Son xəbərlər

 

 

Leyla Əliyeva polo üzrə dünya kubokunun finalını izlədi

Sentyabrın 15-də Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Bakıda baş tutan 7-ci arena polo üzrə dünya kubokunun final görüşü keçirilib.

"Qafqazinfo" xəbər verir ki, final görüşünə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev, Milli Olimpiya Komitəsinin Baş katibinin müavini, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev, Dünya Polo Federasiyasının prezidenti Reto Qaudenzi və digər qonaqlar baxıblar.

Turnirin həlledici görüşündə “Elite Horse & Polo Club Baku” (Azərbaycan) və “Los Nocheros Polo Club Münster” qarşılaşıblar. Bu dəfə də yüksək ustalıq nümayiş etdirən komandamız final görüşündən qalib ayrılıb - 15:4. Komandamızın heyətində Elçin Camallı (9), Tərlan Qurbanəliyev (4), Rəşad Həsənov və Namiq Orucov fərqləniblər.

Almaniyanın “Los Nocheros Polo Club Münster” ikinci, İsveçrənin “Evviva Polo Club St. Moritz” üçüncü, Rusiyanın “Planernaya Polo Club Moscow” komandası isə dördüncü yeri tutub.

Daha sonra dünya kubokunun qalibi olan komandamız mükafatlandırılıb. Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev qalib olan komandamıza turnirin kubokunu və qiymətli hədiyyələr təqdim edib. Turnirin ən yaxşı oyunçusu komandamızın poloçusu Elçin Camallı seçilib.

Turnirin bütün oyunları “Elite Horse and Polo Club”da yerləşən meydançada keçirilib.

Qeyd edək ki, gələn il sentyabrın 10-dan 20-dək 8 komandanın iştirak edəcəyi polo üzrə Avropa çempionatı da Azərbaycanda təşkil olunacaq.

 







 
08 Noyabr 2019 Əliyevlər ailəsi üçün özəl gün – Nadir fotolar yayıldı
31 Oktyabr 2019 Aksiya! Ödənişsiz həkim qəbulu.
10 Oktyabr 2019 Moskva Nikola Qarabağla bağlı ilk siqnalını verdi - Trofimçuk
22 Sentyabr 2019 Prezident Mehriban İmanovaya YÜKSƏK VƏZİFƏ VERDİ
20 Sentyabr 2019 Təbrik edirik!
16 Sentyabr 2019 “Bakısız qalmış Azərbaycan başsız bədənə bənzədilirdi”
16 Sentyabr 2019 İlk dərs günü hava necə olacaq?
16 Sentyabr 2019 Ermənilər 22 dəfə atəşkəsi pozdular
16 Sentyabr 2019 Mehriban Əliyeva şagirdləri və tələbələri təbrik etdi - Foto
16 Sentyabr 2019 Elmar Məmmədyarov Avropaya səfərə yola düşdü
06 Sentyabr 2019 “PAŞA Bank” deputatın oğlunu məhkəməyə verdi
10 İyul 2019 Cəbhədə nisbi sakitlikdir
25 İyun 2019 Şirməmməd Hüseynov vəfat etdi
25 İyun 2019 Bu maşınlar evakuasiya ediləcək - Sürücülərin nəzərinə
24 İyun 2019 35 yaşlı kişi özünü asdı - 6 gün əvvəl toyu olmuşdu
24 İyun 2019 Şamaxıda 2 avtomobil toqquşdu, xəsarət alanlar var - Fotolar
24 İyun 2019 Bakı çimərliyində iki nəfər batıb
24 İyun 2019 İstanbul İmamoğlunun qələbəsini qeyd edir - Video + Fotolar
23 İyun 2019 Həftənin ilk iş gününə hava proqnozu
22 İyun 2019 ABŞ bu gündən miqrantları ölkədən çıxarır
22 İyun 2019 Bakıda məşhur restoranda yanğın - Foto+Video
22 İyun 2019 Bakı səmasında xəritəmiz çəkildi - Video
21 İyun 2019 Quşla toqquşan təyyarə təcili eniş etdi
21 İyun 2019 Belarus Azərbaycanın təcrübəsindən yararlanıb
21 İyun 2019 Bu gün Azərbaycana yay fəsli daxil olur
21 İyun 2019 Mehriban Əliyeva uşaqlarla rəqs etdi - Fotolar
20 İyun 2019 “Diqlas” belə sökülür - Fotolar
20 İyun 2019 20- iyun Ümumdünya qaçqınlar günüdür.
20 İyun 2019 Paşinyan Qarabağda müharibə istəyir
19 İyun 2019 8 nəfərin güllələndiyi hadisənin yeni görüntüləri- Video