Karantin cərimələri tutulmağa başladı

 

Azərbaycanda koronavirus pandemiyasına görə tətbiq edilən xüsusi karantin qaydalarını pozduğu üçün barəsində protokol tərtib edilən şəxslərə cərimənin məcburi ödətdirilməsi prosesinə başlanılıb.

Baş Dövlət Yol Polisi İdarəsi və digər rayon polis şöbələri tərəfindən cərimə olunan və 40 gün müddət tamamlandığı halda cəriməni ödəməyən şəxslərlə bağlı məhkəməyə müraciət olunub. 

Artıq minlərlə şəxsin cəriməni məcburi ödəməsi üçün qaldırılan iddialara məhkəmələrdə baxılır.

BDYPİ-nin mətbuat katibi, polis polkovniki Kamran Əliyev “Qafqazinfo”ya bildirib ki, cəriməni ödəmək üçün qanunda nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra müvafiq qərarın verilməsi ilə bağlı məhkəməyə müraciət olunur: “Bu zaman cərimənin məcburi ödətdirilməsi məqsədilə məhkəmə həmin şəxsin əmək haqqından, pensiyasından və digər gəlirlərindən tutulmasına qərar verə bilər. Eyni zamanda, cərimə olunan şəxslərin əmlakına həbs qoyula bilər. Artıq bununla bağlı məhkəmə qərar verəcək”.

Mayın 18-dək təkcə yol polisləri tərəfindən 55 min 678 sürücü karantinə görə cərimə olunub. Eyni zamanda, piyada naryadında xidmət aparan polis əməkdaşları da qayda pozan on minlərlə şəxs haqda protokol tərtib ediblər. 

Lakin qərarla razılaşmayaraq protokol tərtib edən orqanlara qarşı da iddialar qaldıranlar var. Onlarla sürücü qərarla razılaşmayıb və protokolun əsassız yazıldığını iddia edərək məhkəməyə müraciət edib. 

İyunun 1-dən başlayaraq məhkəmə orqanları hər iki tərəfin müraciətlərinə baxıb qərar çıxaracaq.

Xatırladaq ki, karantin qaydalarını pozanlar İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimə olunur. Buna görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək, hüquqi şəxslər iki min manatdan beş min manatadək  cərimə edilir. Azərbaycanda yazılan cərimələrin əksəriyyəti fiziki şəxslərlə bağlı olub, məbləğ də bir çox hallarda 100 manat təyin olunub.

28 Mart 2024 Bu, Fransanı ciddi narahat edir - Nağıyev
28 Mart 2024 Fransada PKK tərəfdarları hava limanına hücum etdi - Video
28 Mart 2024 Rusiya azərbaycanlını İnterpola verdi - Foto
28 Mart 2024 Qədr gecələri nə vaxtdır? - Tarix
28 Mart 2024 Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi
28 Mart 2024 Məşhur türk serialı Qarabağda çəkilə bilər
28 Mart 2024 Ombudsman Xankəndidə erməni sakinlərlə görüşdü
28 Mart 2024 Paşinyanın görüşü bizdə narahatlıq doğurur - Zaxarova
28 Mart 2024 Kreml Teleqramı qadağan edir? - Durova müraciət edildi
28 Mart 2024 Kakaonun qiyməti rekord vurdu
28 Mart 2024 "Krokus" teraktı: Amerikalı aktyor yaralılara baş çəkdi
28 Mart 2024 Nobel mükafatçısı vəfat etdi
27 Mart 2024 Tavuşda elə yerlər var ki, bizə qaytarılmalıdır - Sanosyan
27 Mart 2024 Vatsapa yeni funksiya gəldi
27 Mart 2024 Çin ÜTT-yə ABŞ-dan şikayət etdi
27 Mart 2024 Avropa Parlamentinin qərəzli qətnaməsi ilə bağlı bəyanat
27 Mart 2024 "İslam dininə görə heç ölmüş iti də yandırmırlar, nəinki insanı” - MÜNASİBƏT BİLDİRİLDİ
27 Mart 2024 "Qaraçı" filminin ulduzu VƏFAT ETDİ - FOTO
27 Mart 2024 Almaniyada turist avtobusu aşdı - xeyli sayda ölü və yaralı var
27 Mart 2024 Apreldə ardıcıl 5 gün iş olmayacaq
27 Mart 2024 Qərb terakta münasibətini buna görə dəyişdi - Zaxarova
27 Mart 2024 Xocalıda Şəhidlər xiyabanı salınır
27 Mart 2024 Ailəsini öldürən Əhmədlə bağlı yeni xəbər
27 Mart 2024 Metronun “Nəsimi” stansiyasında yanğın - Video
27 Mart 2024 Hizbullah İsrailə 30 raket zərbəsi ilə cavab verdi
27 Mart 2024 Rus sərhədçilər Türkiyə sərhədində qalacaq? - Simonyan
27 Mart 2024 Solovyov Bakıya şər atmağına “peşman” oldu - Video
27 Mart 2024 "Krokus" terroru: ölənlərin sayı artdı
27 Mart 2024 Bəşəriyyətin gələcəyi iki ölkədən asılıdır - Szinpin
27 Mart 2024 Daha bir ölkə həmcins evliliyini qanuniləşdirir