Son xəbərlər

 

13 iyul 2020-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov, Türkmənistan Baş nazirinin müavini və Xarici İşlər naziri Rəşid Meredov və Əfqanıstan İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Hənif Atmar arasında üçtərəfli formatda videokonfrans görüşü keçirilib.

XİN-dən Axar.az-a verilən məlumata görə, üç ölkənin dövlət başçıları səviyyəsində 2 iyul 2020-ci il tarixində keçirilmiş görüş zamanı edilmiş müzakirələr və qəbul edilmiş qərarların həyata keçirilməsi istiqamətində əməkdaşlıq planlarını müzakirə edən görüş iştirakçıları üçtərəfli formatda əməkdaşlığın potensial sahələri istiqamətində atılacaq addımlar barədə razılıq əldə ediblər. Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov dövlət başçılarının görüşü zamanı səsləndirilmiş fikirlərin üçtərəfli formatda iqtisadi tərəfdaşlığın ana xəttini müəyyən etdiyini diqqətə çatdıraraq, ticarət, nəqliyyat, enerji və sərmayələr sahələrində əməkdaşlıq istiqamətində işləməyin məqsədəuyğunluğunu bildirib.

E.Məmmədyarov üç ölkənin bir sıra istiqamətdə konkret nəticələrə hədəflənmiş əməkdaşlıq üçün potensialın olduğunu qeyd edib, digər sahələrdə imkanlardan mümkün qədər çox faydalanmaq məqsədilə nəqliyyat sahəsinin xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb. O, Lapis Lazuli beynəlxalq nəqliyyat dəhlizinin yaradılması haqqında çoxtərəfli sazişin nəqliyyat sahəsində əməkdaşlıq üçün böyük imkanlar yaratdığını bildirərək, bu məqsədlə ilk olaraq nəqliyyat sahəsinə aid qurumların iştirakı ilə görüşün keçirilməsinin məqsədəuyğun olduğunu ifadə edib, daha sonra digər sahələr üzrə görüşlərin təşkilini təklif edib. Nazir enerji sahəsində əməkdaşlığın da konkret nəticələrə hədəflənməli olduğunu, bunun üçün imkanların mövcud olduğunu vurğulayıb.

İnvestisiya sahəsində əməkdaşlıq imkanları barədə danışan E.Məmmədyarov üç ölkə arasında hüquqi bazanın gücləndirilməsinin də vacib olduğunu qeyd edib, bu məqsədlə yaxın zamanda investisiyaların təşviqi məqsədilə lazımi sənədlərin təşəbbüs edilməsini də təklif edib. Nazir üçtərəfli formatda əməkdaşlığın və əldə ediləcək nəticələrin müzakirəsi məqsədilə gələcək addımlar barədə fikirlərini bölüşərək, təkliflərini təqdim edib.

Azərbaycan Xarici İşlər nazirinin təkliflərini dəstəkləyən Türkmənistan Baş Nazirinin müavini və Xarici İşlər naziri Rəşid Meredov üçtərəfli təmasların dövlət başçıları, xarici işlər nazirləri və digər formatlarda mütəmadi olaraq keçirilməsinin vacibliyini diqqətə çatdırıb. O, ölkəsinin ikitərəfli əsasda Azərbaycanla və Əfqanıstanla yaxşı iqtisadi əlaqələri olduğunu bildirib, üçtərəfli əsasda əməkdaşlığın bütün tərəflərə fayda gətirəcəyinə əminliyini vurğulayıb. Nəqliyyat sahəsinin xüsusi əhəmiyyət kəsb etməsi barədə Azərbaycan nazirinin fikrini dəstəkləyən R.Meredov nəqliyyat dəhlizlərində tarif və prosedurların daha rəqabət qabiliyyətli olmasının zəruriliyini, bu istiqamətdə aidiyyəti qurumların iştirakı ilə müzakirələrin vacibliyini qeyd edib.

Əfqanıstan Xarici İşlər naziri Məhəmməd Hənif Atmar əməkdaşlıq istiqamətləri və növbəti tədbirlərlə bağlı həmkarlarının fikrini dəstəkləyib, Əfqanıstanın tərəfdaş ölkələrlə qeyd olunan sahələrdə birgə tədbirlər görməkdə maraqlı olduğunu bildirib. Nazir Əfqanıstanda istehsal olunan məhsulların ixracı, sərmayə qoyuluşu, tranzit əməliyyatlarının sadələşdirilməsi, regional bağlantıların gücləndirilməsi üçün imkanların mövcud olduğunu diqqətə çatdırıb və bu sahələrdə birgə səylərin göstərilməsinin arzu olunduğunu ifadə edib.

Tərəflər yaxın zamanda üç ölkənin nəqliyyat sahəsinə aid qurumları arasında görüşün təşkili və müvafiq istiqamətdə əməkdaşlıq məsələlərinin müzakirəsi barədə razılıq əldə ediblər.

04 Avqust 2020 Müəllimdən təqdirəlayiq addım: Şəhid və hərbiçi ailələrinin övladları ödənişsiz hazırlaşdırılacaq
03 Avqust 2020 Yasamalda gölün ətrafında abadlıq işləri aparılır
25 İyul 2020 Onun sizin yardımınıza ehtiyacı var
13 İyul 2020 Azərbaycanda bu yol bağlandı
13 İyul 2020 58 korona xəstəsinin vəziyyəti ağırdır - TƏBİB
13 İyul 2020 Bakıda həkim əməliyyat zamanı öldü
06 İyul 2020 Relax İstirahət Mərkəzindən yalan xəbər yayımlandı – AÇIQLAMA (VİDEO FOTO)
05 İyul 2020 Tofiq Hüseynov dünyasını dəyişdi
05 İyul 2020 Azərbaycanda reanimasiyada olan xəstələrin sayı açıqlandı
05 İyul 2020 Daha 523 nəfərdə koronavirus aşkarlandı - 9 pasiyent öldü
05 İyul 2020 Ana qızını xilas edərkən özü öldü
05 İyul 2020 “Mövcud vəziyyətə görə sənədlər onlayn qəbul ediləcək”
05 İyul 2020 İlin üçüncü Ay tutulması başa çatdı
05 İyul 2020 İstirahət mərkəzində ad günü keçirən qadınlar saxlanıldı
04 İyul 2020 Özbəklər Rusiya-Qazaxıstan sərhədində toplaşdı
04 İyul 2020 “Çox ciddi yoxlama aparılır” - DYP-dən xəbərdarlıq
02 İyul 2020 Polis pandemiya dövründə necə işlədi? - Nazir qiymətləndirdi
01 İyul 2020 Gəzməyə gələn gənclər avtobusda cərimələndi
01 İyul 2020 Sahibkarların güzəştli kredit almaq imkanları genişləndirilir
30 İyun 2020 Fəzail Ağamalıdan Ramiz Mehdiyevə sensasion iddialar
29 İyun 2020 Korona xəstələrinə xidmət üçün həkimlərin - Diqqətinə
29 İyun 2020 İlham Əliyev Berdiməhəmmədova zəng etdi
28 İyun 2020 İcazələrin bir hissəsi ləğv edildi
28 İyun 2020 Bakıda qəbirstanlıqda baş verən yanğın söndürüldü
27 İyun 2020 Daha 521 nəfər koronaya yoluxdu, 6 nəfər öldü
27 İyun 2020 “Koka-Kola” Feysbukdan imtina etdi – Səbəb
27 İyun 2020 Qarpızın insan orqanizminə faydaları
27 İyun 2020 Binanın üzərinə ağac aşdı
27 İyun 2020 İkinci korona dalğasının baş verəcəyi 10 ölkə - Siyahı
27 İyun 2020 AZAL-dan biletlərin baha satılması xəbərinə - Reaksiya