Son xəbərlər

 

Dəstəbaşı niyə dekolteli qadınlardan istifadə etdiyini istintaqa açıqlayıb.

 

İstanbul Cümhuriyyət Baş Prokurorluğunun Adnan Oktar cinayətkar qrupuna qarşı apardığı istintaq çərçivəsində yeni detallar üzə çıxıb.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, A.Oktarın dəstəsinə Qazaxıstan və Dubaydakı şirkətlərdən böyük miqdarda vəsait gəlirdi. Bu səbəbdən hər iki ölkədəki şirkətlərindən dəstə üçün gələn pulun ayda bir neçə milyon olduğu qeyd edildi. 

Qazaxıstanda qurulan şirkət üzərindən ayda 1 milyon dollar yaxın vəsaitin Türkiyədə təşkilatın maliyyələşməsində istifadə edildiyi üzə çıxıb. Vəsaitin Qazaxıstandan İstanbula nəğd olaraq gətirildiyi, bir qisminin də cinayətkar dəstənin şirkətlərinə edilən ödəmələr adı altında banklar üzərindən köçürmə yolu ilə göndərildiyi sübut edilib.

Картинки по запросу dollar köçürmə yolu il

Dubaydakı şirkət üzərindən də milyon dollarlar təşkilata yönləndirilir. Bu vəsait də nəğd olaraq verilib. Ayda bir neçə dəfə həyata keçirilən bu pul köçürməsində hər gətirilən çanta içində orta hesabla 300 min dollar pul olduğu üzə çıxıb.

Картинки по запросу dollar diplomat

İstintaq çərçivəsində üzə çıxan bir başqa məlumata görə, Adnan Oktar dəstəsinin gündəlik xərcləri də onların varlı üzvlərinin kredit kartı ilə həyata keçirilib. Maddi olaraq yaxşı vəziyyətdə olan təşkilat üzvlərinin kredit kartlarını təşkilatın ixtiyarına verdiyi və edilən xərcləmələrin bu kartlarla və ya varlı təşkilat üzvləri tərəfindən qarşılanması üzə çıxıb. Bu xərcləmələr əsasən market alış-verişi, yol məsrəfləri və otel xərcləri olduğu üzə çıxıb.

Картинки по запросу adnan oktar parayi nerden kazaniyor

A.Oktar məsələsində üzə çıxan bir başqa məqam. Bir müddət öncə onun masonluğunun saxta olması aşkarlanmışdı. Bu günlərdə isə onun “Dul qadın kisəsi” adlandırılan yardım sandığına 1 milyon 50 min avro ödədiyi və bu formada özünün 33-cü dərəcədən mason olmasına inandığı üzə çıxıb. . Oktarın bu pulu “masonların yardım sandığı” olaraq adlandırılan, "Dul qadın kisəsi”nə köçürdüyü üzə çıxıb. 

2013-cü ildə Adnan Oktarın A9 TV adlı televiziya kanalında yayımlanan verilişinə İtalyan Mason Locası lideri olaraq təqdim edilən Gian Franco Pilloni qatılmışdı. “Təqvim”də yer alan xəbərə görə, Pilloni, masonlukda 33 dərəcə diploma olaraq adlandırılan bir sənədi Oktara tərif dolu sözlərlə təqdim etmişdi. Bu anlar ekranda da öz əksini tapmışdı. Bəs bu Dul Aqadın Kisəsi olaraq təqdim edilən sistemin arxasında nə vardı? Buraya köçürülən pulların gənc yaşda həyatını itirmiş üzvlərin arvadları və uşaqları üçün istifadə edildiyi vurğulanıb. Əsasən ayda bir dəfə keçirilən iclasların sonunda üzvlərdən biri boş bir torbanı digər üzvlərin qabağından keçirir, hər kəs də “ürəyindən qopan pulu” onun miqdarını bəlli etmədən torbaya atırdı.

Картинки по запросу adnan oktar Gian Franco Pilloni

İstintaq çərçivəsində ifadə verməyə davam edən A.Oktarın istintaqında diqqəti çəkən daha bir məqam üzə çıxıb. Oktar hansı səbəbdən daim dekolteli qadınlardan istifadə etməsi ilə bağlı danışıb. Deyib ki, “Biz Konyada təbliğat aparmırıq. Mayamidəki, sahildəki, diskotekadakı, əyləncə klubundakı insanlar üçün təbliğat edir, onlara İslamı sevdirməyə çalışırıq”. 

Похожее изображение

05 Dekabr 2020 Erməni əsgərlər ən çox bu rayonda məhv edilib - Etiraf
05 Dekabr 2020 Yoluxanların sayı bu gün də artdı
05 Dekabr 2020 Fazil Məmmədov sabiq başçının oğluna vəzifə verdi
04 Dekabr 2020 “Günəşli” faciəsindən 5 il keçdi
04 Dekabr 2020 Bu, təkcə mənim yox, Ağdamın toyu olacaq!
04 Dekabr 2020 Azərbaycan Sinqapur modelinə keçməlidirmi? - Ekspert
04 Dekabr 2020 Şəhidlərimizlə bağlı həştəq “Twitter”də trend oldu
04 Dekabr 2020 Şəhid xəbəri gələn əsgər sağ qayıtdı - Video
04 Dekabr 2020 Buxara yəhudilərindən İlham Əliyevə məktub
04 Dekabr 2020 Bayramov bolqar həmkarı ilə danışdı
03 Dekabr 2020 Azərbaycan beynəlxalq səviyyədə daha bir ilkə imza atdı - Bəhruz Quliyev
03 Dekabr 2020 Nailə İslamzadə də koronavirusa yoluxdu
03 Dekabr 2020 Tələbələrin nəzərinə!
03 Dekabr 2020 Yenə ən çox yoluxma Binəqədidədir - Statistika
03 Dekabr 2020 GUAM PA komitələri videokonfrans formatında iclas keçirib
03 Dekabr 2020 Bayramov ATƏT-in mühüm iclasında - Çıxışın mətni
03 Dekabr 2020 Daha bir vəkil koronavirusdan vəfat edib
03 Dekabr 2020 Yoluxanların və ölənlərin sayı yenə artdı
03 Dekabr 2020 ATƏT-ə üzv ölkələrin XİN başçılarının görüşü başladı
03 Dekabr 2020 BQXK-dan əsirlərlə bağlı açıqlama
03 Dekabr 2020 Qarabağı qaytardıq, növbədə bu yerdir – Erməni şair
03 Dekabr 2020 Söyüdlü nəzarətimizə keçdi: 6 min iş yeri bağlanır
02 Dekabr 2020 Ceyhun Bayramov Lavrovla Qarabağdan danışdı
02 Dekabr 2020 “Şimal-Cənub” layihəsi ilə bağlı işlər başa çatdı
01 Dekabr 2020 İƏT baş katibi İlham Əliyevi təbrik etdi
01 Dekabr 2020 Lavrov əsirlərin qayıtmasından danışdı: Çətinlik var...
01 Dekabr 2020 “Qarabağ” ordeninin statutu müəyyənləşdi
01 Dekabr 2020 “Cəsur döyüşçü” medalı kimlərə verilir?
01 Dekabr 2020 "Laçının azad olunmasına görə" medalının əsasnaməsi
01 Dekabr 2020 “Ağdamın azad olunmasına görə” medalı qızıl suyuna çəkilib...