Son xəbərlər

 

 

İctimai işçilərin maaş kartlarının özlərində olub-olmaması ciddi yoxlanılır
 

Prezident İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə icra olunan ödənişli ictimai işlər proqramı sosial müdafiəyə ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğuna dəstək verilməsində mühüm rola malikdir. Proqramın icrasında şəffaflığın və güclü nəzarətin təmin olunması barədə dövlət başçısının göstərişinə uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq tədbirlər görülür.

Qurumdan  daxil olan məlumata görə, nazirliyin tabeliyindəki “DOST İş Mərkəzi” işsiz və işaxtaran şəxslərin ictimai işlərə qəbulu, əmək haqlarının ödənişi, yerlərdə ictimai işlərin təşkili ilə bağlı vəziyyətin qiymətləndirilməsi məqsədilə monitorinqləri davam etdirir. 

Rayon (şəhər) icra hakimiyyətləri tərəfindən təqdim edilmiş işsiz şəxslərin siyahıları əsasında həmin şəxslər ictimai işlərə (abadlaşdırma, yaşıllaşdırma, təmizlik, ictimai yerlərə qulluq, hazırkı dövrdə dezinfeksiya və s.) cəlb olunur, onlarla “DOST İş Mərkəzi” arasında əmək müqaviləsi bağlanır. Hər bir işçi üçün əməkhaqqı kartı sifariş olunur və kartı yalnız şəxs şəxsiyyət vəsiqəsini təqdim etməklə bankdan götürür.

 

İcra hakimiyyətləri, onların tabeliyindəki icraçı qurumlarla (kommunal təsərrüfat idarə və birlikləri) “DOST İş Mərkəzi” arasında bağlanmış Sazişə əsasən, işçilərin nizam-intizamına və gündəlik fəaliyyətinə icraçı qurumlar birbaşa cavabdehlik daşıyır. Hər ayın sonu onların təqdim etdiyi davamiyyət cədvəllərinə əsasən ictimai işçilərin əməkhaqqları onların kartlarına köçürülür.

Ötən il “DOST İş Mərkəzi” tərəfindən 25 faizi Bakıda, qalanları bölgələrdə olmaqla 38 min haqqı ödənilən ictimai iş yeri yaradılıb. Həyata keçirilmiş monitorinq, nəzarət və digər tədbirlər nəticəsində 38 min ictimai iş yerindən əlavə 9 min şəxsin də məşğulluğu təmin olunub, bununla yanaşı 25,7 mln. manat büdcə vəsaitinə qənaət edilib.

2020-ci ildə isə pandemiya ilə əlaqədar məşğulluğa dəstək məqsədilə Prezident İlham Əliyevin tapşırığına əsasən, bu iş yerlərinin sayının 90 minə çatdırılması işləri aparılır. Artıq 61 mindən çox belə iş yeri yaradılıb.

“DOST İş Mərkəzi” tərəfindən ictimai iş yerlərində keçirilən monitorinqlər zamanı ötən il 5 mindən çox, bu il isə 1100-dən çox ictimai işçinin iş yerində olmadığı aşkar edilib. Onların ümumiyyətlə işə çıxmadıqları barədə şübhələr yarandığı üçün müəyyən olunan faktlar rəsmiləşdirilərək aidiyyəti üzrə təqdim edilib.

Nazirliyin digər fəaliyyət sahələri üzrə olduğu kimi, ödənişli ictimai işlərin təşkili ilə bağlı da ictimai aşkarlığın və bu sahədə ictimai nəzarətin təmin olunması üçün ictimai işçilərin şəhər və rayonlar üzrə adlı siyahıları qurumun rəsmi internet səhifəsində açıqlanıb və mütəmadi yenilənir.

 

 

 
30 May 2020 Azərbaycan neftinin qiyməti 37 dolları keçdi
30 May 2020 Ucarda 4 otaqlı ev yanıb
30 May 2020 ABŞ-da etirazçılar bank binasını da yandırdılar
30 May 2020 Etirazçılar Ağ Evə yürüş etdilər - Fotolar
30 May 2020 Koronavirusa yoluxanlar bu xəstəxanalardadır - Siyahı
30 May 2020 Sumqayıtda iki yük maşını toqquşdu - Sürücülər öldü + Fotolar
30 May 2020 Bakıda “Taxta bazarı”nda yanğın - Yenilənib + Fotolar
30 May 2020 Narkotacir qohumlar 6 kq narkotiklə saxlanıldılar - Fotolar
27 May 2020 ÜST-dən koronavirusla bağlı son statistika
27 May 2020 Çində son sutkada cəmi 1 nəfərdə koronavirus aşkarlandı
27 May 2020 Dəniz suyunun faydaları
27 May 2020 Zaqatalada yanğın olub
27 May 2020 Şəmkirdə avtomobil yük maşını ilə toqquşdu, yaralılar var
27 May 2020 Bu ərazilərdə su olmayacaq
27 May 2020 “Ermənistan əfv fərmanının ləğv edilməsini tələb edirdi, amma olmadı”
27 May 2020 Şəkidə 1 tonluq çətənə məhv edildi
27 May 2020 Tələbələrə şad xəbər, imtahanlarda bu güzəştlər ediləcək
27 May 2020 Karantin cərimələri tutulmağa başladı - Maaş, pensiya, əmlaka həbs...
25 May 2020 Goranboy RİH-nin rəhbərliyinə qarşı törədilən təxribatın arxasında kim durur?
25 May 2020 Faktiki hava açıqlandı
25 May 2020 Ərdoğan İlham Əliyevə zəng etdi
25 May 2020 Dünyada koronavirusa yoluxanların sayı 5,5 milyonu ötdü
25 May 2020 Günay Ağamalının təşəbbüsü ilə Tərtər və Bərdə rayonlarında yaşayan bir neçə aztəminatlı ailələlərə Ramazan bayramı münasibəti ilə sovqat aparılmışdır.
23 May 2020 AZAL və “Buta Airways”dən bilet alanların nəzərinə
23 May 2020 Gecəki ildırımın möhtəşəm görüntüsü - Foto
23 May 2020 Ölkəyə gətirilən tibbi maska və əlcəklər daha 1 ay gömrük rüsumundan azad edildi
23 May 2020 Güclü küləyin Bakıda törətdiyi fəsadlar - Foto + Yenilənib
23 May 2020 SDU-nun Kimya və biologiya fakültəsinin təşkilatçılığı ilə “Biomüxtəliflik qloballaşan problemlər əhatəsində” mövzusunda vebinar keçirildi
23 May 2020 64 minə yaxın abituriyent elektron ərizəsini təsdiq edib
23 May 2020 Bu gündən Azərbaycanda 8 günlük tətil başlayır