Mən bu suala bir neçə dəfə cavab vermişəm, bir də cavab verərəm. Əvvələn, bizə bu cür əsassız ittihamları cəmi iki ölkə təqdim edib – Fransa və Rusiya. Fransa Prezidentin şəxsində, Rusiya isə Xarici Kəşfiyyat İdarəsinin rəhbərinin şəxsində. Hərbi əməliyyatlar başlanandan dərhal sonra bizə bu cür ittihamlar təqdim edilib. Lakin artıq bir aya yaxın vaxt keçib, bizə heç bir dəlil, heç bir sübut təqdim edilməyib. Üstəlik, ilk dəfədir deyirəm, mən Fransa tərəfə müraciət etmişəm ki, müvafiq xidmətlərin müvafiq rəhbərləri görüşsünlər, söhbət etsinlər və bizə sübutlar təqdim etsinlər. Bizə heç nə təqdim edilməyib. Ona görə bütün bunlar insunasiyadır. Bütün bunlar Azərbaycana qara yaxmaq cəhdidir.

Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev oktyabrın 26-da İtaliyanın Rai-1 televiziya kanalına müsahibəsi zamanı jurnalistin “Cənab Prezident, bir məsələ çox mübahisəlidir. Bəzi ölkələr, təkcə Ermənistan deyil, o cümlədən Fransa da Sizi və Türkiyəni Suriyadan minlərlə muzdlunun Türkiyədən keçməklə Qarabağa göndərilməsində ittiham edirlər. Siz bu cür ittihamlara necə cavab verərsiniz, Azərbaycan ərazisində türkiyəli döyüşçülərin və Türkiyəyə məxsus hərbi təyyarələrin olması barədə ittihamlara siz necə cavab verərsiniz” sualına cavabında deyib.

"Mən təəssüflənirəm ki, bu cür əsassız ittihamlar həmsədr ölkələrdən daxil olur. Onlar obyektiv olmalıdırlar. Axı, biz Rusiyadan Ermənistana nə qədər silah göndərilməsi barədə hər gün danışmırıq. Axı, biz demirik ki, bu gün kənardan kömək olmasa, Ermənistan işğal edilmiş ərazilərdə bircə gün də dayana bilməzdi. Həm siyasi dəstək, həm hərbi, həm də mənəvi dəstək, özü də bunlar bitərəfliyə riayət etməli olan ölkələr tərəfindən gəlir. Buna görə biz bu insunasiyaları qətiyyətlə rədd edirik, buna ehtiyac yoxdur. Bizim nizami ordunun 100 min döyüşçüsü var. Zərurət yaranarsa, biz ümumi səfərbərlik elan edərik. Yeri gəlmişkən, Ermənistandan fərqli olaraq, biz bunu elan etməmişik. Ona görə bütün bunlar yalan və böhtandır. Əməliyyatlarda Türkiyə qoşunlarının iştirakına gəldikdə isə bu da yalandır. Heç bir sübut yoxdur. Türkiyənin F-16 təyyarəsinin Azərbaycan ərazisində olması onun nəticəsi olub ki, münaqişə ərəfəsində bizdə birgə hərbi təlimlər keçirilib. Axı, biz demirik ki, Ermənistan ərazisində Rusiyanın neçə MiQ-29, Su-30 təyyarəsi var. Axı, biz demirik ki, Ermənistanda, Gümrüdəki bazada Rusiyanın 5 minlik qoşunu var və bizdə olan məlumata görə oradan vaxtaşırı olaraq Ermənistan silahlı qüvvələrinə təchizat göndərilir və bizim barəmizdə deyilənlərdən fərqli olaraq, bunlar faktdır. Ona görə də bizi ittiham etmək istəyənlərə təklif edirəm ki, yalan informasiyaya əsaslanan bu cür tez-tələsik nəticələr çıxarmazdan əvvəl özlərinə baxsınlar", - İlham Əliyev bildirib.

28 Mart 2024 Ramazanın 19-cu günü: Dua, imsak və iftar vaxtı
28 Mart 2024 Mirşahin Ağayev Prezidentə təşəkkür etdi - Foto
28 Mart 2024 İrəvan uydurma bəhanələrlə... - Lavrov
28 Mart 2024 SOCAR prezidentinə yeni müşavir təyin edildi
28 Mart 2024 Tolik blogerlərin saxtakarlığını açıqladı - VİDEO
28 Mart 2024 Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video
28 Mart 2024 Putin terror aktından sonra "Krokus"a niyə getməyib?
28 Mart 2024 Namiq Abbasov dəfn olundu
28 Mart 2024 ABŞ-ın “Krokus”la bağlı dəqiq məlumatı olub - NYT
28 Mart 2024 Əli Əsədov qərar imzaladı
28 Mart 2024 Bu, Fransanı ciddi narahat edir - Nağıyev
28 Mart 2024 Fransada PKK tərəfdarları hava limanına hücum etdi - Video
28 Mart 2024 Rusiya azərbaycanlını İnterpola verdi - Foto
28 Mart 2024 Qədr gecələri nə vaxtdır? - Tarix
28 Mart 2024 Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi
28 Mart 2024 Məşhur türk serialı Qarabağda çəkilə bilər
28 Mart 2024 Ombudsman Xankəndidə erməni sakinlərlə görüşdü
28 Mart 2024 Paşinyanın görüşü bizdə narahatlıq doğurur - Zaxarova
28 Mart 2024 Kreml Teleqramı qadağan edir? - Durova müraciət edildi
28 Mart 2024 Kakaonun qiyməti rekord vurdu
28 Mart 2024 "Krokus" teraktı: Amerikalı aktyor yaralılara baş çəkdi
28 Mart 2024 Nobel mükafatçısı vəfat etdi
27 Mart 2024 Tavuşda elə yerlər var ki, bizə qaytarılmalıdır - Sanosyan
27 Mart 2024 Vatsapa yeni funksiya gəldi
27 Mart 2024 Çin ÜTT-yə ABŞ-dan şikayət etdi
27 Mart 2024 Avropa Parlamentinin qərəzli qətnaməsi ilə bağlı bəyanat
27 Mart 2024 "İslam dininə görə heç ölmüş iti də yandırmırlar, nəinki insanı” - MÜNASİBƏT BİLDİRİLDİ
27 Mart 2024 "Qaraçı" filminin ulduzu VƏFAT ETDİ - FOTO
27 Mart 2024 Almaniyada turist avtobusu aşdı - xeyli sayda ölü və yaralı var
27 Mart 2024 Apreldə ardıcıl 5 gün iş olmayacaq