Son xəbərlər

 
“PAŞA Bank” deputatın oğlunu məhkəməyə verdi

Millət vəkili Fəzail Ağamalının oğlu kredit mübahisəsinə görə məhkəməyə verilib.

"Qafqazinfo" FED.az-a istinadən xəbər verir ki, Elçin Ağamalıya qarşı iddia "PAŞA Bank" tərəfindən qaldırılıb. Nərimanov Rayon məhkəməsində hakim Solmaz Ədilovanın sədrliyi ilə baxılan işdə bankın Elçin Ağamalı ilə yanaşı “Altus” MMC, eləcə də Ülvi Bayramov və Suqra İmanova adlı digər iki şəxsə qarşı iddiası da araşdırılır. İddiaya səbəb adları qeyd olunanların ipoteka müqaviləsi üzrə mübahisələr – İpoteka borcunun ödənilməməsinin əmlaka yönəldilməsinə dair mübahisələrdir.

E.Ağamalı sayta açıqlamasında qeyd edib ki, ona məxsus "Altus" MMC 2015-ci ildə baş verən devalvasiyadan sonra çətin iqtisadi duruma düşüb: "Həmin vaxt şirkətə rəhbərlik edən direktor devalvasiyadan keçən müddət ərzində şirkətin işlərini sağlamlaşdırmaq və yaxşılaşdırmaq istiqamətində çabalarına baxmayaraq problemləri tam şəkildə həll edə bilməmişdi. Nəticədə şirkətimizin "PAŞA Bank"a müəyyən məbləğdə borcları qalmışdı".

Qeyd edək ki, sözügedən kredit manatla alınıb, amma şirkət xariclə, o cümlədən avrozona ölkələri ilə əməliyyatlar apardığına görə, devalvasiya nəticəsində çətinliklərlə üzləşib.

Bu məsələni, ümumiyyətlə şirkətin üzləşdiyi çətinlikləri həll etmək üçün E.Ağamalı 2019-cu ilin yanvar ayından etibarən şirkətdə direktor vəzifəsini öz üzərinə görürüb: "Ötən müddət ərzində şirkətin fəaliyyətinin yaxşılaşdırılması, sağlamlaşdırılması və yenidən gəlirlə işləyə biləcək səviyyəyə çıxması üçün çox işlər görmüşük, problemlərin böyük əksəriyyətini həll etmişik".

Nəticədə banka olan kredit borcunun bir qismi də ödənilib: ""PAŞA bank"ın məhkəmə müraciətindən sonra da, əvvəl də banka olan borcların bir qismi ödənilib. Və son qalan borcla bağlı da məbləğin dəqiqləşdirilməsi üçün ekspertizaya müraciət olunub və ekspertizanın nəticələri gəldikdən sonra borc dəqiqləşdirildikdən sonra qalan məbləğ də ödəniləcək və banka olan borc da bitəcək".

O qeyd edib ki, bankın məhkəmə iddiası şəxsən ona qarşı deyil, əslində şirkətə qarşı qaldırılıb. Sadəcə yanvardan direktor vəzifəsini yerinə yetirdiyinə görə, iddia ərizəsində E.Ağamalının da adı keçib: "Xeyli də işlər görülüb, şirkət də artıq zərərlə işləməkdən qurtarıb, mənfəətə çıxıb və ekspertizanın nəticələri məlum olan kimi kredit də bağlanacaq".

 

 

 
13 İyul 2020 Məmmədyarov bu ölkələrdəki həmkarları ilə görüşdü
13 İyul 2020 Azərbaycanda bu yol bağlandı
13 İyul 2020 58 korona xəstəsinin vəziyyəti ağırdır - TƏBİB
13 İyul 2020 Bakıda həkim əməliyyat zamanı öldü
06 İyul 2020 Relax İstirahət Mərkəzindən yalan xəbər yayımlandı – AÇIQLAMA (VİDEO FOTO)
05 İyul 2020 Tofiq Hüseynov dünyasını dəyişdi
05 İyul 2020 Azərbaycanda reanimasiyada olan xəstələrin sayı açıqlandı
05 İyul 2020 Daha 523 nəfərdə koronavirus aşkarlandı - 9 pasiyent öldü
05 İyul 2020 Ana qızını xilas edərkən özü öldü
05 İyul 2020 “Mövcud vəziyyətə görə sənədlər onlayn qəbul ediləcək”
05 İyul 2020 İlin üçüncü Ay tutulması başa çatdı
05 İyul 2020 İstirahət mərkəzində ad günü keçirən qadınlar saxlanıldı
04 İyul 2020 Özbəklər Rusiya-Qazaxıstan sərhədində toplaşdı
04 İyul 2020 “Çox ciddi yoxlama aparılır” - DYP-dən xəbərdarlıq
02 İyul 2020 Polis pandemiya dövründə necə işlədi? - Nazir qiymətləndirdi
01 İyul 2020 Gəzməyə gələn gənclər avtobusda cərimələndi
01 İyul 2020 Sahibkarların güzəştli kredit almaq imkanları genişləndirilir
30 İyun 2020 Fəzail Ağamalıdan Ramiz Mehdiyevə sensasion iddialar
29 İyun 2020 Korona xəstələrinə xidmət üçün həkimlərin - Diqqətinə
29 İyun 2020 İlham Əliyev Berdiməhəmmədova zəng etdi
28 İyun 2020 İcazələrin bir hissəsi ləğv edildi
28 İyun 2020 Bakıda qəbirstanlıqda baş verən yanğın söndürüldü
27 İyun 2020 Daha 521 nəfər koronaya yoluxdu, 6 nəfər öldü
27 İyun 2020 “Koka-Kola” Feysbukdan imtina etdi – Səbəb
27 İyun 2020 Qarpızın insan orqanizminə faydaları
27 İyun 2020 Binanın üzərinə ağac aşdı
27 İyun 2020 İkinci korona dalğasının baş verəcəyi 10 ölkə - Siyahı
27 İyun 2020 AZAL-dan biletlərin baha satılması xəbərinə - Reaksiya
27 İyun 2020 “Köməkçim virusa yoluxana qədər mən də inanmırdım”
26 İyun 2020 Daha 517 nəfərdə koronavirus aşkarlandı - 7 pasiyent öldü