Son xəbərlər

 
“Görüləcək işlər gərək yerli sakinlərlə müzakirə olunsun”

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 23-də Bakının Balaxanı qəsəbəsində aparılan abadlıq işləri ilə tanış olublar.

 

“Qafqazinfo” İlham Əliyevin Balaxanı qəsəbəsinin sakinləri ilə söhbətindən bəzi məqamları təqdim edir:

“Əlbəttə ki, bizim planlarımızda digər qəsəbələrdə görüləcək işlər var, artıq müvafiq göstərişlər verilib. İlkin mərhələdə haradasa 7-8 qəsəbədə buna oxşar layihələr icra ediləcək. Hər bir qəsəbənin özünə məxsus olan memarlıq üslubu, tarixi görünüşü var. Ona görə hər bir qəsəbədə aparılan abadlıq işləri, görüləcək işlər gərək yerli sakinlərlə də müzakirə olunsun.

 

İlk növbədə, sakinləri narahat edən problemlər, necə ki, burada infrastruktur – kanalizasiya, dam örtükləri, binaların təmiri, elektrik xətləri, yəni insanların gündəlik tərzdə ünsiyyətdə olduğu digər məsələlər həll olunur və eyni zamanda, təmir-bərpa işləri də mütləq yerli sakinlərin iştirakı ilə, ağsaqqalların tövsiyəsi ilə aparılmalıdır. Çünki ağsaqqallar bu kəndlərin tarixini yaşadırlar, o tarixin canlı şahidləridir və eyni zamanda, gənc nəsil də buna qoşulur ki, hər bir kəndin özünə xas olan görüntüsü olsun.

Mən dəfələrlə demişəm, hələ Prezident kimi fəaliyyətə başlayanda demişdim ki, “qara qızılı” insan kapitalına çevirməliyik. Bax budur, “qara qızıl” insan kapitalıdır. İnsanların rifah halı, sağlamlığı, rahatlığı, təhlükəsizliyi üçün biz neftdən gələn gəlirlərdən istifadə etdik və bu gün deyə bilərəm ki, dünya miqyasında neftlə zəngin ölkələr sırasında bax bu siyasətə görə qabaqcıl yerlərdəyik”.

19 Aprel 2024 İmran Əliyev həbs edildi
19 Aprel 2024 Mitinqin baş tutmaması Əli Kərimli ilə xaricdəki antimilli ünsürlər arasında qarşıdurma yaradıb ANALİZ
19 Aprel 2024 Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
19 Aprel 2024 Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov
19 Aprel 2024 Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh
19 Aprel 2024 “Əli Kərimlinin siyasi bioqrafiyasına baxsaq, yanıldığını çətin etiraf etsin” - MÜNASİBƏT BİLDİRİLDİ
19 Aprel 2024 Lalə Azərtaşın verilişi bağlanır - "Xəzər"dən AÇIQLAMA
19 Aprel 2024 Deputat etiraz etdi: Ansambl düzəldib uşaqları imtahan edirlər
19 Aprel 2024 Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər
19 Aprel 2024 Bakıda hektarlarla yeri zəbt edən “qovulmuş” məmurlar…
18 Aprel 2024 Niyə Əli Kərimli və Sevinc Osmanqızı üzr istəmək mədəniyyətinə malik deyillər? ANALİZ
18 Aprel 2024 Palma yağlarının Azərbaycana gətirilməsinin qadağan ediləcək?
18 Aprel 2024 Bakıda ev qiymətinə sini satılır - Foto
18 Aprel 2024 QHT-lərdən Vardanyanla bağlı Nobel Komitəsinə məktub
18 Aprel 2024 Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova
18 Aprel 2024 AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova
18 Aprel 2024 Zurabaşvili bu qanuna veto qoydu
18 Aprel 2024 Qubad İbadoğluya yekun ittiham elan edildi
18 Aprel 2024 Önəmli infrastruktur layihələri icra edilir
18 Aprel 2024 “Bunlar öz millətinə, öz dövlətinə düşmən kəsilibmişlər” - DEPUTAT TƏNQİD ETDİ
18 Aprel 2024 Duası ilə gündəm olan molla: Oxunan Qurandır, ya mahnı - VİDEO
18 Aprel 2024 İstənilən ekspertizaya getməyə hazıram - Sədr
18 Aprel 2024 Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva
18 Aprel 2024 Azərbaycanda pomidora ayı geni transfer edilir?
18 Aprel 2024 Çörçillin bəyənmədiyi portreti satışa çıxarılacaq - FOTO
18 Aprel 2024 Başlıbel faciəsindən 31 il ötür
17 Aprel 2024 Burak Özçivit yeni filmdə çəkiləcək
17 Aprel 2024 Bakıda şirniyyat mağazasında yoxlama: kiflənmiş tortlar…
17 Aprel 2024 Qarabağda sülhməramlılar lazım deyil - Juravlyov
17 Aprel 2024 Bu qanuna veto qoyacağam - Zurabişvili