Son xəbərlər

 

“Nex24.news” xəbər portalında Almaniyanın Potsdam Universitetinin professoru Vilfrid Furmanın müəllifi olduğu “Ermənistan beynəlxalq hüququ pozaraq Azərbaycan torpaqlarını işğal altında saxlayır” başlıqlı məqalə dərc edilib.

Axar.az xəbər verir ki, məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin və ermənilərin Azərbaycan ərazilərinə köçürülməsinin tarixçəsindən bəhs olunur. Eyni zamanda, məqalədə bildirilir ki, 1994-cü ildəki atəşkəsdən etibarən, Azərbaycan Ermənistan tərəfindən beynəlxalq hüquqa zidd olaraq işğal edilmiş ərazilərini geriyə qaytarmaq üçün səy göstərib. Atəşkəsdən sonra təxminən 1 milyon azərbaycanlı məcburi köçkün olub, onların çoxu fiziki və psixoloji zərbə alıblar. ATƏT-in Minsk qrupu və həmsədrlər tərəfindən həllin tapılması cəhdləri nəticəsiz olub. Ermənistan prezidenti və müdafiə naziri tərəfindən 2019-cu ilin mart ayından etibarən “yeni ərazilər üçün yeni müharibə” şüarı səsləndirilib və sülh məqsədilə ərazilərin geri qaytarılması təşəbbüsü rədd edilib. Cari ilin iyul ayında Tovuz rayonunun atəşə tutulması yeni ərazilərin zəbt edilməsinin reallaşdırılmasında başlanğıc olub. Buna baxmayaraq, Azərbaycan beynəlxalq sərhədlərə hörmət edib və onu pozmayıb. Belə ki, bunun baş verəcəyi təqdirdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı vasitəsilə Ermənistan Rusiyanı münaqişəyə cəlb edə bilərdi. Lakin bu, işğal olunmuş Azərbaycan ərazilərinə və beynəlxalq səviyyədə tanınmayan qondarma “Dağlıq Qarabağ respublikası”na şamil olunmur. Müharibə çərçivəsində Gəncə şəhəri artileriya atəşinə tutulub. Azərbyacan öz ərazi bütövlüyün bərpa etmək məqsədilə ilkin olaraq ətraf rayonları azad etmək niyyətindədir.

Digər məsələ ermənilərin 1986-cı ildə olduğu kimi mümkün terror fəaliyyətinə başlamaları və Fransanın açıq şəkildə Ermənistanı dəstəkləməsi ilə bağlı olacaq. Fransa Ermənistanı dəstəkləyəcəyi təqdirdə NATO daxilində parçalanma ola bilər. Çünki Türkiyə Azərbaycanın tərəfindədir. Ehtimal ki, Ermənistan “Dağlıq Qarabağ respublikası”nı könüllülərlə və müntəzəm ordu ilə dəstəkləyir. Ermənstan illər boyunca yoxsullaşıb və sakinlərinin sayı azalıb. İmkan düşən kimi, erməni gənclərin çoxu xaricdə qalır. Həmin erməni gənclər “Dağlıq Qarabağ respublikası”nı, xüsusən də yerli elitanı saxta hesab edir və onların naminə ölmək istəmirlər. Bir çox xəbər agentliklərinin qəsdən qeyd etməsinə baxmayaraq, hazırkı müharibə dini səciyyə daşımır. Azərbaycan ölkədə hökm sürən və müşahidə oluna bilən dini tolerantlıqla fəxr edir.

28 Noyabr 2020 Tonayan cinayət əməllərinə görə cavab verməlidir - Hacıyev
28 Noyabr 2020 Çox çətin işlər gözləyir bizi...
28 Noyabr 2020 Fransa ermənilərə görə Avropanı təhlükəyə atdı – Şərh
28 Noyabr 2020 Yoluxanların sayı 4 mini ötdü
28 Noyabr 2020 “Hell”in şirkətinin 130 min cərimələnməsi ilə bağlı - Qərar verildi
28 Noyabr 2020 İstisu qəsəbəsindən görüntülər - Video
28 Noyabr 2020 Məlahət Mürşüdlü vəfat etdi
26 Noyabr 2020 Ermənistanla sərhədin demarkasiya işləri aparılır
26 Noyabr 2020 COVİD-19 testlərinin bitməsi... - TƏBİB-dən açıqlama
26 Noyabr 2020 Lavrov: Qərb bu ölkədə “çirkli rəngli inqilab” istəyir
26 Noyabr 2020 “Xristianlığın müdafiəçiləri” bunlara susur! – Mahmudov
26 Noyabr 2020 Nazir: Qarabağa investisiya qoyulması üçün...
26 Noyabr 2020 Baş Prokurorluğun Feysbuk səhifəsi təsdiqləndi
26 Noyabr 2020 Erməni hərbi texnikaları Bakıda - Video
26 Noyabr 2020 Pərviz, bizi eşitdiyinə inanıram...
26 Noyabr 2020 İtaliyanın bir sıra bələdiyyələri Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirən sənədlər qəbul edib
26 Noyabr 2020 Ermənilər Laçında da evləri yandırır - Fotolar
26 Noyabr 2020 Vasitəçiyə inam yoxdursa, demək o... – Əhmədov
26 Noyabr 2020 Erməni qoşunları bu ərazilərin hər birindən çıxmalıdır - Teys
26 Noyabr 2020 Bayramov əfqanıstanlı həmkarı ilə danışdı
26 Noyabr 2020 İsveçrə bərpa olunan enerji sahəsində Azərbaycanla əməkdaşlıqda potensial görür - Dövlət Katibliyi
26 Noyabr 2020 Rus dilinin rəsmi statusu LƏĞV EDİLİR - TƏKLİF VERİLDİ
26 Noyabr 2020 Avropada “Martsax” adlı ikinci erməni dövləti... - Deputat
26 Noyabr 2020 DİN əhaliyə müraciət etdi
26 Noyabr 2020 Tanınmış aparıcı Lalə Azərtaşa itki üz verib
25 Noyabr 2020 Prezidentdən qərar: Onlara xidməti pasport verilməyəcək
25 Noyabr 2020 Kəlbəcər müharibə yolu ilə alınsaydı...
25 Noyabr 2020 Qardaşı ilə həyat yoldaşını şəhid verən qadın - Video
25 Noyabr 2020 Komitə sədrindən Fransa Senatının qərarına reaksiya
25 Noyabr 2020 “Aminlə danışanda hər şeyin yaxşı olduğunu deyirdi” - Video