Ümummilli lider Heydər Əliyevin qızı Sevil Əliyeva İnstaqram hesabında valideynlərinin nikah günü münasibəti ilə əlaqədar paylaşım edib.
Kult.az xəbər verir ki, S.Əliyeva Heydər Əliyevlə akademik Zərifə Əliyevanın birlikdə çəkdirdiyi nadir fotoları paylaşıb.
Qeyd edək ki, Heydər Əliyevlə Zərifə Əliyeva 1954-cü il noyabrın 8-də nikaha daxil olub.