Rusiyada istehsal edilən dünyanın ən yeni və böyük buzqıran gəmisi Arktikadakı sınaqların ilkin mərhələsini uğurla tamamlayıb.
Axar.az xəbər verir ki, bu barədə "Baltik" zavodu açıqlama yayıb.
Qeyd edək ki, buzqıran gəminin bütün sınaqlarının gələn ilin mayına qədər tamamlanması və gəminin istifadəyə verilməsi gözlənilir.