Son xəbərlər

 

Ardını oxu...                                                                                                                                                         
 GORANBOY rayonu, Qızılhacılı kənd sakinlərinin müraciətləri əsasında onların şikayətinin araşdırması ücün  əməkdaşlarımız rayonda oldular.   

Rayon İcra Hakimiyyəti başçısının birinci müavini tərəfindən döyüldüyünü iddia edən Arzu Verdiyevin əslində təxribat törətməyə cəhd göstərdiyini hadisə yerində olmuş çoxsaylı şahidlərlər də təsdiq edirlər...                                     İlk baxışda belə düşünmək olar ki, Goranboy rayonu Qızılhacılı qəsəbə sakinləri Verdiyev Arzu Vəli oğlu və Musayev Eldar Cabbar oğlunun bütün bu təxribat xarakterli hərəkətləri törətməkdə yeganə məqsədləri rayon rəhbərliyini şantaj etmək və bu yolla özlərinin müəyyən qeyri-qanuni tələblərinin təmin edilməsinə nail olmaq olub. Əslində bu versiya həqiqətə çox da yaxındır və müəyyən araşdırmalardan sonra mətbuatda dərc olunmuş bəzi təhlil xarakterli yazılarda da Goranboyda baş verənlərin məhz bu əsasda yorumları təqdim edilib. Qeyd edək ki, elə bizim öz araşdırmalarımızın gedişində də eyni nəticəyə gələ bilmək üçün yetərli faktlar müəyyən edilib. Məsələn məlum olub ki, Goranboy rayonunda sahibkarlıq fəaliyyətilə məşğul olan, Qızılhacılı qəsəbə və Aşağı Ballıqaya kənd sakinləri Hüseynova Aygün  Rafiq qızı, Əsgərov Etiram Akif oğlu, Pirimov Əli İsaq oğlu, Həsənov Ariz Yunus oğlu və İsgəndərov Cəmil Orucəli oğlu hal-hazırda vətəndaş Arzu Verdiyevin qanunsuz əməllərindən zərərçəkmiş şəxslər qismində çıxış edirlər və bu şəxslərin müvafiq ərizə və müraciətləri əsasında rayonun aidiyyəti üzrə dövlət qurumları, o cümlədən İcra Hakimiyyəti və  Polis Şöbəsi tərəfindən araşdırmalar aparılır. Baş verənlərə dair obyektiv məlumat əldə etmək məqsədilə Goranboya ezam edilmiş əməkdaşlarımız yuxarıda adları çəkilən sakinlərlə, eləcə də mayın 13-də RİH-nin inzibati binasında baş vermiş hadisənin bilavasitə şahidi olmuş digər vətəndaşlarla görüşərək onlardan müsahibə almışlar. Müsahibələrin qeydə alındığı bütün video-çəkilişlərdən də birmənalı şəkildə belə bir nəticəyə gəlmək olur ki, Arzu Verdiyev həqiqətən də ağına-bozuna baxmadan, qanunun heç bir tələbinə məhəl belə qoymadan adları çəkilən Goranboy sakinlərinin hüquqlarını kobud şəkildə pozmaqla, onlara maddi və mənəvi ziyan vurmaqla məşğul olurmuş. Dediyimiz kimi, Arzu Verdiyevin əməllərindən ziyan çəkən sahibkarlar bu deyilənləri öz sözləri ilə də təsdiq ediblər. Aşağıda bu sahibkarlardan bəzilərinin dediklərini oxucularımıza təqdim edirik.

        Beləliklə, Əli Pirimov öz müraciətində deyir: “Beş il orduda xidmət etmişəm, Qarabağ veteranıyam. Hal-hazırda sahibkarlıqla məşğulam. Təsərrüfatımda 40 nəfər işçi çalışır və mütəmadi olaraq əməkhaqqlarını alırlar. Bu gün möhtərəm Ölkə Prezidentimiz də sahibkarlığın inkişafına böyük önəm verir, sağ olsunlar, rayon rəhbərliyi də bizim üçün hər bir şəraiti təmin edirlər. Gərək həqiqəti deyəsən, rayonumuzda fermerlərin, təsərrüfat işlədən insanların qayğısına qalırlar. Amma bu gün mən və bildiyim qədərilə daha bir neçə sahibkar Arzu Verdiyevin özbaşınalıqlarından əziyyət çəkirik. Bu şəxs mənə məxsus örüş sahəsini zəbt edərək ərazidə qanunsuz arxlar çəkib, həmin sahənin bir hissəsini isə şumlayaraq pambıq əkib..” Daha sonra Əli Pirimov onun istifadəsində olan torpaq sahələrinin A.Verdiyev tərəfindən necə zəbt olunduğuna dair konkret faktlar təqdim edir və bu məsələnin müvafiq orqanlar tərəfindən araşdırlımasını təkrar xahiş edir.

        Oxşar sözlər digər sahibkar, Ehtiram Əsgərovun da müraciətində yer alıb: “İki ildir ki, mənə məxsus olan torpaq sahəsi Arzu Verdiyev və Vəli Həsənov adlı şəxslər tərəfindən zəbt olunub. Hər il də mən bu torpağa görə dövlətə 1901 manat vergi ödəyirəm. İki qardaşımla birgə maldarlıqla məşğuluq. Amma bu gün vaxtımız məhkəmələrdə keçir. Bir nəticə də hasil olunmur. Bu şəxsləri kimsə bizim sahədən çıxara bilmir. Ölkə rəhbərliyindən xahiş edirəm ki, bu problemin həllində bizə köməklik göstərsinlər...”

Növbəti müraciət isə xanım sahibkar Aygün Hüseynova tərəfindən olunmuşdur: “Mənim 46 hektar torpağım Arzu Verdiyev tərəfindən zəbt olunub. Özüm də buna etiraz etdikdə nalayiq söyüşlərə, ağır təhqirlərə məruz qalmışam. Arzu Verdiyev məni də, bir çox başqa sahibkarları da belə təhdid etməklə torpaqlarımızı əlimizdən alır, əsil qolçomaqlıq edir. Halbuki, mən həmin torpaqlardan dövlətə 23 ton pambıq, 65 kq barama istehsal edərək təhvil vermişəm...”

        Göründüyü kimi, bütün bu şikayət və müraciətlər Arzu Verdiyevin və onun ətrafındakı şəxslərin saxtakarlıqla, təhdid və qorxutma yolu ilə insanlara məxsus (və ya istifadələrində olan) əmlakı ələ keçirməklə artıq uzun müddətdən bəri məşğul olduqlarını söyləməyə ciddi əsaslar verir. Üstəlik bu şikayətlərin fonunda, İcra Hakimiyyətinin inzibati binasında baş vermiş olayın şahidlərini də dinləsək, Arzu Verdiyevin bu son təxribatının arxasında Goranboy RİH-nin rəhbərliyini təhdid edərək torpaq qəsbləri xüsusunda özünə sərfəli hansısa bir qərarın verilməsi tələbini irəli sürmək niyyətinin durduğuna inanmaq elə də çətin olmaz. Bu arada, baş verənlərə dair təsəvvürün tam dolğunluğu baxımından may ayının 13-də Goranboy RİH-də qəbul məqsədilə olmuş və baş verənləri bilavasitə müşahidə etmiş Zeynalova Cəmilə  Mərdalı qızının da dedikləri xüsusi maraq doğurur. Əməkdaşımıza verdiyi müsahibəsində Cəmilə xanım deyir: “May ayının 13-ü mən də bir məsələ ilə bağlı İcra Hakimiyyətinə getmişdim. Həftənin 3-cü günləri İcra Hakimiyyəti başçısının qəbul günləri olduğundan adam da çox idi. Sakinlər, icra nümayəndələri, idarə müdirləri də gəlmişdilər. Orada Eldar Musayevi və Arzu Verdiyevi də gördüm. Deyim ki, Eldarı əksər sakinlər kimi mən də çoxdan tanıyıram. Bu insan həmişə böhtan yazmaqla, şər atmaqla məşğul olub, bütün işlərini bu yolla həll edib və bunu hamı bilir. Amma Arzu Verdiyevi o günə qədər tanımamışam. Bu iki nəfərin RİH-nə nə məqsədlə gəldiyini bilməsəm də bunu deyə bilərəm ki, Arzu çox pis, biədəb söyüşlər söyürdü. Qəbula gələnlər, biz hamımız onu sakitləşdirmək istəsək də heç nə alınmadı. Sonra icra başçısının 1-ci müavini Ceyhun Həsənov onlara yaxınlaşdı və ictimai asayişi pozmamağa çağıraraq içəri dəvət etdi. Biz həyətdə, Eldar və Arzunun qəbul olunduqları 1-ci mərtəbədəki otağın pəncərələri açılan tərəfdə durmuşduq. İçəridə baş verənləri müşahidə edə bilirdik. Eldar və Arzunun söyüşləri də ara vermirdi. Birdən Arzu başı ilə pəncərəyə ardıcıl iki zərbə vurdu. Sonra da pəncərədən çölə atılıb, özünü yerə yıxdı və qışqırıb yardım istəməyə başladı...”

        Artıq xəbər verildiyi kimi, Baş Prokurorluq məsələ ilə bağlı ölkə mətbuatına rəsmi açıqlama təqdim edib. Həmin açıqlamada da deyilir ki, KİV-də Goranboy rayon sakini Verdiyev Arzu Vəli oğlunun rayon icra hakimiyyətinin inzibati binasında vətəndaşların qəbulu zamanı icra hakimiyyətinin vəzifəli şəxsləri tərəfindən guya döyülərək pəncərədən atılmasına dair yayılan məlumatlarla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən dərhal araşdırmanın aparılması təmin edilib. Araşdırma nəticəsində Arzu Verdiyevin və Eldar Musayevin may ayının 13-də RİH-nə gələrək sivil qaydalara zidd olan davranış nümayiş etdirmələri, ətrafdakı insanları və onları sakitləşdirməyə çalışan dövlət qulluqçularını nalayiq ifadələrlə təhqir etmələri, öz davranışları ilə vətəndaşların qəbulunun keçirilməsi işini pozmaları, Arzu Verdiyevin isə sonda başı ilə otağın pəncərəsini sındırıb, sonra özünü inzibati binanın birinci mərtəbəsindəki pəncərədən yerə atması müəyyən edilib. Faktla bağlı İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (xırda xuliqanlıq) ilə inzibati xəta haqqında iş üzrə icraat başlanıb. Rayon məhkəməsinin qərarı ilə Arzu Verdiyevin barəsində 10 gün müddətinə inzibati həbs seçilib, Eldar Musayev isə inzibati qaydada cərimə edilib.

        Beləliklə, ilk baxışda Arzu Verdiyevin və ətrafındakıların məhz şəxsi məqsədlərinə çatmaq üçün, yəni vətəndaşlardan zəbt etdikləri torpaq sahələrini öz əllərində saxlaya bilmək üçün Goranboy RİH-nin rəhbər vəzifəli işçilərini şərləməyə cəhd göstərdiklərini və bu cəhdin də uğursuzluqla nəticələndiyini qəbul edərək, bu məsələni bağlı hesab etmək olar. Əlbəttə ki, olar... Amma məsələnin kökündə əslində tamam fərqli məqsədlər də dura bilər. Nəzərə almaq lazımdır ki, Arzu Verdiyevin və adları nisbətən daha az epizodlarda çəkilən Vəli Həsənov, Vahid İsmayılov və  Eldar Musayevin qanuna zidd əməlləri sadəcə ayrı-ayrı təsərrüfatların deyil, ümumilikdə Goranboyda sahibkarlığın inkişafına və rayonun iqtisadi yüksəlişinə ciddi əngəllər törədə bilər. Zənnimizcə bu qanun pozucularının hərəkətlərinə məhz bu baxış bucağından yanaşılmalı və onların rayonda dövlətin iqtisadi siyasətini sabotaj etmək cəhdlərinə hüquqi qiymət verilməlidir. Təbii ki, bu ittihamları əsaslandırmaq mümkün olduğu halda, Arzu Verdiyevin və ətrafındakıların artıq təşkilatlanmış bir qurum kimi fəaliyyətlərinin və bu qurumun arxasında daha hansı qüvvələrin durduğunun araşdırılması zərurəti də ortaya çıxa bilər.

       Bəlkə də biz rəngləri bir qədər həddindən artıq tündləşdiririk, amma hər halda sayıqlığı da itirmək qətiyyən olmaz...                                                                                                                                                                                 Qarşı tərəfi dinləməyə.dərc etməyə hazırıq                                                                                                                                                                                                                                                                                                          Şükür Həsənov                                                                                                  

                                                                                                                             

 

                                                                                                                                   

25 Aprel 2024 “Xalq qələbələrimizdən ruhlanır, müxalifət isə kənarda göz yaşı tökür” - DEPUTAT DANIŞDI
25 Aprel 2024 Yüz il əvvəl itən rəsm əsəri 30 milyon avroya satıldı
25 Aprel 2024 Millət vəkilinə ağır itki
25 Aprel 2024 Velosiped işıqforları quraşdırılır - Bakıda ilk
25 Aprel 2024 Zakir Həsənov Kamaletdinovla müzakirə apardı - Video
25 Aprel 2024 Japarovun Azərbaycana səfəri başa çatdı
25 Aprel 2024 Aşağı Əskipara kəndinə gedən yol açıldı - Video
25 Aprel 2024 Mübariz Qurbanlının ailəsinə ağır itki
25 Aprel 2024 Sərhəddəki fransız polisi bizi dayandıra bilərdi?
25 Aprel 2024 Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident
25 Aprel 2024 Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev
24 Aprel 2024 Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi
24 Aprel 2024 İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verir
24 Aprel 2024 Sadır Japarov Şəhidlər xiyabanında...
24 Aprel 2024 Əliyev Japarovu COP29-a dəvət etdi
24 Aprel 2024 Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident
24 Aprel 2024 Annaya qarşı aksiya: “Nikol türkdür!” - Video
24 Aprel 2024 Məşhur pediatorun intihar səbəbi bu imiş
24 Aprel 2024 Rusiya qalib gəlsə, dünya xəritəsi... - Leyen
24 Aprel 2024 Perspektiv əməkdaşlıq istiqaməti davam edir
24 Aprel 2024 Müsavat Partiyasının növbəti qurultayı bu tarixdə olacaq
24 Aprel 2024 “Xərc çəkib oranı təmir etdim, indi işləməyimə icazə vermirlər” - Fotolar
24 Aprel 2024 Japarov Azərbaycana gəldi
24 Aprel 2024 Cem Yılmaz özünü belə təbrik etdi
23 Aprel 2024 “Milli Şuranın AŞPA qarşısında öhdəliyi çoxdur, Azərbaycanın isə yox” - ŞƏRH EDİLDİ
23 Aprel 2024 Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!
23 Aprel 2024 Azərbaycanda hər ikinci şəxs yoxsul idi… - Prezident
23 Aprel 2024 Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…
23 Aprel 2024 Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...
23 Aprel 2024 İlham Əliyev forumda iştirak etdi - Video