Son xəbərlər

 
Azərbaycanda vaksinlər ilk kimlərə vurulacaq?

Azərbaycanda koronavirusa qarşı peyvəndin kimlərə vurulacağı ilə bağlı strategiya hazırlanır.

“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. O bildirib ki, hazırda Azərbaycan koronavirusa qarşı peyvəndlə bağlı həm ikitərəfli, həm də çoxtərəfli danışıqlar aparır.

O qeyd edib ki, hazırda dünyada 9 şirkət peyvənd hazırlığının 3-cü mərhələsindədir. Həmin peyvəndlərdən hansı beynəlxalq səhiyyə qurumları tərəfindən təsdiq olunacaqsa, Azərbaycan da vaksini tətbiq edən ilk ölkələr sırasında olacaq.

 

R. Bayramlı, həmçinin qeyd edib ki, Azərbaycanda ilkin mərhələdə əhalinin 20 faizi koronavirusa görə vaksinasiya olunacaq.

Onun sözlərinə görə, kimlərin vaksinasiya olunması ilə bağlı risk qrupları müəyyən edilib. O qeyd edib ki, yəqin ki, bu həftə sonu strategiya hazırlanacaq və ictimaiyyətə açıqlanacaq.

R.Bayramlının sözlərinə görə, risk qrupuna səhiyyə işçiləri, əhali ilə sıx təmasda olan hüquq mühafizə orqanları, eyni zamanda əhalinin yanaşı xəstəliyi olan hissəsi, o cümlədən dializ xəstələri, şəkərli diabet xəstələri, ürək qan damar xəstəlikləri, böyrək çatışmazlığı və digər xəstəliyi olan şəxslər daxildir.

TƏBİB sədri əlavə edib ki, vaksinasiya könüllü xarakter daşıyacaq.

Bundan əlavə qeyd olunub ki, aparılan araşdırmalara əsasən, ilkin mərhələdə əhlinin 20 faizinə koronavirusa qarşı vaksinin vurulması epidemioloji vəziyyətə müsbət təsir göstərə bilər.

Ramin Bayramlı vaksinlərlə bağlı Azərbaycanda iki istiqamətdə iş aparıldığını da sözlərinə əlavə edib. Belə ki, bir istiqamət vaksinin ölkədə istehsal edilməsi, digər istiqamət isə xaricdən alınaraq Azərbaycana gətirilməsidir: “Vaksinlərin hazırda Azərbaycanda istehsalı mümkün görünmür. Nəinki Azərbaycanda, bir çox ölkələrdə bu mümkün deyil. Ona görə də əsas istiqamət vaksinlərin xaricdən gətirilməsidir”.

15 Aprel 2024 İran İsraili vurdu: bu səhnə gündəm oldu - Video
15 Aprel 2024 Saxta müfəttişlər sahibkarları təhdid edib... - Rəsmi
15 Aprel 2024 Salat almaq üçün mağazaya getdi: Lotereyada 1 milyon dollar uddu - FOTO
15 Aprel 2024 Etibarnamə ilə torpaq alanlara xəbərdarlıq - Video
14 Aprel 2024 Çəkilmiş ət alarkən aldanmamağın YEGANƏ YOLU - VİDEO
14 Aprel 2024 İordaniya kralı COP29-a dəvət olundu
14 Aprel 2024 İsrail İrana qarşı koalisiya yaradır - Qantz
14 Aprel 2024 "Azərbaycan kişisinin əsas işi qadınına layiq olmaqdır" - VİDEO
14 Aprel 2024 İsrail Hizbullahın silah istehsal edən obyektini vurdu
14 Aprel 2024 Süni ət təbii ətdən daha sağlamdır?
14 Aprel 2024 Azərbaycanda bu xəstəliyə Zərifə Əliyeva son qoydu
14 Aprel 2024 Netanyahu xalqa müraciət etdi
14 Aprel 2024 İsrail bu hava limanını bağladı
13 Aprel 2024 Çay içərkən bu səhvə yol verməyin!
13 Aprel 2024 Səhər, nahar və şam yeməyini nə vaxt yeməlisiniz?
13 Aprel 2024 Azərbaycanda kişilərin 48%-i pensiya almadan vəfat edib
13 Aprel 2024 "Mən gözləmirdim ki, oğlum İbrahim gəlib..."
13 Aprel 2024 İrəvanla Bakı arasında möhkəm və uzunmüddətli sülh...
13 Aprel 2024 Bu xəbər 15 saat ərzində Ermənistanda çaxnaşma yaratdı
13 Aprel 2024 Yaponların uzunömürlü olmasının SİRRİ - Hər gün bunu edirlər
13 Aprel 2024 Müşfiq Abbasov: “Azərbaycanda sosial şəbəkələr bağlansın”
13 Aprel 2024 Kimlərə portağal yemək olmaz? - MÜTƏXƏSSİS AÇIQLADI
13 Aprel 2024 Zurabişvili "Gürcü arzusu"nu "Rusiya arzusu" adlandırdı
13 Aprel 2024 ABŞ və Britaniyadan Rusiyaya yeni sanksiyalar...
13 Aprel 2024 Pakistan və İran arasında nifaq salmağa çalışırlar – Rəisi
12 Aprel 2024 Ermənilər atəş açdı, Ordumuz tədbir gördü!
12 Aprel 2024 Prezidentin nümayəndəsi Sloveniya rəsmiləri ilə görüşdü
12 Aprel 2024 Dünya İranın kim olduğunu çox yaxşı anlayır - Qallant
12 Aprel 2024 Ərdoğan Mahmud Abbasla danışdı
12 Aprel 2024 Ət alanda bunlara DİQQƏT EDİN