“Charlie Hebdo”nun Ərdoğanla bağlı karikaturasına rəsmi reaksiya

Fransanın “Charlie Hebdo” jurnalı daha bir qalmaqala imza atıb. Daha öncə Məhəmməd peyğəmbərlə bağlı təhqiramiz karikatura dərc edən nəşr indi də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hədəf alıb. Fransa Prezidenti Emmanuel Makronun İslam dünyasını hədəfləməsindən cəsarətlənən jurnal Ərdoğanın karikaturasını üz qabığı seçib. Sosial şəbəkələrdə jurnalın ünvanına kəskin reaksiyalar, tənqidlər səsləndirilib.

“Qafqazinfo” xəbər verir ki, bu məqamda Türkiyə rəsmi dairələri səssiz qalmayaraq tvitter hesablarında açıqlama yayıblar.

Prezidentin köməkçisi Fuad Oqtay:

“Fikir azadlığının arxasında gizlənərək heç kimi aldada bilməzsiniz! Tövbə bilməyən fransız əskisinin Prezidentimizlə bağlı əxlaqsız yayımını qınayıram. Mənəviyyat, vicdana sahib beynəlxalq ictimaiyyəti bu rüsvayçılığa qarşı danışmağa çağırıram”.

Xəzinə və Maliyyə naziri Berat Albayrak:

“İfadə azadlığı pərdəsi altında Prezidentimizə əxlaqsızcasına hücum edən fransız jurnalını şiddətlə qınayıram. “Charlie Hebdo”nun etdiyi yumor deyil, tərbiyəsizlikdir!”

AKP-nin sözçüsü Ömer Çelik:

“Fransız jurnalı nifrət yayan orqana çevrilib. Prezidentimizlə bağlı əxlaqsız buraxılışını şiddətlə qınayırıq. Bu yayım anlayışı fikir azadlığı deyil, dini inanclara qarşı düşmənçilikdir. Bu zehniyyət diksindirici bir hala gəlib çıxıb”.

Prezidentin sözçüsü İbrahım Kalın:

“Heç bir inanca, müqəddəs və dəyərli şeylərə hörmət etməyən fransız jurnalının Prezidentimizlə bağlı nəşrini qətiyyətlə pisləyirik.Onlar sadəcə öz əxlaqsızlıqlarını ortaya qoyurlar. Şəxsi hüquqlara hörmətsizlik yumor və ifadə azadlığı deyil. 

Əxlaq və ədəbdən məhrum olan bu nəşrlərin məqsədi nifrət və ədavət toxumları səpməkdir. İfadə azadlığını dinə və inanca qarşı düşmənçiliyə çevirmək yalnız xəstə zehniyyətin məhsulu ola bilər. Sağlam düşüncəli hər kəs bu pis nəşri qınamalı və rədd etməlidir”.

Xatırladaq ki, R.T.Ərdoğan Fransa Prezidenti Emmanuel Makronun “Dünyada müsəlmanlar böhran içində yaşayır” fikrini sərt tənqid etmiş,öz xalqını fransız məhsullarını almamağa çağırmışdı.

28 Mart 2024 Ramazanın 19-cu günü: Dua, imsak və iftar vaxtı
28 Mart 2024 Mirşahin Ağayev Prezidentə təşəkkür etdi - Foto
28 Mart 2024 İrəvan uydurma bəhanələrlə... - Lavrov
28 Mart 2024 SOCAR prezidentinə yeni müşavir təyin edildi
28 Mart 2024 Tolik blogerlərin saxtakarlığını açıqladı - VİDEO
28 Mart 2024 Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video
28 Mart 2024 Putin terror aktından sonra "Krokus"a niyə getməyib?
28 Mart 2024 Namiq Abbasov dəfn olundu
28 Mart 2024 ABŞ-ın “Krokus”la bağlı dəqiq məlumatı olub - NYT
28 Mart 2024 Əli Əsədov qərar imzaladı
28 Mart 2024 Bu, Fransanı ciddi narahat edir - Nağıyev
28 Mart 2024 Fransada PKK tərəfdarları hava limanına hücum etdi - Video
28 Mart 2024 Rusiya azərbaycanlını İnterpola verdi - Foto
28 Mart 2024 Qədr gecələri nə vaxtdır? - Tarix
28 Mart 2024 Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi
28 Mart 2024 Məşhur türk serialı Qarabağda çəkilə bilər
28 Mart 2024 Ombudsman Xankəndidə erməni sakinlərlə görüşdü
28 Mart 2024 Paşinyanın görüşü bizdə narahatlıq doğurur - Zaxarova
28 Mart 2024 Kreml Teleqramı qadağan edir? - Durova müraciət edildi
28 Mart 2024 Kakaonun qiyməti rekord vurdu
28 Mart 2024 "Krokus" teraktı: Amerikalı aktyor yaralılara baş çəkdi
28 Mart 2024 Nobel mükafatçısı vəfat etdi
27 Mart 2024 Tavuşda elə yerlər var ki, bizə qaytarılmalıdır - Sanosyan
27 Mart 2024 Vatsapa yeni funksiya gəldi
27 Mart 2024 Çin ÜTT-yə ABŞ-dan şikayət etdi
27 Mart 2024 Avropa Parlamentinin qərəzli qətnaməsi ilə bağlı bəyanat
27 Mart 2024 "İslam dininə görə heç ölmüş iti də yandırmırlar, nəinki insanı” - MÜNASİBƏT BİLDİRİLDİ
27 Mart 2024 "Qaraçı" filminin ulduzu VƏFAT ETDİ - FOTO
27 Mart 2024 Almaniyada turist avtobusu aşdı - xeyli sayda ölü və yaralı var
27 Mart 2024 Apreldə ardıcıl 5 gün iş olmayacaq