Son xəbərlər

 

Biz bu günədək vaxtında və hərtərəfli düşünülmüş tədbirlər sayəsində dünyanın bir çox ölkələrinin üzləşdiyi faciəli ssenaridən xilas ola bilmişik. Ekspertlərin fikrincə, bizim ölkəmiz epidemiyanın ilk və olduqca təhlükəli mərhələsini ən az sayda itki ilə başa vurmuş dövlətlər sırasındadır.

Axar.az xəbər verir ki, bunu Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Trend-ə müsahibəsində deyib.

Birinci vitse-prezident Mehriban Əliyeva bildirib ki, biz epidemiya ilə mübarizənin bütün aspektlərini koordinasiya edən peşəkar komanda yaratmağa, zəruri texniki və insan resurslarını birləşdirməyə müvəffəq olduq:

"Tətbiq edilmiş karantin tədbirləri koronavirusun yayılma sürətini azaltmağa kömək etdi. Biz birlikdə Vətənimizi bu xəstəliyin təhlükəli surətdə yayılmasından qoruya bildik.

Təəssüf ki, çoxsaylı ölkələrə və xalqlara bu qədər bəla və iztirab gətirmiş virusa hələ də qalib gəlmək mümkün olmayıb. O, hələ də ciddi təhlükə mənbəyidir, bütün dünyada pisləşməkdə olan statistika buna sübutdur. Pandemiyaya qarşı müharibə hələ davam edir. Avropa dövlətlərinin çoxunda çoxsaylı məhdudiyyətlər yenidən qüvvəyə minir.

Təəssüf ki, bizim ölkəmiz də istisna deyil. Məlumdur ki, son günlərdə yoluxanların sayının artması müşahidə olunur, təhsil müəssisələrində, ictimai nəqliyyatda yenidən bəzi məhdudiyyətlər tətbiq edilib.

Mən sizin hər birinizi koronavirusun təhlükəli olduğunu unutmamağa, aylarla riayət etdiyimiz elementar qaydaları gözləməyə, məsafəyə riayət etməyə, həqiqətən real zərurət olmadığı halda insanların kütləvi şəkildə toplaşdığı yerlərə getməməyə çağırıram. Bizə yaxşı məlum olan bütün bu qaydalar yoluxma riskini azaltmağa və deməli, bizi və yaxınlarımızı xəstəlikdən qorumağa kömək edər. Biz yaşlı nəslə həmişə xüsusi qayğı və hörmətlə yanaşırıq. Pandemiyanın birinci mərhələsi dövründə biz onları qayğı ilə qoruduq. Əminəm ki, indiki şəraitdə biz daha diqqətli olacağıq.

Bu gün, ordumuz öz tarixi missiyasını davam etdirdiyi bir vaxtda dövlətimizin, o cümlədən səhiyyə sisteminin üzərinə düşən yükü maksimum azaltmaq lazımdır. İndi bütün resursların bizim xilaskarlıq əməliyyatı üzərində cəmləşməsi müstəsna əhəmiyyət kəsb edir. Biz arxa cəbhədə öz sağlamlığımızın qeydinə qalmaqla, sayıqlıq və intizam nümayiş etdirməklə, eyni zamanda, ön cəbhədəki əsgərlərimizə kömək edir və onları qoruyuruq.

Əminəm ki, biz bu vəzifənin öhdəsindən gələcəyik və bir daha sübut edəcəyik ki, gücümüz birlikdədir!"

26 Noyabr 2020 Ermənistanla sərhədin demarkasiya işləri aparılır
26 Noyabr 2020 COVİD-19 testlərinin bitməsi... - TƏBİB-dən açıqlama
26 Noyabr 2020 Lavrov: Qərb bu ölkədə “çirkli rəngli inqilab” istəyir
26 Noyabr 2020 “Xristianlığın müdafiəçiləri” bunlara susur! – Mahmudov
26 Noyabr 2020 Nazir: Qarabağa investisiya qoyulması üçün...
26 Noyabr 2020 Baş Prokurorluğun Feysbuk səhifəsi təsdiqləndi
26 Noyabr 2020 Erməni hərbi texnikaları Bakıda - Video
26 Noyabr 2020 Pərviz, bizi eşitdiyinə inanıram...
26 Noyabr 2020 İtaliyanın bir sıra bələdiyyələri Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirən sənədlər qəbul edib
26 Noyabr 2020 Ermənilər Laçında da evləri yandırır - Fotolar
26 Noyabr 2020 Vasitəçiyə inam yoxdursa, demək o... – Əhmədov
26 Noyabr 2020 Erməni qoşunları bu ərazilərin hər birindən çıxmalıdır - Teys
26 Noyabr 2020 Bayramov əfqanıstanlı həmkarı ilə danışdı
26 Noyabr 2020 İsveçrə bərpa olunan enerji sahəsində Azərbaycanla əməkdaşlıqda potensial görür - Dövlət Katibliyi
26 Noyabr 2020 Rus dilinin rəsmi statusu LƏĞV EDİLİR - TƏKLİF VERİLDİ
26 Noyabr 2020 Avropada “Martsax” adlı ikinci erməni dövləti... - Deputat
26 Noyabr 2020 DİN əhaliyə müraciət etdi
26 Noyabr 2020 Tanınmış aparıcı Lalə Azərtaşa itki üz verib
25 Noyabr 2020 Prezidentdən qərar: Onlara xidməti pasport verilməyəcək
25 Noyabr 2020 Kəlbəcər müharibə yolu ilə alınsaydı...
25 Noyabr 2020 Qardaşı ilə həyat yoldaşını şəhid verən qadın - Video
25 Noyabr 2020 Komitə sədrindən Fransa Senatının qərarına reaksiya
25 Noyabr 2020 “Aminlə danışanda hər şeyin yaxşı olduğunu deyirdi” - Video
25 Noyabr 2020 Artıq Kəlbəcərdə Azərbaycan Ordusudur! - Yeni video
25 Noyabr 2020 Erməni zabitlərdən şok etiraf: Kəlbəcər tələ idi...
25 Noyabr 2020 İcra başçısı özünə yeni müavin təyin etdi
25 Noyabr 2020 Fransa Senatının qətnaməsi kağız parçasıdır - Hacıyev
25 Noyabr 2020 Başçı "arxalı" MTK-nın əlində aciz qaldı: qanunsuz tikinti - Foto
25 Noyabr 2020 Zərif Kəlbəcərin işğaldan azad olması münasibətilə Bayramovu TƏBRİK ETDİ
25 Noyabr 2020 İranın XİN başçısı Ceyhun Bayramovu təbrik edib