Son xəbərlər

 

Axar.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibəsini təqdim edir:

- Qüdrət bəy, xarici işlər nazirinin Vaşinqtona səfərindən gözləntiləriniz nədir? ABŞ torpaqlarımızı azad etməyə davam etdiyimiz üçün bizə hansısa sanksiya tətbiq edə bilərmi?

- Düşünürəm ki, atəşin dayandırılması üçün Azərbaycana ciddi təzyiq göstəriləcək. Ola bilsin ki, Lavrovun 5+2 prinsipi əsasında tənzimləmə planından kənara çıxmamaq tələb olunsun. Yəni 5 rayonu azad edin və dayanın. Qalan məsələlər danışıqlar yolu ilə həll olunsun. Bu isə bizi qətiyyən qane etmir. Prezident də söylədi ki, Şusa işğaldan azad olunmasa başladığımız iş yarımçıq qalardı.

Bundan başqa, Qarabağın zirvəsi və qüruru olan Kəlbəcəri, o cümlədən soyqırım qurbanlarının narahat ruhunu sakitləşdirmək və şad etmək üçün Xocalını döyüşlə azad etməliyik. Strateji əhəmiyəti ilə yanaşı, bu bizim borcumuz və bir millət olaraq şərəf məsələmizdir. Beləliklə, 5 rayondan əlavə Kəlbəcəri, Şuşanı və Xocalını döyüşlə aldıqdan sonra xarici təzyiqlər çox güclü olarsa və bu müharibənin başqa dövlətlərin də qatılmasıyla daha geniş miqyas almasına yol aça bilərsə, atəşin dayandırılmasına razılaşıb digər məsələləri Azərbaycanın ərazi bütövlüyü çərçivəsində danışıqlar yolu ilə həll edə bilərik. Əlbəttə, bu mənim minimum etməli olduqlarımıza dair mövqeyimdir və əminəm ki, Ali Baş Komandan torpaqlarımızın azadlığı üçün mümkün olan hər şeyi və daha artığını edəcək.

ABŞ-ın Azərbaycan Ordusunun hücumları dayandırmayacağı təqdirdə sanksiya tətbiq etmək ehtimalına gəldikdə, bu bizi ciddi narahat etməməlidir. Böyük dövlətlərin dünyanın nizamını pozması və istədikləri halda beynəlxalq hüquqa tüpürmələri adi haldır. Onlar bir dəfə işğalçıya kömək məqsədilə 1992-ci ildə bunu ediblər. Torpaqlarımızın azadlığı üçün öncə qeyd etdiyim minimal məqsədlərə çatmayana qədər hər cür təzyiqlərə və çətinliklərə hazır olmalıyıq, çünki biz işğala qarşı və milli qürurumuz üçün vuruşuruq.

28 Noyabr 2020 Tonayan cinayət əməllərinə görə cavab verməlidir - Hacıyev
28 Noyabr 2020 Çox çətin işlər gözləyir bizi...
28 Noyabr 2020 Fransa ermənilərə görə Avropanı təhlükəyə atdı – Şərh
28 Noyabr 2020 Yoluxanların sayı 4 mini ötdü
28 Noyabr 2020 “Hell”in şirkətinin 130 min cərimələnməsi ilə bağlı - Qərar verildi
28 Noyabr 2020 İstisu qəsəbəsindən görüntülər - Video
28 Noyabr 2020 Məlahət Mürşüdlü vəfat etdi
26 Noyabr 2020 Ermənistanla sərhədin demarkasiya işləri aparılır
26 Noyabr 2020 COVİD-19 testlərinin bitməsi... - TƏBİB-dən açıqlama
26 Noyabr 2020 Lavrov: Qərb bu ölkədə “çirkli rəngli inqilab” istəyir
26 Noyabr 2020 “Xristianlığın müdafiəçiləri” bunlara susur! – Mahmudov
26 Noyabr 2020 Nazir: Qarabağa investisiya qoyulması üçün...
26 Noyabr 2020 Baş Prokurorluğun Feysbuk səhifəsi təsdiqləndi
26 Noyabr 2020 Erməni hərbi texnikaları Bakıda - Video
26 Noyabr 2020 Pərviz, bizi eşitdiyinə inanıram...
26 Noyabr 2020 İtaliyanın bir sıra bələdiyyələri Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirən sənədlər qəbul edib
26 Noyabr 2020 Ermənilər Laçında da evləri yandırır - Fotolar
26 Noyabr 2020 Vasitəçiyə inam yoxdursa, demək o... – Əhmədov
26 Noyabr 2020 Erməni qoşunları bu ərazilərin hər birindən çıxmalıdır - Teys
26 Noyabr 2020 Bayramov əfqanıstanlı həmkarı ilə danışdı
26 Noyabr 2020 İsveçrə bərpa olunan enerji sahəsində Azərbaycanla əməkdaşlıqda potensial görür - Dövlət Katibliyi
26 Noyabr 2020 Rus dilinin rəsmi statusu LƏĞV EDİLİR - TƏKLİF VERİLDİ
26 Noyabr 2020 Avropada “Martsax” adlı ikinci erməni dövləti... - Deputat
26 Noyabr 2020 DİN əhaliyə müraciət etdi
26 Noyabr 2020 Tanınmış aparıcı Lalə Azərtaşa itki üz verib
25 Noyabr 2020 Prezidentdən qərar: Onlara xidməti pasport verilməyəcək
25 Noyabr 2020 Kəlbəcər müharibə yolu ilə alınsaydı...
25 Noyabr 2020 Qardaşı ilə həyat yoldaşını şəhid verən qadın - Video
25 Noyabr 2020 Komitə sədrindən Fransa Senatının qərarına reaksiya
25 Noyabr 2020 “Aminlə danışanda hər şeyin yaxşı olduğunu deyirdi” - Video