Unibank səhmdarlarının siyahısında dəyişiklik edilib

“Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin iri səhmdarları arasında bağlanan alqı-satqı əqdi nəticəsində Eldar Qəribovun Bankın Nizamnamə kapitalında iştirak payı artaraq 86,3839 %-ə qaldırılıb. “Qafqazinfo” xəbər verir ki, bu artım Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) iştirak paynın alınması hesabına baş verib.

 “Unibank” KB İdarə Heyətinin sədri Faiq Hüseynov “Unibank”ın AYİB-in ilk investisya etdiyi Azərbaycan bankı olduğunu və 2003-cü ildən bu yana birgə fəaliyyətin çox uğurlu əməkdaşlıq nümunəsi olduğunu bildirib: “Uzun illər “Unibank”ın səhmdarı kimi AYİB-in  bankın fəaliyyətində xüsusi iştirakı və mühüm rolu olub.  AYİB öz uğurlu korporativ idarəçilik təcrübəsini gətirməklə yanaşı, daha mürəkkəb illərdə Bankın kapitalının artırılmasında iştirak edib və dəstəyini göstərib. AYİB-in də dəstəyi nəticəsində Unibank bu dəyişiklik mərhələsindən uğurla keçib. Bütün səhmdarlarımız adından indiyədək “Unibank”ın inkişafına verdiyi töhfəyə görə, AYİB rəhbərliyinə təşəkkürümüzü bildiririk”.

 AYİB-in Bakı Ofisinin rəhbəri xanım İvana Duartenin fikrincə də  “Unibank”la əməkdaşlıq təmsil etdiyi qurumun Azərbaycan bank sektorunda fəaliyyətinin çox uğurlu nümunəsidir. “Unibank”ın AYİB-in ilk investisiya etdiyi Azərbaycan bankı olduğunu xatırladan xanım Duarte vurğulayıb ki, AYİB “Unibank”la birgə bir çox uğurlu layihələrə imza atıb və bankın kapitalının gücləndirilməsində iştirak edərək dəstək göstərib. 2003-cü ildən AYİB və Unibank birlikdə uzun və səmərəli bir yol keçiblər və gələcəkdə də müxtəlif sahələrdə bankla əməkdaşlıq davam etdiriləcək. 

 

Qeyd edək ki, maliyyə inkişafı institutu olaraq, AYİB-in əsas rolu özəl sektorda olan şirkətləri maliyyələşdirmək, kapitalında payçı kimi çıxış edib, onların instusional inkişafında iştirak etmək və dəstək olmaqdan ibarətdir. Qoyulmuş hədəflərə çatdıqdan sonra AYİB-in mandatı şirkət və bankların səhmdarları sırasından mərhələli çıxışını nəzərdə tutur.

AYİB-lə olan bu əməkdaşlıq “Unibank”a böyük təcrübə qazandırıb və bu təcrübə qarşıdakı illərdə də bankın inkişafında özünü göstərəcək.

Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. 28 illik  mövcudluğu dövründə uğurlu kommersiya fəaliyyəti və korporativ sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.

29 Mart 2024 Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov
29 Mart 2024 Süni intellekt bu işlərdə uğursuz olacaq - Qeyts
29 Mart 2024 MŞ İdrak Camalbəylinin vəfatı ilə bağlı məlumat yaydı
29 Mart 2024 Milli Məclisin iclası keçirilir
29 Mart 2024 Bu vəzifə üçün 30 yaş tələbi ləğv edilir
29 Mart 2024 Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır
29 Mart 2024 Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi
29 Mart 2024 Prokurorlara əlavə səlahiyyət verildi
29 Mart 2024 Prokurorlar bu iddianı da qaldıra biləcək
29 Mart 2024 AzTV bir daha bəyan etdi: Araiklə müsahibə yayımlanacaq!
29 Mart 2024 Çingizin ifasına hindlilərin reaksiyası - VİDEO
29 Mart 2024 Bu, artıq qlobal çağırışdır - Siyarto
29 Mart 2024 Jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
29 Mart 2024 Uzunömürlülüyün sirri: hər dərdin çarəsi...
29 Mart 2024 Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov
28 Mart 2024 Ramazanın 19-cu günü: Dua, imsak və iftar vaxtı
28 Mart 2024 Mirşahin Ağayev Prezidentə təşəkkür etdi - Foto
28 Mart 2024 İrəvan uydurma bəhanələrlə... - Lavrov
28 Mart 2024 SOCAR prezidentinə yeni müşavir təyin edildi
28 Mart 2024 Tolik blogerlərin saxtakarlığını açıqladı - VİDEO
28 Mart 2024 Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video
28 Mart 2024 Putin terror aktından sonra "Krokus"a niyə getməyib?
28 Mart 2024 Namiq Abbasov dəfn olundu
28 Mart 2024 ABŞ-ın “Krokus”la bağlı dəqiq məlumatı olub - NYT
28 Mart 2024 Əli Əsədov qərar imzaladı
28 Mart 2024 Bu, Fransanı ciddi narahat edir - Nağıyev
28 Mart 2024 Fransada PKK tərəfdarları hava limanına hücum etdi - Video
28 Mart 2024 Rusiya azərbaycanlını İnterpola verdi - Foto
28 Mart 2024 Qədr gecələri nə vaxtdır? - Tarix
28 Mart 2024 Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi