdi: 6 min iş yeri bağlanır
02 Dekabr 2020 Ceyhun Bayramov Lavrovla Qarabağdan danışdı
02 Dekabr 2020 “Şimal-Cənub” layihəsi ilə bağlı işlər başa çatdı
01 Dekabr 2020 İƏT baş katibi İlham Əliyevi təbrik etdi
01 Dekabr 2020 Lavrov əsirlərin qayıtmasından danışdı: Çətinlik var...
01 Dekabr 2020 “Qarabağ” ordeninin statutu müəyyənləşdi
01 Dekabr 2020 “Cəsur döyüşçü” medalı kimlərə verilir?
01 Dekabr 2020 "Laçının azad olunmasına görə" medalının əsasnaməsi
01 Dekabr 2020 “Ağdamın azad olunmasına görə” medalı qızıl suyuna çəkilib...
01 Dekabr 2020 Əsasnamə: Kəlbəcərin azad olunmasına görə...
01 Dekabr 2020 “Zəngilanın azad olunmasına görə” medalı kimlərə veriləcək?
01 Dekabr 2020 Əsasnamə təsdiqləndi: Füzulinin azad olunmasına görə...