Şəhidimizin 23 yaşı oldu

Vətən müharibəsinin iştirakçılarından olmuş şəhid Osmanov Nəzir yaşasaydı, 23 yaşı olacaqdı.

 

“Qafqazinfo”nun məlumatına görə, bu gün Qax rayonunun Qıpcax kəndindən olan şəhid Osmanov Nəzir Rahib oğlunun doğum günüdür.

Şəhid N.Osmanov ikinci Qarabağ döyüşləri başlayan gündən döyüşlərə qatılıb və Horadiz, Füzuli, Hadrut şəhərlərinin azad olunmasında qəhrəmancasına vuruşub, noyabrın 1- də Şuşa şəhəri uğrunda döyüşlərdə şəhid olub.

 

Nəzir Osmanov ölümündən sonra “Vətən Ugrunda” və “Qarabağ Ordeni” medalları ilə təltif olunub.

Mübariz Məmmədov