Son xəbərlər

 


Aydın Xan Əbilov: “Bu strategiya hazırlanarkən prosesdə, birmənalı şəkildə, yerli mütəxəssislərin iştirakının təmin edilməsi, onların təkliflərinin nəzərə alınması vacibdir”

 

Ən vacib istiqamətlərdən biri olan mədəniyyət sahəsi ilə bağlı dövlət siyasətini yürütməli olan Mədəniyyət Nazirliyi görünür ki, uzun illər dövlətin mədəniyyət siyasətilə dərindən məşğul olmayıb. Belə olmasaydı, bu gün mədəniyyət sahəsində kifayət qədər boşluq olmazdı, bu sahədə pərakəndəlik hökm sürməzdi.     

İndiyə qədər ölkəmizdə Mədəniyyət strategiyasının hazırlanmamasının özü nazirliyin necə fəaliyyət göstərməsini, mədəniyyət sahəsini hansı şəkildə idarə etməsini göstərir. Əbülfəs Qarayev Mədəniyyət naziri postundan uzaqlaşdırıldıqdan sonra nazirlikdə sular durulmağa başlayır deyəsən.

Mədəniyyət sahəsində illərdir üst-üstə yığılıb qalan problemləri birdən-birə həll etmək təbii ki, çətindir, amma düzgün siyasət yürütməklə, doğru idarəetmə mexanizmi seçməklə tədricən bu problemləri aradan qaldırmaq olar.    

Milli Məclisin Mədəniyyət komitəsinin iclasında Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov deyib ki, Azərbaycanda Mədəniyyət strategiyası hazırlanmalıdır. A.Kərimovun sözlərinə görə, cənab Prezidentin qarşımıza qoyduğu vəzifələrdən sonra Mədəniyyət Nazirliyində və tabeliyində olan qurumlarda vəziyyəti öyrənən, araşdıran zaman müəyyən problemlər aşkar olundu və həll yolları axtarıldı: “Bu proses hələ də davam edir. “Mədəniyyət sahəsi strateji bir sahədir. Biz bu sahədə fəaliyyətimizi daha da genişləndirməliyik”.

İndiyə qədər Azərbaycanda Mədəniyyət strategiyası niyə hazırlanmayıb?

Mədəniyyətşünaslar hesab edirlər ki, uzun illər mədəniyyət sahəsinə rəhbərlik edənlər öz fəaliyyətlərində məsuliyyətsizliyə yol veriblər. Polad Bülbüloğlunun və Əbülfəs Qarayevin nazir olduqları dövrlərdə bu məsələyə diqqət yetirilməyib. Nəticədə isə mədəniyyət sahasi ilə bağlı indiyə qədər strategiya hazırlanmayıb. Ekspertlər qeyd edirlər ki, Azərbaycan mədəniyyətinin, kinosunun, incəsənətinin, ədəbiyyatının və digər istiqamətlərinin dünyada lazımınca təbliğ edilməməsi keçmiş nazirlərin bu məsələyə barmaqarası yanaşması ilə bağlıdır. Mədəniyyət strategiyasının olmaması nəticəsində ölkənin mədəniyyət siyasətinin paşıpozuq, pərakəndə şəkildə həyata keçirildiyini deyən ekspertlərin fikrincə, nazirliyin yeni rəhbərliyi artıq bu paşıpozuqluğa, pərakəndəliyə son qoymaq niyyətindədir.

Qeyd edək ki, müxtəlif vaxtlarda tanınmış mədəniyyət mütəxəssisləri, kulturoloqlar Azərbaycanda Mədəniyyət strategiyasının hazırlanmasını təklif etsələr də, bunun vacibliyini bildirsələr də, təəssüf ki, sabiq nazirlər bu təkliflərə əhəmiyyət verməyiblər.

  • “…öz mütəxəssislərimizin kənarda qaldığını görmüşük”

İndiyə qədər mədəniyyət sahəsinin inkişafına yönəlik saysız təkliflə çıxış edən Vətəndaş Cəmiyyəti Alyansının rəhbəri, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, analitik-ekspert, yazıçı-kulturoloq Aydın Xan Əbilov “Bakı-Xəbər”ə bildirdi ki, bu günədək Prezident İlham Əliyevin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyilə Mədəniyyət strategiyası həyata keçirilib. “İndiyə qədər ölkəmizin Mədəniyyət strategiyası olub. Prezident İlham Əliyevin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyilə mədəniyyətlə bağlı milli və beynəlxalq hadisələri özündə ehtiva edən saysız tədbir keçirilib. Söhbət yerli və beynəlxalq səviyyəli mədəni-humanitar tədbirlərdən gedir. Burada həm incəsənət, həm musiqi, həm ədəbiyyat, həm kitabla bağlı konkret milli mədəni hadisələrin təbliğini özündə birləşdirən konkret strategiya olub. Mədəniyyət haqqında, kitabxanalar haqqında, müəllif hüquqları ilə bağlı qanunlar qəbul edilib, bu da bu və digər dərəcədə mədəniyyət siyasətinin həyata keçirilməsində qanunvericilik bazası yaradıb. Kitabxanaların elektronlaşdırılması, təmiri ilə bağlı müəyyən proseslər gedib. Amma sözsüz ki, mədəniyyət gəlir gətirməyən bir sahə kimi, bütövlükdə, istər büdcədən, istər humanitar təşkilatlardan, istərsə də fondlardan vəsait tələb edir. Azərbaycanda Mədəniyyət Nazirliyinin büdcəsi ancaq və ancaq dövlət büdcəsindən dotasiya şəklində formalaşıb. Bu vəsaitin də həcmi az olub. Maliyyə vəsaitinin az olduğu yerdən iş tələb etmək çətindir. Mən kitabxanaçıların respublika müşavirəsi zamanı çıxışımda dedim ki, kitabxanaçıya 120-150 manat məvacib verilir, ondan yüksək səviyyəli iş tələb etmək olmaz. Bu çıxışımdan sonra Mədəniyyət Nazirliyinin keçmiş məmurları məni “qara siyahı”ya saldılar, o vaxt işlədiyim Kukla Teatrından uzaqlaşdırdılar. Anar müəllimin də qeyd etdiyi kimi, mədəniyyətin müxtəlif sahələrində çalışan insanların məvacibi çox aşağıdır. Amma mədəniyyətin elə sahələri var ki, məsələn, muzey, musiqi, incəsənət, onlar yaxşı pul gətirə bilərlər. Bu qurumlara marketinqi bilən, müasir bazarla işləməyi bacaran insanlar rəhbərlik etməlidir ki, həmin müəssisələr büdcədən dotasiya alan qurumlar yox, büdcəyə vəsait gətirən quruma çevrilsinlər. Nə qədər mədəniyyət evi, klub, kinoteatr özü pul qazanmayıb dövlətdən dotasiya gözləyirsə, bu, həmin sahələri kurasiya edən məmurların səriştəsizliyindən xəbər verir.

Yeni strategiyada öz əksini tapmalı bir sıra məsələlər var. Düşünürəm ki, yeni strategiyada mədəniyyətin gəlir gətirən bir sahəyə çevrilməsi məsələsinə xüsusi diqqət yetiriləcək. İnanmaq istəyirəm ki, Anar Kərimov yalnız danışmayacaq, real işlər görəcək”.    

A.X.Əbilovun sözlərinə görə, bu gün müasir dövrün çağırışlarına cavab verən, modern bir mədəniyyət strategiyasının hazırlanması zəruridir. Müsahibimiz hesab edir ki, yeni dünyanın yeni çağırışları var və mədəniyyətimizin inkişafını o çağırışlara uyğun qurmalıyıq: “Azərbaycanın indiyə qədər Mədəniyyət strategiyası olub. Amma müasir dövrün çağırışlarını özündə ehtiva edən yeni bir Mədəniyyət strategiyasının hazırlanmasına ehtiyac var. Ümumiyyətlə, bu strategiya hazırlanarkən prosesdə, birmənalı şəkildə, yerli mütəxəssislərin iştirakının təmin edilməsi, onların təkliflərinin nəzərə alınması vacibdir. Azərbaycanın Mədəniyyət strategiyası hazırlanarkən milli xüsusiyyətlərimizi bilməyən xarici mütəxəssislərin prosesə cəlb edilməsi düzgün olmazdı. Təəssüflər olsun ki, dəfələrlə belə məsələlərdə xarici mütəxəssislərin önə çəkildiyini, öz mütəxəssislərimizin isə kənarda qaldığını görmüşük. Mədəniyyət sahəsi ilə bağlı olan QHT sektorunun yeni Mədəniyyət strategiyasının hazırlanmasında iştirakı çox vacibdir. Prezidentin köməkçisi Hikmət Hacıyev QHT-lərlə keçirdiyi sonuncu görüşdə vurğuladı ki, bu gün digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əsaslı və sürətli islahatlar keçirilir. Bu istiqamətdə fəaliyyət göstərən QHT-lər mədəniyyət sahəsi ilə bağlı nəzərdə tutulan bütün layihələrin hazırlanmasında yaxından iştirak etməlidirlər” - deyə A.X.Əbilov vurğuladı.

28 Oktyabr 2020 “Charlie Hebdo”nun Ərdoğanla bağlı karikaturasına rəsmi reaksiya
28 Oktyabr 2020 Prezident Rusiyanın İnterfaks agentliyinə müsahibə verdi
28 Oktyabr 2020 Öldürülən mülki şəxslərin sayı 69-a çatdı - 322 yaralı
28 Oktyabr 2020 Ermənistanda bir gündə 21 nəfər öldü
28 Oktyabr 2020 Bərdənin qisası alındı, düşmən məhv edildi - Video
28 Oktyabr 2020 Felgenhauer erməni KİV-ə danışdı: Bir neçə saata Laçın...
28 Oktyabr 2020 Onların qisasını alacağıq! - General
28 Oktyabr 2020 Bu şirkət Ordumuza 100 min köçürdü
27 Oktyabr 2020 Çexiyada gecə 9-dan sonra küçəyə çıxmaq qadağa olundu
27 Oktyabr 2020 “Fransada söz azadlığından sui-istifadə edilir” - Zərif
27 Oktyabr 2020 Ermənistanda son sutkada 1600 nəfər yoluxdu
27 Oktyabr 2020 İlk dəfədir deyirəm, mən Fransa tərəfə müraciət etmişəm...
27 Oktyabr 2020 Düşmənin atəş nöqtələrini dəqiqliklə məhv edən hərbçimiz - Video
23 Oktyabr 2020 Qarabağ danışıqları: İqor Popov ABŞ-a getdi
23 Oktyabr 2020 O, hələ də ciddi təhlükə mənbəyidir - Mehriban Əliyeva
23 Oktyabr 2020 Laçın, Qubadlı və Daşaltıda... - Nazir müavini
23 Oktyabr 2020 Putinin Qarabağla bağlı mövqeyi… - Millət vəkili
23 Oktyabr 2020 Düşmən Tərtər, Ağdam və Ağcabədini atəşə tutur
22 Oktyabr 2020 İrəvan Moskvanı münaqişəyə cəlb edə bilərdi - Professor
22 Oktyabr 2020 İrəvan Putini hədələdi: Nikolay kimi ailəsi ilə birgə... - Şok
22 Oktyabr 2020 Stalinin ermənilərə saxta vətən yaradan qərarı - Foto
21 Oktyabr 2020 Neçə faiz ərazimiz işğaldan azad edilib? – Ekspertlər
21 Oktyabr 2020 5+3 rayonu döyüşlə alırıq, sonra isə… - Şərh
21 Oktyabr 2020 Bu ərazilər azad edildi, nazirlik işə başlamalıdır - Ekoloq
21 Oktyabr 2020 Yoluxanların sayı 700-ü keçdi, 7 nəfər vəfat etdi
21 Oktyabr 2020 “Koronavirus cəbhə tanımır, ön cəbhəyə keçə bilər...”
21 Oktyabr 2020 Azərbaycanda ovçuluq müvəqqəti dayandırıldı
21 Oktyabr 2020 Ceyhun Bayramov Rusiyaya getdi
21 Oktyabr 2020 “Koronavirusa yoluxanların sayını sıfırlamağa məcburuq”
21 Oktyabr 2020 Gürcüstanda son sutkada 1351 nəfər yoluxdu