16:16

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi Azərbaycan parlament nümayəndə heyəti sentyabrın 23-də Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində Federal Məclisin Dövlət Dumasının Sədri Vyaçeslav Volodinlə görüşüb.

 

Axar.az xəbər verir ki, Azərbaycan nümayəndə heyətini Rusiya Dövlət Dumasında görməkdən məmnunluğunu bildirən Vyaçeslav Volodin iki ölkə arasında qarşılıqlı səfərlərin əhəmiyyətindən danışıb.

Rusiyalı siyasətçi deyib ki, Rusiya və Azərbaycan strateji tərəfdaş olan ölkələrdir və hazırda iki ölkənin parlamentləri arasında əməkdaşlıq haqqında saziş sənədi üzərində iş gedir:

“Rusiya təkcə parlamentlər səviyyəsində deyil, həyatın digər sahələrində də Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır”.

Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, məlum pandemiya səbəbindən Rusiyaya nəzərdə tutulan bu səfər gec həyata keçirilib:

“Ümidvaram ki, bizim qarşılıqlı səfərlərimiz bundan sonra da davam edəcək. Bizim birlikdə müzakirə etməli olduğumuz çox məsələlər var. Qarşılıqlı münasibətlərin inkişafında dövlət başçıları İlham Əiyevin və Vladimir Putinin qarşılıqlı etibara əsaslanan münasibətləri və mütəmadi görüşləri böyük rol oynayıb”.

Spiker Sahibə Qafarova ikitərəfli münasibətlərin inkişafında Azərbaycan və Rusiya parlamentlərinin rolunu qeyd edərək bu sahədə hər iki ölkənin parlamentində fəsliyyət göstərən dostluq qruplarının əhəmiyyətini vurğulayıb. Bildirib ki, ölkələrimiz beynəlxalq parlament təşkilatlarında uğurla əməkdaşlıq edir. Bildiyiniz kimi, Rusiyanın bu quruma qayıtması məsələsinin müzakirə olunduğu Avropa Şurası Parlament Assambleyasının ötənilki iyun sessiyasında Azərbaycan nümayəndə heyəti bütövlükdə çıxış edərək Rusiyanın AŞPA-ya qayıtmasına səs verdi. Milli Məclis və Federal Məclis arasında daimi ikitərəfli parlamentlərarası komissiyanın mövcudluğu təqdirəlayiqdir.

Sahibə Qafarova əlavə edib ki, Azərbaycan çoxmillətli və çox konfessiyalı olmaqla, zəngin mədəni və mənəvi irsə və multikulturalizm sahəsində böyük təcrübəyə sahibdir:

“Buna görə də ölkəmiz hər zaman digər xalqlara və dinlərə, dünya mədəniyyətlərinin müxtəlifliyinə qarşı tolerantlıq nümayiş etdirmişdir. Bu baxımdan Cənubi Qafqazda ən çox etnik rusun Azərbaycanda yaşaması tamamilə təbiidir”.

Qeyd edilib ki, ölkələrimiz arasında 200-dən çox ikitərəfli hökumətlərarası, dövlətlərarası və idarələrarası sənədləri özündə birləşdirən güclü bir hüquqi baza yaradılıb. Bu da iki ölkənin bütün sahələrdə uğurlu əməkdaşlığını şərtləndirir. Sonra görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın Qərb bölgəsində-Tovuz rayonu ilə sərhəddə baş vermis silahlı toqquşmalar barədə fikir mübadiləsi aparılıb.

Vyaçeslav Volodin bildirib ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, Ermənistanın Baş naziri N.Paşinyanın Dağlıq Qarabağla bağlı fikirləri haqlı narahatlıq doğurur və sülh prossesinə kömək etmir.

Görüşün sonunda Milli Məclisin sədri Sahibə Qafarova həmkarını ona uyğun bir vaxtda Azərbaycana rəsmi səfərə dəvət edib.

29 Mart 2024 Çingizin ifasına hindlilərin reaksiyası - VİDEO
29 Mart 2024 Bu, artıq qlobal çağırışdır - Siyarto
29 Mart 2024 Jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
29 Mart 2024 Uzunömürlülüyün sirri: hər dərdin çarəsi...
29 Mart 2024 Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov
28 Mart 2024 Ramazanın 19-cu günü: Dua, imsak və iftar vaxtı
28 Mart 2024 Mirşahin Ağayev Prezidentə təşəkkür etdi - Foto
28 Mart 2024 İrəvan uydurma bəhanələrlə... - Lavrov
28 Mart 2024 SOCAR prezidentinə yeni müşavir təyin edildi
28 Mart 2024 Tolik blogerlərin saxtakarlığını açıqladı - VİDEO
28 Mart 2024 Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video
28 Mart 2024 Putin terror aktından sonra "Krokus"a niyə getməyib?
28 Mart 2024 Namiq Abbasov dəfn olundu
28 Mart 2024 ABŞ-ın “Krokus”la bağlı dəqiq məlumatı olub - NYT
28 Mart 2024 Əli Əsədov qərar imzaladı
28 Mart 2024 Bu, Fransanı ciddi narahat edir - Nağıyev
28 Mart 2024 Fransada PKK tərəfdarları hava limanına hücum etdi - Video
28 Mart 2024 Rusiya azərbaycanlını İnterpola verdi - Foto
28 Mart 2024 Qədr gecələri nə vaxtdır? - Tarix
28 Mart 2024 Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi
28 Mart 2024 Məşhur türk serialı Qarabağda çəkilə bilər
28 Mart 2024 Ombudsman Xankəndidə erməni sakinlərlə görüşdü
28 Mart 2024 Paşinyanın görüşü bizdə narahatlıq doğurur - Zaxarova
28 Mart 2024 Kreml Teleqramı qadağan edir? - Durova müraciət edildi
28 Mart 2024 Kakaonun qiyməti rekord vurdu
28 Mart 2024 "Krokus" teraktı: Amerikalı aktyor yaralılara baş çəkdi
28 Mart 2024 Nobel mükafatçısı vəfat etdi
27 Mart 2024 Tavuşda elə yerlər var ki, bizə qaytarılmalıdır - Sanosyan
27 Mart 2024 Vatsapa yeni funksiya gəldi
27 Mart 2024 Çin ÜTT-yə ABŞ-dan şikayət etdi